Həzrət Əbdürrəhman oğlu Süleymanov (2 may 1902, İlisu, Zaqatala dairəsi – avqust 1970) — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili (1942–1953), Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi (1940–1942).
Həzrət Süleymanov | |
---|---|
1 may 1942 – 1953 | |
Əvvəlki | Qənbər Bağırov |
1946-cı ilədək SSRİ Xalq Tədarük Komissarlığının Azərbaycan SSR müvəkkili kimi | |
1940 – 1942 | |
1938 – 1940 | |
1931 – 1934 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1902 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1970 (68 yaşında) |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
|
Həzrət Əbdürrəhman oğlu Süleymanov 1902-ci ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. 9 yaşında Bakıya gələrək natamam təhsil almışdır.[1] Əmək fəaliyyətinə 1917-ci ildə tərcüməçi olaraq başlamış, 1920-ci ildə Qax Nahiyə İnqilab Komitəsinin sədri olmuşdur. 1923-cü ildə istehlak kooperasiyası sistemində işləməyə göndərilmiş, 1931-ci ilədək Zaqatala İstehlak Cəmiyyətinin sədri olmuşdur.[2]
Həzrət Süleymanov 1931-ci ildə Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilmiş, 1934-cü ildə isə "Azərittifaq"ın rəyasət heyətinin üzvü seçilərək çörək ticarəti və tədarük idarələrinə başçılıq etmişdir.[2] 1938-ci ildə Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1940-cı ildə isə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi seçilmişdir.[3] 1942-ci ildən SSRİ Xalq Tədarük Komissarlığının (1946-cı ildən SSRİ Tədarük Nazirliyinin) Azərbaycan SSR müvəkkili, 1953-cü ildən isə Azərbaycan SSR kənd təsərrüfatı və tədarük nazirinin müavini vəzifələrində çalışmışdır.[2] Həzrət Süleymanov Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, buranı 1953-cü ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.[3]
Həzrət Süleymanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", 1-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə, bir sıra medallarla, eləcə də Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı ilə təltif edilmişdir.[3]
Həzrət Süleymanov 1970-ci ilin avqust ayında vəfat etmişdir.[3]