Məcburi hicaba qarşı İran etirazları (2017-2019)

İranda məcburi hicab geyiminə qarşı etirazlar, həmçinin, hadisənin gedişatı ilə bağlı olaraq İnqilab küçəsi qızları(fars. دختران خیابان انقلاب‎) kimi də bilinir. Etirazlar bu hərəkətlənmələrə ilham mənbəyi olan, İnqilab küçəsi qızı kimi də tanınan Vida Movahədin 27 dekabr 2017-ci ildə[2] Tehranın izdihamlı İnqilab küçəsinin mərkəzindəki elektrik sayğacının yanında dayanaraq, hicabını və ağ şalını bir çubuğa keçirib bayraq kimi dalğalandırmasıyla başladı.[3][4][5][6] O, həmin gün həbs edildi[5][6] və bir ay sonra 28 yanvar 2018-ci ildə[7][8] icbari cəza ödəməklə[9][10] müvəqqəti sərbəst buraxıldı. Bəzilərinə görə Movahədin bu hərəkəti Məsih Əlinejadın Amerikanın Səsinin fars dilində olan yayımında 2017-ci ilin əvvəlində başlayan protest hərəkəti Bəyaz Çərşənbələr tələbinə əsaslanırdı.[11][12][13] Az sonra digər qadınlar da bu etiraz hərəkətini təkrarlamağa və öz hərəkətlərini sosial mediya hesablarında paylaşmağa başladı. Bu etiraza dəstək verən qadınlar ingilis dilli mənbələrdə "İnqilab küçəsinin qızları"(ing. Girls of Enghelab Street)[12][14] olaraq təsvir edilir. Bəzi nümayişçilər Məsih Alinejadın istəyi üzərinə yox, özlərinin bunu başlatdığını iddia edirdilər.[15][16][16][17][18]

Məcburi hicaba qarşı İran etirazları (2017-2019)
Əsas münaqişə: İran etirazları (2017–2018)
Linzdə İnqilab küçəsi qızlarına dəstəyini göstərən iranlı qadın
Tarix 27 dekabr 2017 - indiyə qədər
Yeri İran
Səbəbi Məcburi Hicab Qanunu
Münaqişə tərəfləri

Etirazçılar

İtkilər

Tutulanlar: ən az 40 nəfər[1]

naməlum

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran Cinayət Qanunu

[redaktə | mənbəni redaktə et]

1979-cu il inqilabından sonra qüvvəyə minən İran İslam qanunlarının İslami Cinayət qanunun (Sanskiyalar və önləyici cəzalar adlandırılır) 5-ci kitabının 638-ci maddəsinə görə hicab geyinməyən qadınlar 10 gündən 2 aya qədər həbs edilə, və/və ya 50 000–500 000 rial ödəməsi tələb oluna bilər.[19] Pulla ödənən cəza miqdarı inflyasiyaya bağlı olaraq məhkəmə tərəfindən yenidən hesablanır.

Eyni kitabın 639-cu maddəsinə görə iki növ insan 1 ildən 10 ilə qədər həbsə məhkum edilə bilər: Onlardan birincisi əxlaqsızlıq və ya fahişəlik yerini quran və ya bu akta istiqamətləndirən şəxslər, ikincisi insanları əxlaqsızlığa və ya fahişəliyə təşviq edən və ya həvəsləndirən şəxslər.[20][21]

Bu etirazçıların məhkəmədə günahlandırıldığı qanunlardan bəziləridir.[20][22]

Baxmayaraq ki, 1979-cu il İran İslam İnqilabından əvvəl (İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin dövründə) hicab məcburi deyildi,[23] bu dövrdə bəzi İran qadınları hicab və ya çador geyinirdilər.[24]

1979-cu il İslam inqilabından sonra hicab tədricən məcburi hala gəldi.[25] 1979-cu ildə Ruhullah Xomeyni qadınların İslami geyim qaydalarına riayət etmələrini elan etdi;[25][26] Onun bu açıqlaması nümayişlərin artmasına səbəb oldu və hökumət bu ifadənin yalnız tövsiyə olduğunu açıqladı.[25][26] Hicab 1980-ci ildə dövlət və ictimai idarələrdə arda-arda icbari olaraq qəbul edildi. 1983-cü ildə isə ölkədəki bütün qadınların hicab geyinməsi məcburi oldu.[25]

