Lulubi

Lullubi, Lulubi (akkad. 𒇻𒇻𒉈: Lu-lu-bi, akkad. 𒇻𒇻𒉈𒆠: Lu-lu-biki "Lullubi ölkəsi"), daha çox Lullu kimi tanınır,[1][2][3][4] Tunc dövrünə aid tayfa ittifaqı, tarixi Mesopotamiya ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri; B.e.ə. XXIII əsrdə dövlətə çevrilmiş tayfa ittifaqı; Lullubi hökmdarı Anubanininin Sarıpuldakı (müasir Zohab yaxınlığında) qayaüstü kitabəsində qurduğu dövlətin şimal və cənub hüdudları kimi göstərilən “Yuxan və Aşağı dəniz” məfhumlarından “Yuxarı dəniz” İraqın müasir Süleymaniyyə mühafəzasından şərqdə yerləşən Zeriboz gölü ilə eyniləşdirilən ərazi; “Aşağı dənizi” isə Fars körfəzi ilə eyniləşdirilən ərazi. [5] Freyn (1990) Lulubuna və ya Lulluban şəhərini İraqın Hələbcə şəhəri ilə eyniləşdirir. Lullubi Mesapatomiyadakı Hurri mənşəli Simmurum şahlığı ilə qonşu və bəzi vaxtlarda müttəfiq olub.[6]

Tarixi dövlət
Lullubilər
𒇻𒇻𒉈

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lullubilər haqqında əsas məqamlar

Mənşə və yerləşmə: Lullubilər Zaqros dağlıq ərazilərində yaşayan yerli xalqlardan biri sayılırdılar. Onların əsas yaşayış yerləri indiki İran və İraq arasındakı dağlıq ərazilər idi. Bu coğrafi mövqe onları Mesopotamiya şəhərləri ilə təmasda saxlayırdı və hər iki tərəf arasında həm ticarət, həm də hərbi qarşıdurmalara səbəb olurdu.

Sosial və siyasi quruluş: Lullubilərin siyasi quruluşu barədə çox məlumat yoxdur, lakin onların birləşdirici mərkəzi hakimiyyətə malik olmadan, daha çox tayfa birliyinə əsaslanan bir sosial quruluşa sahib olduqları düşünülür. Lullubi liderləri “hökmdar” və ya “şar” adlanırdı və onlar öz tayfaları arasında hörmətli şəxslər hesab edilirdilər.

Akkad İmperiyası ilə əlaqələr: Lullubilər Mesopotamiyadakı Akkad İmperiyası ilə tez-tez münaqişədə olmuşdular. Akkad imperatoru Naram-Suenin (eramızdan əvvəl 23-cü əsr) Lullubilərə qarşı yürüşlər təşkil etdiyi və onların üsyanlarını yatırdığı məlumdur. Bu hadisə Naram-Suenin məşhur “Qələbə Stelası”nda təsvir edilmişdir. Stelada Naram-Suenin Lullubi üzərində qələbəsi qeyd olunur və bu, Mesopotamiya hökmdarlarının Lullubilərə qarşı münasibətinin nümunələrindən biridir.

Dini inanclar: Lullubilərin dini inancları barədə ətraflı məlumat olmasa da, onların dağlıq ərazidə yaşadıqları üçün təbiət kultları və dağlara sitayiş etdikləri güman edilir. Bu dövrdə dağlıq ərazilərdə yaşayan xalqlar tez-tez təbiətə bağlı inancları inkişaf etdirirdilər.

İqtisadiyyat və həyat tərzi: Lullubilər əsasən köçəri həyat tərzi sürürdülər və maldarlıqla məşğul olurdular. Eyni zamanda dağlıq ərazilərdə yaşadıqları üçün dağların resurslarından, xüsusilə də minerallardan istifadə etmiş ola bilərlər. Dağlıq regionda yerləşmələri onları Mesopotamiyadakı şəhər-dövlətlər üçün strateji bir təhlükə edirdi, çünki lullubilər tez-tez basqınlar təşkil edirdilər.

Şumer və Akkad mətnlərində təsviri: Lullubilər tez-tez Akkad və Şumer mənbələrində “vəhşi” və “dağlıq tayfa” olaraq təsvir edilirlər. Bu təsvirlər Mesopotamiya mədəniyyətinin Lullubilərə bir qədər təhqiramiz baxışını əks etdirir. Lakin bu təsvirlər, eyni zamanda, onların cəsarətli və döyüşkən bir xalq olduğunu da göstərir.

