İosif Stalin tankı

İosif Stalin Tankı (IS tank)- SSRİ dövründə buraxılan tank.

IS
Belarusiya - Minsk muzeyində sərgilənən IS tankı
Belarusiya - Minsk muzeyində sərgilənən IS tankı
Tipi ağır tank
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1943-1995
İstismara başlanması 8 avqust 1943
İstismar edənlər SSRİ, Kuba, Çin, Şimali Koreya, Misir
İstifadə edilən döyüşlər Xidmət tarixi
İstehsal tarixçəsi
Konstruktor Zh. Kotin, N. Dukhov
Konstruksiya tarixi 1943
İstehsalçı Kirov Zavodu, UZTM
İstehsal illəri

1943-1970; 1943-1944 (IS-1) 1943-1945 (IS-2)

1945-1947 (IS-3) 1947-1949 (IS-4)
İstehsal sayı

3.854 (IS-2)

2.311 (IS-3) 250 (IS-4)
Variantları

1943-1944 (IS-1) 1943-1945 (IS-2)

1945-1947 (IS-3)1947-1949 (IS-4)
Xüsusiyyətləri
Ağırlığı 46 ton
Zireh

IS-2 Model 1944:

  • Gövdə önü: 100 mm 60° bucaq altında
  • Aşağı səth: 30° bucaq altında

100 mm qüllənin ön tərəfi: 100 mm (yuvarlaqlaşdırılmış vəziyyətdə)

  • Qalxan hissəsi: 155 mm (yuvarlaqlaşdırılmış vəziyyətdə)
  • Kort: 90-130 mm 9-25° bucaq altında
  • Qüllə tərəfi: 20° bucaq altında 90 mm.
Əsas silah D25-T 122 mm
Uzunluğu 9.90 m
Eni 3.09 m
Hündürlüyü 2.73 m
Ekipaj 4 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İosif Stalin tankı (və ya IS olaraq da bilinən Joseph Stalin tankı), II Dünya müharibəsi dövründə SSRİ tərəfindən 1943-cü ilin sentyabr ayından istifadə edilmiş ağır sinifli tank olaraq yaradılmışdır və ilk dəfə olaraq Kursk müharibəsində istifadə edilmişdir. Ayrıca olaraq JS və ya ИС tankları kimi də tanınırlar. Almanların 88 mm-lik ağır toplarının atəşinə dözə biləcək və almanların Tiger və Panther tanklarını məhv edə biləcək şəkildə yaradılmışdır. Bu tanka ümumilikdə ən ön cəbhələrdə almanlar ilə mübarizə aparmaq və almanların möhkəmləndirilmiş səngərlərini yarmaq və almanların müdafiəsinin daxillərinə girmək vəzifəsi verilmişdir. 1944-cü ilin aprel ayından xidmətə qəbul edilmiş olan IS-2 tankları da, Qızıl Ordu tərəfindən Berlin müharibəsində qoçbaşı kimi (yəni ki, öndə) istifadə edilmişdir.


Zirehi: 30–120 mm

Əsas silahı:122 mm-lik çapa malik olan D25-T topları (IS-7 tanklarında: 130mm-lik çapa malik olan C-70 topları)

Digər silahları: 2 x DT , 1x DShK pulemyotları

Motor: 12-silindir dizel model V-2 600 hp (at gücü) (450 kW (kilowatt))

Dizaynı və istehsalı

[redaktə | mənbəni redaktə et]