2018-ci ildə Prezident Həsən Ruhani tərəfindən aparılan, 2014-cü ilə təsadüf edən bir hökumət sorğusu iranlıların 49,8% -nin məcburi hicabın əleyhinə olduğunu göstərdi..[27][28] Məruzə İran prezident aparatının tədqiqat qolu olan Strateji Araşdırmalar Mərkəzi (İran)|Strateji Araşdırmalar Mərkəzi tərəfindən yayımlandı və 2014-cü il iyul ayında PDF formatında "İlk xüsusi hicab iclasının hesabatı" adlandırıldı.[29]

2 fevral 2018-ci ildə Merilend Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları Mərkəzi (CISSM) tərəfindən aparılan bir sorğu az sayda iranlının "İranın siyasi sistemini dəyişdirmək və ya ciddi İslam qanunlarını yüngülləşdirmək" ilə razılaşdıqlarını göstərdi.[30]

İran dünyada müsəlman olmayan qadınların hicab taxmasını tələb edən yeganə ölkədir.[31] Məsələn, 2018-ci ilin yanvar ayında bir çinli musiqiçi konsert verərkən konsertin ortasın zorla örtünmüşdü.[32]

27 dekabr 2017-ci ildə[2] Movahidin hicabını bayraq kimi dalğalandırdığı video və şəkillər sosial şəbəkələrdə "O haradadır" həştəqiylə (fars. "دختر_خیابان_انقلاب_کجاست"‎ tərc."İnqilab küçəsinin qızı haradadır?") gündəm yaratdı. İlk başda bilinməsə də, günlər sonra həbs edilmiş hüquqşunas və insan hüquqları aktivisti Nəsrin Sotudah (fars. نسرین ستوده‎) bu qadının 31 yaşında olduğunu və hadisədən dərhal sonra 19 aylıq uşağı ilə birlikdə polislər tərəfindən tutulduğunu bildirdi.[3][4][5]

28 yanvar 2018-ci ildə hadisəni araşdıran vəkil Nəsrin Sotudaha görə Vida Movahəd sərbəst buraxılıb,[7][8] ancaq müvəqqəti olaraq.[9][10]

29 yanvar 2018-ci ildə bir qadın Tehran Movahədin hərəkətinin eynisini təkrarlayaraq, İnqilab küçəsindəki eyni elektrik qovşağının yanında ağ hicabını çıxaraq onu çubuğa keçirmiş və bunun ardınca polis qüvvələri tərəfindən saxlanılmışdır. Sosial şəbəkələrdə paylaşılan şəkillər göstərir ki, birisi Firdovsi meydanının yanında olmaqla, daha 3 qadın Movahədin etiraz hərəkətini təkrarlamışdır.[12]

Nəsrin Sotudah 30 yanvar 2018-ci ildə 32 yaşlı Nərgiz Hüsseyninin (fars. نرگس حسینی‎) 29 yanvarda həbs edildiyini dedi.[33]

30 yanvar 2018-ci ildə bir neçə qadın, həmçinin kişi Movahədin etirazını təkrarlayaraq məcburi hicab qanununa qarşı çıxdılar.[11][13] Belə etirazlar Tehrandan başqa, İsfahan, Şiraz və başqa şəhərlərdə baş tutdu.[20][34]

İran polis departamenti 1 fevral 2018-ci ildə artıq 29 qadının hicabını çıxardığı üçün həbs edilməsi ilə bağlı xəbər yaydı.[34][35][36][37]

İranlı vəkil Nəsrin Sotudaha görə, İnqilab küçəsinin ikinci qızı olaraq tanınan, 32 yaşlı Nərgiz Hüsseyni 135 000$-lıq icbari cəzanı ödəyə bilmədiyi üçün 10 ilə qədər həbs və 74 qamçı cəzasına məhkum edilməklə qarşı qarşıya idi.[20][22]

Sosial şəbəkələrdə yayılan yeni şəkil və videolarda 15 fevral 2018-ci ildə İnqilab küçəsində daha bir qadının — Əzəm Cəngrəvinin (fars. اعظم جنگروی‎) Movahədin etirazını təkrarladığı görünür. Videoda polisin onu aqressivliklə yerə yıxdırdığı da nəzərə çarpır. Əzəm İnstagram hesabında paylaşdığı sonuncu şəkildə İran reformistləri və Quruluş Partiyasının İcraçılarının üzvü olduğunu və nə ölkə daxilində, nə də ölkə xaricində heç kimdən əmr almadan, sadəcə məcburi hicaba öz etirazını bildirmək üçün bunu etdiyini yazmışdı.[15][38][39]

