Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının cənun qurtaracağından Parlament meydanına əvvəllər Carinq-Kross olan yerə gedən əsas yoldur. Əlahəzrət kraliçanın hökumətinin mərkəzi kimi qəbul olunmuş küçə dövlət idarələri və nazirliklərlə əhatə olunub. Bu səbəbdən Vaythol adı ümumilikdə Böyük Britaniya hökumətini bildirən metonomiya və ətraf ərazinin ümumi çoğrafi adı kimi istifadə olunur.
Vaythol küçəsi adını ərazidə böyük sahəni tutan Uatholl sarayından almışdır. Vaytholl əvvəllər sarayın ön hissəsinə gətirən geniş yola verilən ad idi. Trafalqar meydanı yolun şimal hissəsində 19-cu əsrin əvvəlində salınmışdır. Parlament meydanı ilə Dauninq-strit arasındaki cənub ərazisi Parlament küçəsi adlanır. Parlament küçəsi və Vaythol birlikdə 0.6 mil (1 km) ərazini əhatə edir. Vaythol həmçinin bır sıra xatirə heykəlləri və abidələri ilə də məşhurdur. Bunların arasında ilk növbədə Böyük Britaniyanın ilk hərbi memorialı olan, naməlum əsgərin şərəfinə ucaldılmış abidə qeyd edilməlidir.
Britaniyanın ilk müharibə memorialı olan Kenotaf Vaytholun mərkəzində yerləşir və illik xatirə bazar günü üçün sahə rolunu oynayır.
2005-ci ildə kenotafdan şimala tərəf bir az aralı Vaythol faytonyolunun ortasında II Dünya Müharibəsi qadınlarının xatirəsinə abidə ucaldıldı.
Yol həmçinin altı digər abidənin yerləşdiyi məkandır:
Kenotaf
II Dünya Müharibəsi qadınlarının xatirəsinə abidə
Şahzadə Corc, Kembric Hersoqu
Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu
Qraf Heyg abidəsi
Vikont Slim
Vikont Alanbruk
Alameynli 1-ci Montqomeri vikontu
Vaytholda yerləşən dövlət binalarına şimaldan cənuba doğru olmaqla aşağıdakılar aiddir:
Uaytholda nəqliyyatın sıx vaxtı Trafalqar meydanından çəkilmiş foto
Uaytholdan cənubda yerləşən Vesminister sarayının Viktoriya qəsrinin görüntüsü
Uaytholun iki məşhur abidəsinin arasından kecən taksi
Qədim Müharibə Binası
Parlament küçəsi
Trafalqar studiyası, əvvəllər Uaythol teatrı
1799-ci ildə terraslı evlərlə örtülü olan əraziləri indi böyük dövlət binaları tutur
Uaythol Atlı qvardiyasının binası, 1836