KV və IS-1

IS-1 tankı Kursk müharibəsində

KV seriyalı tankların həddindən artıq çox ləng olması və T-34 tankları ilə eyni topa sahib olmalarına baxmayaraq T-34 tanklarına baxmayaraq daha zəif olmaları SSRİ rəhbərliyini narahat edirdi. 1942-ci ildə bu problemi həll etmək məqsədilə qismən daha yüngül və daha sürətli olan KV-1S tankları yaradıldı. KV seriyalı tanklar müharibə meydanlarında çox da böyük uğurlara nail ola bilmirdilər və T-34 tankları ilə müqayisədə daha bahalı tanklar idilər. Ağır tank proqramı 1943-cü ildə Stalin tərəfindən ləğv edilmişdir. Ancaq, Kursk müharibəsi əsnasında müəyyən edildi ki, Tiger və Panther tankları SSRİ tankları ilə müqayisədə çox güclüdürlər və bu fakt SSRİ rəhbərliyinin ağır tanklar ilə bağlı olan fikirlərinin dəyişməsinə səbəb oldu. Buna cavab olaraq, SSRİ tank sektorundakı üsyanlar KV-85 tanklarını meydana gətirdi. Sonradan daha da təkmilləşdirilmiş zireh və daha güclü əsas silah ilə daha güclü bir tank yarada bilmək üçün KV-13 dizayn proqramı formalaşdırıldı. IS-85 (Object 237), IS-1 ağır tankı üçün istehsal edilən ilk prototip olmuşdur.

IS-1 prototipi

IS-2 (Object 240)

[redaktə | mənbəni redaktə et]

Silah seçimi

border=none Əsas məqalə: IS-2
Böyük Vətən Müharibəsi Muzeyində sərgilənən 1944-cü il modelli IS-2 tankı (2014)
IS-2 tankı (1944-cü il modelli) Drezden muzeyində
1944-cü il modelli IS-2 tankı Budapeşt müharibəsində
1943-cü il modelli IS-2 tankı Sapun dağında (Sevastopol)
1944-cü il modelli IS-2 tankının qrafik cizgiləri

İstifadəyə namizəd olan iki top var idi: A-19 adlı 122 mm-lik top və BS-3 adlı 100 mm-lik top. BS-3 adlı topun zireh dağıtma qabilliyyəti daha artıq idi (A-19 adlı top 160 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib olduğu halda, BS-3 adlı top 185 mm-lik zirehi dağıtmaq qabilliyyətinə sahib idi), ancaq partlayıcı mərmiləri əlverişsiz idi. Ayrıca olaraq A-19 adlı top və onun mərmilərində bolluq mövcud olarkən, BS-3 adlı top tədarük sıxıntısı yaşanan yeni bir top idi. Daha köhnə olan 76.2 mm-lik topa qarşılıq olaraq, A-19 adlı topun, Alman Panther tanklarında istifadə edilən 75 mm-lik yüksək sürətli topa yaxın dağıtma qabilliyyəti, köhnə F-34-ün kinetik enerjisinin 3.5 qatına çatırdı. Həm BS-3 adlı topun, həm də A-19 adlı topun testlərindən sonra, xüsusilə hazırda asanlıqla tapılmasından və alman mövqelərinə hücum edən zaman böyük partlayıcı mərmilərindən dolayı A-19 adlı toplar seçildi. A-19 kovan və barıt atəşləyicisini ayrı-ayrı istifadə edirdi, bu da atəşin davamlılığının və cəbbəxana gücünün zəifləməsinə səbəb olduğundan tanklar ilə müharibələrdə çox ciddi bir dezavantaj idi. Bununla bərabər top olduqca güclü idi, hər nə qədər 122 mm-lik zireh dağıdıcı mərmisi, rəqibi alman 75 mm-lik və 88 mm-lik toplar ilə müqayisədə daha aşağı lülədən çıxış sürətinə sahib olsa da, SSRİ-nin apardığı təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, A-19 topları Nasist Almaniyasının Panther tanklarının ön zirehini dağıtmaq qabilliyyətinə malikdir, dolayı yol ilə də, anti-tank rolunda kifayət qədər uğurlu çıxış edə bilərdi. Alman ordusunun kəşfiyyat məlumatlarına görə 122 mm-lik A-19 topu, gələn atəşin istiqamətinə görə 30 dərəcəlik bir bucaqla duran Panther tanklarına görə daha az təsirli idi. A-19 Panther tanklarının əyilmiş zirehli təbəqəsini hər hansı bir məsafədən, ön alt təbəqəsini isə sadəcə olaraq 100 metr məsafədən dağıtmaq qabilliyyətinə sahib idi. Amma anti-personal yönü ilə olduqca təsirli çıxan partlayıcı mərmi, bu topun əsil güclü tərəfi idi. Topun xüsusiyyətləri IS-2 üçün problemlər yaratmağa davam edirdi, və iki hissəli cəbbəxanasının istifadəsi çətin, doldurulması yavaş idi (atəş sıxlığı təxminən dəqiqədə 2 atəş idi). Topun xüsusiyyətlərinin məhdudlaşdırdığı bir digər şey isə, mərmi ehtiyatı idi. Belə ki, tankın içərisində sadəcə olaraq 28 top mərmisi daşımaq mümkün idi.