Süqut və daha sonrakı dövrlər: Lullubilər haqqında məlumatlar eramızdan əvvəl 2-ci minilliyin sonlarına doğru azalır. Sonrakı dövrlərdə bu xalq digər dağ xalqları ilə qarışmış və onların mədəniyyəti tədricən itmiş ola bilər. Lullubilərin nəsli, ehtimal ki, həmin bölgədə sonradan yaranan Med və digər iranlı tayfalarla qarışaraq yoxa çıxmışdır.

Ümumilikdə, Lullubilər Mesopotamiya tarixində diqqətçəkən dağ xalqlarından biridir. Onlar Mesopotamiya ilə İran arasında yerləşərək müxtəlif imperiyalara həm təhlükə, həm də potensial müttəfiq olaraq təsir göstərmişlər.

Akkad hökmdarı Naram-Suenin (sol tərəfdə) "Qələbə stelasında (b.e.ə. 2250-ci il) Lullubi tayfaları və onların hökmdarı Satuni üzərində qələbə təsvir olunub (Luvr muzeyi)

Əfsanələrdə

[redaktə | mənbəni redaktə et]

“Luqalbanda və Anzud quşu” eposunun fraqmentlərinin birində Arattaya gedən yolun təsviri zamanı

“Lullubilərin ölkəsi” xatırlanır. Lullubi tayfaları Diyala çayının yuxan axarı ilə Urmiya gölü arasındakı ərazidə məskunlaşmışlar. Bu ərazi e.ə. I minilliyin əvvəllərində “Zamua” adlanırdı. “Zabua” və “Zamua” (qədim akkadca Sabum) adları eyni ərazini bildirirdi.[7]

Lullubi adının izahı və onların etnik mənsubiyyəti

[redaktə | mənbəni redaktə et]

Güney Azərbaycan ərazisindəki bu etnos e.ə. XXIII əsrə aid akkad mənbələrində daha çox lullu kimi tanınır. İ.M.Dyakonova görə bu etnonim naməlum "lul" komponentindən və elamca cəm bildirən "b" komponentindən ibarətdir. Məhz bu ehtimal lulubilərin tarixşünaslıqda uzun bir müddət Elamdilli və ya Kaspidilli olması fikrinə səbəb olmuşdur.İ.M.Dyakonov özü də bu fikrə tərəfdardır. Belə çıxır ki, akkadlar bu etnonimi elamlardan götürmüşlər.

Urartu mənbələrində isə "luli-in-a" düşmən ölkə anlamındadır. Lulubi etnonimi hürrilərdə lullu, urartularda lulu kimi işlənmişdir. Deməli "bi" şəkilçisi urartular və hürrilərə məlum deyildi. Q.A.Melikişviliyə görə, lulubi etnonim deyil, ona görə ki, hurricə lullu "içərisindən qul gətirilən dağlı", urartuca "yadelli", "düşmən" mənalarındadır. Lakin lulublərin (eləcə də kaspilərin) "-bi"-"-pi" şəkilçisinə görə elamdilli sayılması ağlabatn deyil və elmi obyektivlikdən uzaqdır. Bu şəkilçi qədim türk etnonimiyası üçün səciyyəvidir. Herodot skiflərdə aqrippi və traspi adlaı tayfaların adlarını çəkir. Mərkəzi AsiyadaAltayda erkən orta əsrlərdə barabi, nuşbisyanbi və tatabi adlı türkmənşəli tayfalar məlumdur. Q. Qeybullayev bu tayfaların adlarındakı "-bi", "-pi" şəkilçisi ilə lulubi, subi və kaspi etnonimindəki "-bi","-pi" şəkilçilərini eyni sayır. O yazır ki, lulubi etnonimi Qanqlı/Kəngər (şumer) dilində formalaşmış və onlardan da qonşu xalqlara (elamlar,akkadlar və s.) keçmişdir. Şumercə "be" cənab, hökmdar sözü qədim türkcə bi, biy (müasir türk dillərinin əksəriyyətində bəy formasında işlədilməkdədir.) sözü ilə eynidirsə,onda ümumiyyətlə lulubi, subi, kaspi və skif tayfalarının adlarındakı bənzər komponentlər türkmənşəli sayıla bilər.

