Kuyucuk gölü

Kuyucuk gölü (türk. Kuyucuk Gölü) ― Türkiyənin Şərqi Anadolu regionundakı Qars ilində, Arpaçay ilçəsində yerləşən kiçik və dayaz göl. Gölün sahəsi 245 hektar, maksimum dərinliyi isə 13 metr (43 ft)-dir. Göl beynəlxalq səviyyədə tanınmış, ornitofaunası səbəbi ilə əhəmiyyətli Ramsar yeri və turizm vəhşi təbiət qoruğudur.[2][3][4]

Kuyucuk gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1 627 m
Sahəsi 2,45 km²
Dərin yeri 13 m
Yerləşməsi
40°44′20″ şm. e. 43°27′15″ ş. u.HGYO
Ölkə
Kuyucuk gölü xəritədə
Kuyucuk gölü
Kuyucuk gölü
Tarixi28 avqust 2009
İstinad nöm.1890[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göl 1,627 metr (5,338 ft) yüksəklikdə çöl və bataqlıq ekosistemlərinə sahibdir. Bataqlıq florasına su bitkiləri olan Phragmites australisJuncus, çöl florasına isə lərgə (Vicia), yovşan (Artemisia ), dərman zəncirotu (Taraxacum officinale) və Trifolium hybridum kimi kol və ot bitkiləri daxildir.[3]

Ərazidə Türkiyə üçün endemik, dünya miqyasında isə təhlükə altında olan bitki növü, Elymus sosnowskyi yetişir.[5]

Ən azı 233 quş növü üçün sığınacaq rolu oynayan[6][7] Kuyucuk gölünün 416 hektarlıq ərazisi 2009-cu ildə beynəlxalq əhəmiyyətli Ramsar yeri təyin olunmuşdur.[8] Bura Türkiyədə on üçüncü və ölkənin şərqindəki ilk Ramsar yeridir. Göl köçəri quşların Afrika-Avrasiya marşrutunun üzərində olduğundan böyük ornitoloji əhəmiyyətə malikdir.[5] Payızda gölə 45 000-ə qədər quş enir. 2009-cu ildə quş növləri üçün etibarlı çoxalma yeri təmin etmək və onları yırtıcılardan qorunmağa kömək etmək məqsədi ilə göldə süni adacıq yaradılmışdır.[7]

Ramsar yeri qırmızı anqut (Tadorna ferruginea), dünya miqyasında nəsli kəsilməkdə olan göydimdik (Oxyura leucocephala), qırmızıdöş qaz (Branta ruficollis), adi qılquyruq (Melanitta fusca), bataqlıq belibağlısı (Circus aeruginosus), boz durna (Grus grus), caydaqcüllüt (Himantopus himantopus), qaşqaldaq (Fulica atra), qaraboyun maygülü (Podiceps nigricollis), Sturnus vulgarisboz qaz ( Anser anser ) kimi quş növlərinə ev sahibliyi edir.[2][3][5]

Göl ətrafında qeydə alınmış faunaya məməlilərdən qırmızı tülkü (Vulpes vulpes), Spalax nehringi , Microtus levissafsar (Vormela peregusna), amfibiyalardan yaşı quru qurbağası (Bufo viridis) və göl qurbağası (Pelophylax ridibundus ), həmçinin kərtənkələ (Lacerta agilis) kimi sürünən növləri daxildir.[3][5]

Gölün yüksək turşulu suyu balıq növləri üçün uyğun deyil.[5]

Kuyucuk gölü və ətrafı sərt kontinental iqlim ilə xarakterizə olunan Şərqi Anadolunun ən soyuq zonasında yerləşir. Ərazinin qışı uzun və çox soyuq, yayı isə mülayim, hətta sərindir. Maksimum yağıntı may ayında, minimum yağıntı isə yanvar ayında müşahidə olunur.[3]