IS-2 istehsalı

[redaktə | mənbəni redaktə et]
1943-cü il modelli IS-2 tankı 1960-cı ildə Sapun dağında qəhrəmanlıq müdafiə və Sevastopol Qurtuluş Muzeyində
IS-2 Sovet tankı, 1959-cu ildə, Litva, Salantaidə

IS-122 prototipi IS-85-in yerini aldı və IS-2 tanklarının seriyalı istehsalına başlanıldı. 85 mm-lik toplar yeni T-34–85 tankları üçün saxlanıla biləcək və IS-1 tanklarının da bir qisimi yenidən silahlandırılıb IS-2 olaraq qeydiyyatdan keçiriləcəkdilər. Əsas istehsal modeli güclü A-19 topu ilə təchiz olunmuş modeli idi. KV seriyalı tankların ən inkişaf etdirilmiş versiyası olan 1942-ci il modelindən bir az daha sürətli və yüngüldü, ayrıca olaraq çox daha inkişaf etdirilmiş tank qülləsi dizaynına sahib idi. Tank zirehinə görə KV seriyalı tanklar ilə müqayisədə daha yüngül, ancaq daha qalın bir zirehə malik idi. IS seriyalı tankların zirehləri yerləşdirilərkən bu tankı istehsal edən mühəndislər belə fikirləşmişlər ki, tankın ön zirehini daha qalın etmək lazımdır, çünki tanklar ən çox ön tərəfindən atəşə məruz qalırlar. Bu mühəndislik nöqteyi-nəzərindən də düzgün addım idi. KV seriyalı tankların dizaynını verən mühəndislər isə tankı çox bərbad bir hala qoymuşdular. Belə ki, bu tankların arxa zirehləri belə olduqca qalın idi. Bu isə KV seriyalı tanklara bir çox problemlər yaradırdı. IS-2 tankları Almaniyanın Panther tanklarının ağırlığında idi, Almaniyanın ağır tankı olan Tiger tanklarından isə daha yüngüldü və hər iki tankdan da alçaq idi.

İlk IS-2 tankları kiçik sürücü vizörü və sıxılmış ön gövdə dizaynı ilə asanlıqla ayırd edilirdi. İlk tanklarda top hərəkət təhlükəsizliyi, təyyarələrə qarşı istifadə edilən pulemyot yox idi və top qalxanı dar idi.

IS-2 tanklarının zireh planı, model 1943 (yuxarı) və model 1944 (aşağı).

IS-3 (Object 703)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: IS-3
IS-3.Kiyev

1944-cü ilin sonlarında dizayn və konstruksiyanın yüksəldilməsi nəticəsində IS-3 (Object 703) tankları meydana gəldi. Bu tankın zireh nizamı düzəldildi və müharibədən sonra SSRİ tanklarının damğası halına gələn yarımkürəvi quruluşa malik olan çuqunlu qəlibləşdirilmiş tank qülləsindən (tərsinə çevrilmiş bir şorba kasasına bənzəyən) istifadə edilməyə başlanıldı. Bu alçaq hemisferik tank qülləsi, müdafiəni gücləndirmişdir. Eyni zamanda, xüsusilə doldurucu üçün çalışma sahəsi önəmli şəkildə azaldı (ümumiyyətlə götürdükdə SSRİ tankları Qərb tanklarına nəzərən narahat olan daha kiçik interyerə (daxili dizayn) sahib olmuşdurlar). IS-3 tankları İkinci dünya müharibəsinin lap sonlarında gəldi və almanlar ilə çox da ciddi müharibələrdə qarşılaşmadı. Yalnız Berlinin müdafiəsinin yarılması əməliyyatlarında bu tanklardan almanlara qarşı istifadə edilmişdir. Berlin müharibəsində almanların əlində olan heç bir texnika bu tankın öndən zirehini dağıtmağı bacarmamışdır. Bu tanklardan ibarət olan bir alay Yaponiya İmperiyasına qarşı Mancuriyaya göndərilmişdir.