Lullubi hökmdarı Tardunninin relyefi. Dərbəndi-Şeyxxan, Dərbəndi Belula və ya Dərbənd-i Hurin kimi tanınan ərazidəki (Süleymaniyyədən cənubda, Qəsri-Şirin yaxınlığında, Zohab şəhərində 34 km şimal-qərbdə) qayaüstü akkaddilli mətni (İraq)

Mənbələrdə lullubi-ki formasında adı qeyd olunmuş bu etnosun adı Güney Azərbaycanda Lalandağ (Urmu bölgəsində), Leyla dağı (Səhənddə), Leylan və başqa toponimlərdə qalmışdır.

Lulubilərin etnik mənsubiyyəti daha çox elammənşəli hesab edilirdi. Lakin Y.Yusifov bu fikri təkzib etmiş və lulubilərin digər türk mənşəli etnoslar kimi Ön Asiyada e.ə. III minillikdən yaşadığını qeyd etmişdir. Lulubilərin hökmdar adları məlumdur. Lakin bu adlar semit mənşəli akkad dilində yazıldığına görə çox təhrif olunmuşdur. Həm də ki, lulubi hökmdarlarının adları əsasən teofor adlardır və bu adlarıdakı tanrı adları da bəzən akkad mənşəlidir. Məsələn: Lullubi hökmdarı Satuninin (e.ə.XXIII əsr) adının şumercə "sa"-ürək,"Utu"- günəş tanrısı mənasını verirdi; İmmaşquşun (e.ə.XIII əsr) adı şumercə "ama"-ana (güman ki, ilahə nəzərdə tutulur) və akkadca " işqun", yəni "ölçüb biçmişdir" sözlərindəndir.

Lulubilərin öz dillərindən bizə yeganə "Kiur"-tanrı sözü çatmışdır. İ.M.Dyakonov yazır ki, lulubilərin dilində kin, kinq sözü qala mənasında idi və bu söz həmin mənada kassilərin də dilində mövcud idi. Kin, Kinq sözünün həm lulubilərdə, həm də kassilərdə olması onların etnik cəhətdən qohumluğuna işarə edən faktdır. Diqqəti cəlb edən isə kin sözünün həm də kinq (türk dilləri üçün səciyyəvi olan "nq" qovuşuq səsi ilə) formasının mövcud olmasıdır. Buryat-monqol dillərində çayın ildırımlı sahili, ildırımlı qaya anlamlarında "qanq" sözü vardır. Danışıqda qanq sözünün qınq-qinq şəklinə düşməsi mümkündür. Dağlıq Altayın toponimikasında kanq dik qalxmış dağ mənasındadır. Orxon türk yazılarında Kanq toponiminin adı çəkilir. Orta Asiyada Sırdəryanın sıldırım sahilində Kanq qalası və onunla əlaqədar Kanqa əyaləti eramızın əvvəllərindən məlumdur. Bu adı fars dilindəki "kan"- "qazımaq" (kanal sözü buradandır) sözü ilə bağlayan İranşünaslar yanlışlığa yol verir, çünki kanal sözündən bu qədər toponimin törəməsi inandırıcı deyil. Qədim türk tayfalarından olan kəngərlər də öz adlarını Kanq toponimindən almışlar. V.İ.Abayev osetin dilində qala mənasında "qanax" sözünü türkmənşəli hesab edir.[8]

Lullubi-ki ("Lullubi ölkəsi") Anubaninin qayaüstü kitabəsində.

Dil mənsubiyyəti

[redaktə | mənbəni redaktə et]

Lullubilərin danışıq dili təsnif edilməmiş, yəni hələ də tam olaraq izah edilə bilinməmiş dillərə aid edilir.[9] İlk dəfə Q.Hüzing lullubi dilini Zaqro-Elam dil ailəsinə aid etmişdir. Bu, onunla əsaslandırılır ki, mixi mənbələrdə lullubi etnosunun adının müxtəlif yazılış variantlarında (Lullubum, lullubi, lullume) elam dilinə məxsus sonluqlardan (-p, -m) istifadə olunurdu. Uzun illər bu müddəa şübhə doğurmadan bir sıra tədqiqatçılar tərəfindən qəbul olunmuşdur. E.ə. I minilliyin Assur lüğətlərində yeganə lullubi termini ki-u-ru-um “tanrı” qalmışdır. Güman olunur ki, -um sonluğu akkad dilində ismin adlıq hal göstəricisidir və termin lullubi dilində KİUR kimi səslənirdi. Bu termini elam dilindəki KİRİ “ilahə” və kassi dilindəki KURİ “hökmdar” terminləri ilə müqayisə edirlər. Bundan əlavə, e.ə. I minillikdə Zamuada məskunlaşan lullubi şəxs adlarında -k, -n, -r və digər spesifik elam formantlarına təsadüf olunur.[10]

