Pikadilli

Pikadilli (ing. Piccadilly) — Londonun tarixi mərkəzi olan Vestministerdə yerləşən və şəhərin ən gur küçələrinndən biri. Pikadilli mərkəzindən Hayd-Parka qədər uzanır. Kral İncəsənət Akademiyası burada yerləşir.

17-ci əsrə qədər küçənin bir hissəsi Portuqaliya adlanırdı, daha sonralar bütünlüklə küçə Portuqaliya adlanmağa başladı. Küçə indiki adını Robert Beykerin malikanəsindən almışdır. Robert Beyker 17-ci əsrin əvvəllərində dəbdə olan piccadill yaxalıqları alveriylə məşğul olmuş və burdan gələn gəlirlə varlanmışdır. 1612-ci ildə o, bu küçədən torpaq almış və burada ev tikdirmişdir. Sonralar onun malikanəsi Pikadilli-holl adını almışdır.

1660-cı ildə ingilis monarxiyasının bərpasından sonra bu küçədə dəbdəbəli evlər tikilməyə başlandı. 17-ci və 18-ci əsrlərdə burada zadəganlar evlərini tikirdilər.