IS-3 tankının arxa tərəfdən görünüşü
IS-3 2015-ci il 9 mayda Xabarovsk paradı zamanı

1960-cı ildə başlayan modernizasiya ilə IS-3 tankları və yüngül IS-2M tankları oxşar bir şəkildə, IS-3M olaraq modernizasiya edilmişdirlər.

IS-3, hemisferik tank qülləsi ilə. (Bu IS-3, Brüksel, Belçika Silahlı Qüvvələri və Kral Hərbi Tarix Muzeyində sərgilənməkdədir.)

IS-4 (Object 701)

[redaktə | mənbəni redaktə et]
IS-4 tankı

Başlanğıcda IS-3 ilə rəqabət edəcək bir şəkildə inkişaf etdirilən IS-4 (Object 701), IS-2 tanklarına bənzəyən geniş bir dizayna malik idi. Gövdə ekstra (əlavə) təkərlər və inkişaf etdirilmiş motorun hesabına uzadıldı. Gövdənin və tank qülləsinin zirehi təkmilləşdirilmişdir. Sonda IS-2-nin 122 mm-lik silahını mühafizə etməsinə baxmayaraq, bir neçə alternativ silahlanma kağız üzərində aparılmış işlər ilə araşdırılmışdır. Eyni zamanda Panzer V (Panther) tankının üzərində həyata keçirilən çalışmalar, IS-4 tanklarının motor soyutma sisteminin işinə təsir etdi. Tankın 1948-ci ildə kütləvi istehsalına icazə verilməsinə baxmayaraq, tankın sürəti və hərəkət qabiliyyəti rəhbərliyin ümidlərini doğrultmadığı üçün, sadəcə olaraq bu tankdan 200 ədəd istehsal edilmişdir. Bunların çoxu 1951-ci ildə Koreya müharibəsinə müdaxilə üçün bölgəyə göndərilmişdirlər. Bu layihə ləğv edildiyində, bu tanklar 1960-cı illərə qədər yenə də bölgədə qalmağa davam edirdilər.

Kubinka Tank Muzeyində sərgilənən IS-4 tankı

IS-6 (Object 252/253)

[redaktə | mənbəni redaktə et]

IS-6 (Object 252) ağır tankları, praktik elektrik paylama sistemini inkişaf etdirmək üçün bir giriş oldu. Oxşar sistemləri əvvəllər ABŞFransa test etmişdi, əslində isə bu layihədə almanlar tərəfindən Ferdinand (Elefant) tank destroyeri ilə uğurlu nəticələrə nail olunmuşdur. Deneysel rabitə çox etibarsız olduğunu sübuta yetirdi və çox təhlükəli idi. Əlaqə daha da inkişaf etdirilərək IS-6 şassisi formalaşdırıldı.

IS-7 (Object 260)

[redaktə | mənbəni redaktə et]

IS-7 ağır tankı, 1948-ci ildə təkmilləşdirilmişdir. 68 ton çəkisi, qalın şəkildə dizayn edilmiş zireh və 130 mm-lik çapa malik C-70 silahı ilə indiyə qədər SSRİ tərəfindən yaradılmış ən böyük tank olmuşdur. Bu tank çox baxımdan yenilikçi olmasına baxmayaraq, mübarizə bölməsinin çox praktik nizamlanması səbəbi ilə kütləvi istehsal üçün əsla qəbul edilmədi. İnanılmaz dərəcədə qorunan bir tank qülləsinə sahib idi və 150 mm-lik ön zirehi əyildiyi üçün müdafiə effekti dolayı yolla 2 dəfə artaraq 300 mm-ə çatırdı. Bu isə öz dövrü üçün inanılmaz bir nəticə əldə etmək demək idi. Lakin bu cür əyri zirehləri hazırlamaq həm o dövrdə, həm də müasir dövrdə olduqca çətin və mühəndislik nöqteyi-nəzərindən də mürəkkəb bir iş hesab olunur. Məhz bu səbəbdən də, bu tanklar kütləvi istehsala cəlb edilməmişdirlər.