Lullubi şəxs adları

[redaktə | mənbəni redaktə et]

Sırf lullubi şəxs adları hələ müəyyən olunmayıb. Lullubilərin məskunlaşdığı Zamuanın yaşayış məskənlərinin (Daqara, Zabdanu, Uzie, Bara, Laqalaqa, Taqalaqa, Bunisa, Larbusa, Ammalı, Kisirtu və s.) və dağların adları (Simaki, Aziru, Bidirqi, Etini və s.) məlum olsa da, onların etimoloji izahı ilə bağlı tədqiqat aparılmayıb. Lullubilərin dili haqqında Q.Hüzinqə məxsus olan yeganə məqalə 1 əsr bundan əvvəl yazıldığından elmi dəyərini itirib.[11]

Lulubilərdə din

[redaktə | mənbəni redaktə et]

Lulubilər səma, günəş, bərəkət və məhəbbət, ay və s. tanrılara sitayiş edirdilər. Bu tanrıların lulubi dilində adları dövrümüzə çatmamışdır. Anubanininin daş sütununda bu tanrıların akkad dilində adları - Anum (səma tanrısı), İştar (bərəkət və məhəbbət ilahəsi, bu ilahəyə İnanna adı ilə Aratta dövlətində də sitayiş olunurdu), Sin (ay ilahəsi, bu ilahəyə sitayiş Selena adı ilə Qafqaz albanlarında da mövcud olub), Şamaş (Günəş tanrısı) və sair. Həmin kitabədə belə qeyd olunubː

" [An]nubanini, qüdrətli çar, Lulubumun çarı öz təsvirini və ilahə İştarın təsvirini Batir dağında qoydurdu. Kim bu təsvirləri və yazını məhv etsə, qoy Anum və Antum, (ilahi) Enlil və (ilahi) Ninlil, (ilahi) Adad və (ilahə) İştar,(ilahi) Su™en və (ilahi) Şamaş ...ağır lənət ilə ... onu lənətləsinlər, qoy onun nəslini kəssinlər.[12] "

Lullubi hökmdarları

[redaktə | mənbəni redaktə et]
  1. İmmaşquş (b.e.ə. 2400-cü il)[13]
  2. Anubanini (b.e.ə. 2350-ci il) Sarıpul (Sər-e Pul-e Zohab) qayasında (qədim Padir, müasir Zohab şəhəri yaxınlığında, e.ə. XXI əsrin sonu) qədim akkad dilində kitabə həkk etdirmişdir.[14]
  3. Satuni (b.e.ə. 2270-ci il; Suzdan tapılan mətndə Naram-Suenin lullubilərin hökmdan Satuni üzərində qələbəsi tərənnüm olunub);
  4. Irib (b.e.ə. 2037-ci il)
  5. Darianam (b.e.ə. 2000-ci il)
  6. Ikki (dəqiq tarixi bəlli deyil)[14]
  7. Tardunni (Tardunni ) İkkinin oğlu. Onun kitabəsi Anubanini yazısının yaxınlığında tapılıb.[14]
  8. Nur-Adad ( b.e.ə. 881 – b.e.ə. 880-cu il)
  9. Zabini (b.e.ə. 881-ci il)
  10. Hubaya (b.e.ə. 830-cu il) Assuriyalıların vassalı.
  11. Dada (b.e.ə. 715-ci il)
  12. Larkutla (b.e.ə.675-ci il)

Lullubilərə aid qayaüstü kitabələr

[redaktə | mənbəni redaktə et]

Anubaniniyə aid qayaüstü kitabə

[redaktə | mənbəni redaktə et]

Digər lullubi qayaüstü kitabələri

[redaktə | mənbəni redaktə et]

İkiçayarası ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Lulubi dövləti İkiçayarası ilə iqtisadi və siyasi əlaqələr saxlayırdı. Lulubilər Şimali İkiçayarasının Qasur (müasir İraqda Yorğan-təpə)[20] şəhərində mal mübadiləsi edir və mal-qaranı taxıla dəyişirdilər. Aratta dövründə olduğu kimi Lulubi dağ sakinləri də taxıla ehtiyac duyurdu. Onlar maldarlıq ilə yanaşı dəmyə əkinçiliyi ilə də məşğul olurdular.