Nərgiz Hüsseyni və Əzəm Cəngrəvi müvəqqəti olaraq sərbəst buraxıldılar.[38]

Şəpərək Şəcərizadə (fars. شاپرک شجری زاده‎) adlı başqa bir qadın aksiyaçı 21 fevral 2018-ci ildə Qeytəri küçəsində bəyaz baş örtüsüylə etirazını bildirdikdən sonra polislər tərəfindən saxlanılıb. Hadisə şahidlərinin sözlərinə görə polis ona arxadan hücum edərək, polis maşınına mindirmişdi.[38][40][41]

İnqilab küçəsində etirazçıların yığıncaq nöqtəsi olan elektrik qovşağı

Sosial şəbəkələrdə paylaşılan fotolorda hökumətin qadınların etiraz aksiyası keçirdiyi elektrik qovşağının ətrafına tərsinə çevrilmiş v formalı dəmir yerləşdirdiyi görünürdü. Bununla onların burada dayanmağının qarşısı alınmaq istənirdi.[42]

Şəpərək Şəcərizadə 18 illik təxirə salınmış həbs müddətindən əlavə 2 il daha azadlıqdan məhrum edilmişdi.[43] Əlavə olaraq, o, İranı tərk etdiyini bildirirdi.[44]

Məryəm Şəriətmədari (fars. مریم شریعتمداری‎) adlı başqa bir qadın günorta saatlarında elektrik qovşağının yanında məcburi hicaba etirazını bildirərkən, polislər ona oradan uzaqlaşmalı olduğunu dedi. O, bunu rədd etdi və polislərdən nə cinayət işləmiş olduğunu soruşduqda, "hüzuru pozmaq" deyə cavab verdilər. Daha sonra Şəriətmədari gücdən istifadə edilərək oradan endirildi. Bu zaman qadının ayağı sınmış, müxtəlif xəsarətlər almışdı.[40][45]

Şəpərək Şəcərizadə saxlanıldığı zaman döyülmüşdü.[40] O, daha sonra müvəqqəti sərbəst buraxıldı.[40]

Şahidlərin sözlərinə görə Həmraz Sadiği (fars. همراز صادقی‎) adlı digər bir qadın da 24 fevral, şənbə günü məcburi hicaba öz etirazını bildirərkən qəflətən naməlum mühafizə qüvvələri tərəfindən hücuma məruz qalır, qolu sındırılır və həbs edilir.[46]

8 iyul 2018-ci ildə yeniyətmə olan Mədeh Hocabri öz İnstagram səhifəsində başında şalı olmadan İran və Qərb mahnılarıyla öz başına rəqs etdiyi videoları paylaşdıqdan sonra həbs edilmişdi.[47] O, 600 000-dən çox izləyicisiylə İnstagramın ən məşhur bir neçə istifadəçisi arasında idi.[47] Onun videoları yüzlərlə insan tərəfindən paylaşıldı.[47] Bir neçə iranlı qadın onun həbsinə etirazlarını bildirmək üçün sosial şəbəkələrdə rəqs etdikləri videoları paylaşdı.[48]

27 oktyabr 2018-ci ildə əxlaq polis qüvvələrinin universitetlərinə zorla daxil olması və hicabi düzgün geyinməmiş bir neçə qadını həbs etmək cəhdlərindən sonra İslami Azad Universitetinin tələbələri nümayiş keçirdilər. Onlar polis maşınlarının qarşısında dayanaraq, yolu bağlamışdılar. Bu polis sürücüsünün onları əzməyə cəhd etməsinə səbəb olmuşdu.[49]

29 oktyabr 2018-ci ildə iranlı bir qadın Tehrandakı İnqilab meydanının mərkəzində dayanmış və məcburi hicaba etirazını bildirmək üçün başındakı şalı çıxarmışdı. O, dəqiqələr sonra polis tərəfindən saxlanılmışdı.[50] 14 aprel 2019-cu ildə bu qadının Vida Movahəd olduğu, onun ikinci dəfə etirazlara başladığı ortaya çıxdı.[51]