Prototip mərhələsində olan IS-7 tankı (1948)

T-10 (Object 730)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: T-10
T-10 tankı
T-10 M tanklarının tırtılının quruluşu
T-10M tanklarının şassisi
T-10, Lutsk, Ukrayna ordusunun Volynskiy regional muzeyi

IS-10 (Object 730) KV və IS sinifli tankların ən son məhsuludur. Bu tanklar IS-10 adı ilə 1952-ci ildə xidmətə qəbul edilmişdirlər, lakin 1953-cü ildə Stalinin ölümü ilə SSRİ-də dəyişmiş olan siyasi ab-havanın təsiri nəticəsində tankın adı dəyişdirilərək T-10M edildi. Doğrudan da "əcdadı" olan IS-3 tanklarından daha uzun bir gövdə, 6 cüt yol təkərləri yerinə 7 cüt yol təkərləri, inkişaf etdirilmiş olan bir dizel motoru və artan zirehi ilə duman çıxardan yeni bir silah montaj edilmiş böyük bir tank qülləsinə sahib idi. T-10 daha artıq cəbbəxana daşımaq qabilliyyətinə sahib olmasına baxmayaraq, ümumi olaraq performansı IS-3 tankları ilə bərabər hesab edilmişdir. T-10M tanklarının ordularına aid müstəqil tank taborları və müstəqil tank alayları formalaşdırılmışdır. Bu müstəqil tank birlikləri piyadaların həyata keçirdikləri hərbi əməliyyatları dəstəkləmək və hərəkət edə bilmək üçün mexanikləşdirilmiş birliklərə bağlı ola bilərdilər. Bu xidmətə qəbul edilmiş olan sonuncu SSRİ ağır tankı olmuşdur. Zaman keçdikcə təkmilləşdirilən T-64MBT tankları T-10M tanklarının yerinə cəbhələrdə vəzifələrə göndərilirdilər.

T-10 tanklarının yandan görünüşü
Arxangelskiydə Vadim Zadorozhnı adına avtomobil muzeyində sərgilənən T-10 tankı

IS-2 tankı ilk dəfə olaraq 1944-cü ilin yazında müharibə meydanlarına göndərilmişdir. IS-2 tanklarından ağır tank alayları formalaşdıra bilmək üçün 21 tankdan ibarət olan qruplara ehtiyac var idi. Bu alaylar hücum əməliyyatları sırasında ən önəmli hücum sektorlarını gücləndirmək üçün istifadə edilirdilər. Taktiki olaraq bu tanklardan hücum tankları kimi istifadə edilmişdir. Bu tankların savaş meydanlarında rolu, böyük kalibrə malik silahları ilə əngəlləri, binaları və müxtəlif xırda hədəfləri məhv edərək piyadalara hücum əməliyyatları zamanı dəstək vermək idi. Bu tanklar lazım gələndə hər hansı bir alman tankını da məhv etməyə qadir idilər. Bir dəfə atəş açdıqdan sonra, onlardan daha sürətli, yüngül və çoxsaylı olan T-34–85 tankları bölgəyə nəzarəti ələ keçirməyi bacarırdı.

