Lui Bazin (fr. Louis Bazin; 29 dekabr 1920[1], Kann[d], Kalvados, Normandiya, Fransa[1] – 2 mart 2011[2][3][…], XIII arondisman[1]) — fransız şərşünas-türkoloqu.[4][5]
Lui Bazin | |
---|---|
Doğum tarixi | 29 dekabr 1920[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 mart 2011[2][3][…] (90 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | dilçi, tərcüməçi, filoloq, şərqşünas, türkoloq, universitet müəllimi[d] |
Lui Bazin 29 dekabr 1920-ci ildə Normandiyanın Kalvados bölgəsində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə yunan, latın, alman dillərini öyrənmiş, klassik ədəbiyyat kursları keçmişdir. 1943-cü ildə universiteti bitirmiş və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzində elmi işçi kimi işləməyə başlamışdır. Burada daha çox ümumi dilçilik sahəsində çalışmışdır. O, dövrün tanınmış dilçilərindən Jozef Vendryesin məsləhəti ilə türk dilini öyrənməyə başlayır. Şərq Dilləri Bölməsində Türkiyə türkcəsi üzərində işləyən Jan Deni ilə üç il oxumuş və Milli Yaşayan Şərq Dilləri Məktəbinin məzunu olmuşdur. Türkologiya üzrə ixtisaslaşmaq üçün monqol dili ilə yanaşı, Azərbaycan, türkmən və qırğız dillərini də öyrənmişdir.[4]
1945–1948-ci illərdə Türkiyədə yaşadı. Ankarada Fuad Köprülü, Orhan Vəli, Nurullah Ataç kimi əhəmiyyətli adlarla eyni mühitdə yaşadı.[5] Müəllimi Jan Deninin ölümündən sonra o, qırx ilə yaxın Şərq Dilləri İnstitutunda professor kimi türk dili dərsləri deyib. 1950-ci ildə Sorbonna Universiteti Ali Araşdırmalar Məktəbində yaratdığı kafedrada türk dilinin tarixi və türk ləhcələri üzrə kurslar verdi. 1978-ci ildə təyin olunduğu III. Paris Universitetindən 1990-cı ildə təqaüdə çıxdı. 1960–1989-cu illərdə həmin universitetin Türk Araşdırmaları İnstitutunun müdiri olmuşdur.[6] "Turcica" jurnalının redaksiya heyətinin üzvü idi. 2011-ci il martın 2-də vəfat etdi.[4]
Lui Bazin türk dili, türk mədəniyyəti və inancları, köhnə türk epiqrafik ədəbiyyatı, türk təqvimləri, türklərdə buddizmin təsiri və ilk mətnlər kimi mövzularda yetmişə yaxın məqalə və bir çox əsər yazmışdır. Onun tərcümələri arasında Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin komediyaları kimi əsərlər də var.[4]