Lulubi dövləti də Aratta dövləti kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdı. Burada da mixi yazı sistemi ilə tanış idilər və akkad dilini bilən mirzələr və akkad qələbə abidələri hazırlama ənənəsinə uyğun abidələr yaradan ustalar vardı. Anubanininin "Daş sütunu" İkiçayarası nümunələri əsasında lulubi ustaları tərəfindən hazırlanmışdı.[21]

  1. Qaşqay, Solmaz. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə (az.). Bakı: Təhsil. 2006.
  2. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. ISBN 978-9952-34-677-0.
  3. Qeybullayev, Qiyasəddin. Azərbaycan türklərinin təşəkkülü tarixindən (az.). Bakı: Azərnəşr, 1994.
  4. Hüsing De Gruyter. Palatale Spirans in Lullu-land? (en.) // OLZ, 1903, №6, pp. 399-402.
  5. Klengel H. Lullubum. Ein Beitrag zur Geschichte der altvorderasiatischen Gebirgsvölker (deu.) // MIO, 1966, XI, s.349-371.
  6. Qeybullayev, Qiyasəddin. Azərbaycan türklərinin təşəkkülü tarixindən (az.). Bakı: Azərnəşr. 1994. 43 (elektron versiyada). ISBN 5-552-01387- 5. (#invalid_param_val)
  1. Eidem, Jesper; Læssøe, Jørgen. The Shemshāra Archives 2: The Administrative Texts (ingilis). Kongelige Danske Videnskabernes Selskab. 1992. 22, 51–54. ISBN 978-87-7304-227-4. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  2. Speiser, Ephraim Avigdor. Mesopotamian Origins: The Basic Population of the Near East (ingilis). University of Pennsylvania Press. 2017-01-30. 90. ISBN 978-1-5128-1881-9. 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  3. Campbell, Lyle. Language Isolates (ingilis). Routledge. 2017-10-03. 37. ISBN 978-1-317-61091-5. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  4. Potts, Daniel T. Nomadism in Iran: From Antiquity to the Modern Era (ingilis). Oxford University Press. 2014. 36. ISBN 978-0-19-933079-9. 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  5. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 27. ISBN 978-9952-34-677-0.
  6. Hamblin, William J. Warfare in the Ancient Near East to 1600 BC. Routledge. 2006. 115–116. ISBN 9781134520626.
  7. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 24. ISBN 978-9952-34-677-0..
  8. Qeybullayev, Qiyasəddin. Azərbaycan türklərinin təşəkkülü tarixindən (az.). Bakı: Azərnəşr. 1994. ISBN 5-552-01387- 5.
  9. "The Languages of the Ancient Near East (in A Companion to the Ancient Near East, 2nd ed., 2007)". 2024-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.
  10. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 33. ISBN 978-9952-34-677-0.
  11. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. s. 157. ISBN 978-9952-34-677-0.
  12. Qaşqay, Solmaz. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə (az.). Bakı: Təhsil. 2006. 9.
  13. Cameron, George G. History of Early Iran (PDF). The University of Chicago Press. 1936. səh. 35. 2016-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-25.
  14. 1 2 3 Cameron, George G. History of Early Iran (PDF). The University of Chicago Press. 1936. səh. 41. 2016-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-25.
  15. Osborne, James F. Approaching Monumentality in Archaeology (ingilis). SUNY Press. 2014. 123–124. ISBN 9781438453255.
  16. 1 2 3 4 5 6 Osborne, James F. Approaching Monumentality in Archaeology (ingilis). SUNY Press. 2014. səh. 123. ISBN 9781438453255.
  17. Osborne, James F. Approaching Monumentality in Archaeology (ingilis). SUNY Press. 2014. 123–124. ISBN 9781438453255.
  18. 1 2 3 Osborne, James F. Approaching Monumentality in Archaeology (ingilis). SUNY Press. 2014. 123–124. ISBN 9781438453255.
  19. Frayne, Douglas. Old Babylonian Period (2003-1595 BC). University of Toronto Press. 1990. 707 ff. ISBN 9780802058737.
  20. Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 30. ISBN 978-9952-34-677-0.
  21. "Ömərov, V. Azərbaycan dövlətçilik tarixində qədim dövlətlər: Lullubum və Kutuim dövlətləri // Səs qəzeti, 2012, 12 iyul, s. 14". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-25.