2014-cü ilin yanvar ayına qədər KuzeyDoğa tərəfindən suyun səviyyəsinin düşməsi səbəbindən göldəki vəhşi təbiətin təhlükədə olduğu bildirildi. Gölün suyunun səviyyəsi 2–3 metr (6.6–9.8 ft)-dən aşağı düşmüşdü. Bu, süni adacığın bəzi yerlərdə göl sahili ilə birləşməsi ilə nəticələndi və bu da quşları yırtıcılar ilə təhlükəyə atdı. Üstəlik, adadakı bitki örtüyü yerli çobanlar tərəfindən mal-qara üçün yem olaraq istifadə edildiyi üçün məhv edilmişdi. Ekosistemin mənfiyə doğru dəyişməsinə əsasən kəndlilər tərəfindən qazılmış quyulardan yeraltı suyun həddindən artıq çıxarılması səbəbindən suyun səviyyəsinin düşməsi səbəb olmuşdu.[7][9][8]

KuzeyDoğa hövzənin su təchizatı üçün plan qurmağı və dərhal ətrafında xəndək qazaraq adacıqda islahatlar aparmağı təklif etdi.[7][9][8]

2012-ci ildə gölün yaxınlığındakı Kuyucuk kəndində ekoturizm üçün xidmət göstərən turizm mərkəzi inşa edilmişdir.[2] 2011-ci ildən bəri hər il iyun ayının ortalarında iki günlük quş izləmə festivalı keçirilir.[6][10]

Əraziyə ən yaxın yaşayış məntəqəsi gölün 1 kilometr (0.62 mil) qərbində yerləşən Kuyucuk kəndidir.[3] 1920-ci ilə qədər kənddə xristian təriqətinin üzvləri olan malakanlar yaşamışdır. Daha sonra isə kəndə azərbaycanlıların türkdilli sub-etnik qrupu olan Qarapapaqlar məskunlaşdı. Ərazidə malakanlar tərəfindən 1907-ci ildə tikilmiş kənd məktəbi binası hələ də bütöv halda qalır. 1909-cu ildə tikilmiş üç mərtəbəli Rus pravoslav kilsəsindən yalnız birinci mərtəbə günümüzə qədər gəlib çata bilmişdir. Malakan dövrünə aidd qorunan digər tikililər kənd kameralarıdır.[5]

Təbiətsevər turistlər və quş gözətçiləri baharın başlanğıcı ilə payızın sonu arasında Kuyucuk gölünə gəlirlər. Ərazi Ümumdünya Biomüxtəliflik Günü, Ümumdünya Ətraf Mühit Günü, Beynəlxalq Köçəri Quş Günü və Quş İzləmə Günü kimi xüsusi günlərdə yerli məktəb və kollec tələbələri tərəfindən ziyarət edilir.[5]

Bölgədəki digər turistik məkan Çıldır gölüdür.[3][4]

  1. "Lake Kuyucuk". Ramsar Sites Information Service. 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
  2. 1 2 3 "Kuş Cenneti Kuyucuk Gölü" (türk). Arpaçay Kaymakamlığı. 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  3. 1 2 3 4 5 6 7 "Kars Kuyucuk Gölü Sulak Alanı" (türk). Orman ve Su İşleri Bakanlığı - 13. Bölge Müdürlüğü. 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  4. 1 2 "Kars - Kuyucuk Lake Wild Life Reserve (Turkey)". EDEN. 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
  5. 1 2 3 4 5 6 7 Yeniyurt, Can & Melike Hemmami. "Ramsar Sites of Turkey" (PDF). Doğa Derneği. 2011. 2014-04-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-07-14.
  6. 1 2 "4. Kuyucuk Gölü Kuş Cenneti Festivali Düzenlenecek". Milliyet (türk). 2014-06-14. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  7. 1 2 3 4 "Kuyucuk Gölü tehlike altında". Sabah (türk). 2014-01-21. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  8. 1 2 3 "Kuyucuk Kuş Cenneti Kuruyor". Radikal (türk). 2013-12-16. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  9. 1 2 Altınok, Bedir. "Kuyucuk Kuş Cenneti yok oluyor". Gerçek Gündem (türk). 2013-12-16. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.
  10. "4. Kuyucuk Gölü Kuş Cenneti Festivali". Kafkas Haber Ajansı (türk). 2014-06-16. 2014-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.