IS-3 tanklarını ilk dəfə olaraq Qərbin mütəxəssisləri 1945-ci ilin sentyabr ayında Berlində təşkil edilmiş olan hərbi parad zamanı görmüşdülər. IS-3 tanklarını öz ağır tankları ilə qarşılaşdıran ingilis mütəxəssislərin gözündə bu tank bir inkişaf modeli oldu. 1950-ci illərdə ortaya çıxmış olan yeni tank konsepsiyası, orta tankların hərəkətliliyi ilə yüksək vuruş gücünə malik olan topların birləşdirilməsi üzərində idi. 1960-cı illərin sonlarında qalan SSRİ ağır tankları, Qızıl Ordunun rezerv xidməti və depolama bölümlərinə verilmişdi. 1944 model IS-2 Kuba, Çin, Şimali Koreyanın silahlı qüvvələrində uzun müddət istifadə edilmişdirlər. Ancaq Çinə məxsus olan bir alayın IS-2 tankları istifadəyə hazır olmalarına baxmayaraq, Koreya müharibəsində iştirak etməmişdirlər. SSRİ ilə Çin arasında olan sərhəd konfliktlərinə cavab olaraq bəzi SSRİ IS-3 tankları sərhəddə pillboxes (müşahidəçi) kimi saxlanılmışdırlar. IS-3 tanklarından 1956-cı ildə baş vermiş olan Macarıstan inqilabı və 1968-ci il Praqa baharında da istifadə edilmişdir.

1950-ci illərin əvvəllərində bütün IS-3 tankları IS-3M olaraq modernizasiya edilmişdirlər. Misir ordusu SSRİ-dən 100 ədəd IS-3M tankını satın almışdır. Altı gün müharibəsi sırasında Misirin VII piyada diviziyası, 125-ci tank briqadası ilə birləşdirilərkən Kuntilla bölgəsində olan Altıncı Mexanikləşdirilmiş Bölük də 60 ədəd IS-3M tankı ilə təchiz edilmişdir. Bu səbəbdən də İsrailin bazukalı piyadaları və paraşütçüləri IS-3M tanklarının qalın zirehi ilə qarşılaşan zaman ciddi problemlər yaşamışdırlar. Hətta İsrail Silahlı Qüvvələrinə məxsus olan 90 mm-lik çapa malik toplar ilə təchiz edilmiş AP mərmiləri atmağı bacaran M48 Patton tankları belə IS-3M tanklarının zirehini dağıda bilməmişdir. İsrail Müdafiə Qüvvələrinə məxsus 7-ci zirehli briqadaya aid M48A2 Patton tankları ilə Misirin mövqelərini müdafiə edən IS-3M tankları arasında baş vermiş olan döyüşlərdə IS-3M tanklarının M48A2 Patton tanklarını məhv etdikləri müşahidə edilmişdir. Ancaq İsrail Silahlı Qüvvələrinə məxsus olan 90 mm-lik M48A3 bölüyü ilə Misir Silahlı Qüvvələrinə məxsus olan IS-3M taboru arasındakı döyüşlərdə 7 ədəd IS-3M tankı sıradan çıxarılmışdır. Asta atəş sürəti, zəif motor performansı (motoru isti iqlim şərtlərinə uyğun deyildi) və ilkin (sadə, bəsit) yanğınsöndürmə mexanizminə sahib olması səbəbi ilə 73 ədəd IS-3M tankı 1967-ci il müharibəsində sıradan çıxarılmışdır. Misirə məxsus çoxlu IS-3M tankı xidmətdən çıxarılmasına baxmayaraq 1973-cü ilə kimi ən azı bir alayda IS-3M tankları mühafizə edilərək saxlanıldılar. İsrail Silahlı Qüvvələri də döyüşlər zamanı ələ keçirmiş olduğu IS-3M tanklarını döyüşlərdə aktiv şəkildə istifadə etməsinə baxmayaraq, İsrail Silahlı Qüvvələrinin rəhbərliyi belə fikirləşirdi ki, sürətli çöl tanklarının yanında belə ağır tankların da xidmət etməsi düzgün deyildir. Bu tanklardan daha çox, İordaniya çayının sahillərini müdafiə etmək məqsədilə istifadə edilmişdir.

Koreya müharibəsindən sonra, Çinin mühəndisləri IS-2/IS-3 tanklarının üzərində çalışaraq Type-122 orta tank layihəsini formalaşdırdılar. Ancaq layihədən sovet T-54 tankının kopyası olan Type-59 layihəsinin xeyrinə imtina edildi.