15 fevral 2019-cu ildə əxlaq polisi Tehranın Nərmək ərazisində hicabı uyğun olmayan 2 qızı həbs etməyə cəhd göstərmiş və ətrafdakıların müqaviməti ilə qarşılaşmışdı. Bir qrup insan polis maşının ətrafına toplaşmış, pəncərələrini qırmış, qapısını dağıtmış və iki qızı içəridən çıxarmışdı. Hadisəylə bağlı videoda polisin yığılan insanları dağıtmaq üçün havaya atəş açdığı görünür. Tehran polisi daha sonra insidenti təsdiq etdi.[52][53]

7 mart 2019-da iki qadın Kəngavərdə iki qadın küçədə hicabları olmadan gəzərək, məcburi hicaba etiraz etdikləri üçün polis tərəfindən saxlanıldı.[54]

Beynəlxalq Qadınlar Günündə Tehranda bir qrup qadın tamamilə başı açıq bir şəkildə qadınlara olan təzyiqə etiraz edirdi. Videoda Vəliəsr küçəsində iki başı açıq qadın əllərində Beynəlxalq Qadınlar Günü ilə bağlı şüarlar olan qırmızı simvollar tuturdu. Bir başqa videoda isə Tehran metrosunda bir qrup örtünməmiş qadın sərnişinlərə güllər verirdi.[55]

11 mart 2019-da bir kişi İnqilab küçəsindəki qovşağın yanında dayanaraq, çubuğa keçirdiyi ağ şalı dalğalandırırdı. O, dərhal mühafizə qüvvələri tərəfindən həbs edildi.

13 may 2019-cu ildə Tehran Universitetinin tələbələri icbari hicab qanununa itaət etmək üçün edilən və günü-gündən artan təzyiqlərə etiraz etmək məqsədiylə toplaşdı.[56] Mülki geyimlilər etiraz edən tələbələrə hücum etdi. Tələbələr, həmçinin, azadlıq və azad seçki tələb edən şüarlar səsləndirirdilər.[57]

2019-cu ilin avqustunda iranlı insan hüquqları aktivisti Səba Kord Əfşari 24 il azadlıqdan məhrum edildi. 24 ilin 15 ili İran hökuməti tərəfindən "əxlaqsızlıq və fahişəliyi" təbliğ edən hərəkət olaraq qəbul edilən ictimai yerlərdə hicabını çıxarılması üçün idi.[58]

Ölkə səviyyəsində

[redaktə | mənbəni redaktə et]
  • İranın baş hakimi Məhəmməd Cəfər Müntəziri 31 yanvar 2018-ci ildə nümayişçilərin hərəkətlərini xaricdən gördüklərini təkrarlayan "lazımsız" və "uşaqca" şeylər kimi qiymətləndirərək, etirazçıları qınadı.[59]
  • Parlament spikerinin köməkçisi 31 yanvar 2018-ci ildə Əli Mütəhəri İranda hicab geyinməklə bağlı heç bir məcburiyyətin olmadığını, çünki qadınların istədikləri kimi geyindiklərini dedi.[60][61][62][63]
  • 31 yanvar 2018-ci ildə parlamentin üzvü, siyasətçi Suheyla Colodarzadə etirazların qadınlar üzərində olan onların lazımsız qadağaların bir nəticəsi olduğunu dedi.[37]
  • 4 fevral 2018-ci ildə İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn Mohsenieceyi saxlanılan qadınlarının bəzilərinin üzərindən narkotik tapılıdığını və əgər etirazların təşkilatlı şəkildə həyata keçməsi təsdiq olunarsa, saxlanılanların cəzasının çox daha ağır olacağını qeyd etdi.[20]
  • Prezident Həsən Ruhani 11 fevral 2018-ci ildə, İslam inqilabının 39 illiyində İranda baş verən hər hansısa bir münaqişənin konstitusiyasının 39-cu maddəsinə görə İran xalqı tərəfindən keçirilən konstitusional referandumla həll oluna biləcəyini dedi.[64]
  • İranlı rejissor və aktrisa Mərziyə Borumand 14 fevral 2018-ci ildə dedi ki, o özü də məcburi hicaba qarşıdır ancaq o, hərəkatdakı Məsih Əlinejadın liderliyinə qarşıdır. Borumanda görə, Əlinejad ölkə içindəki hər hansısa bir etiraz hərəkətini özününküləşdirir, nəticədə hökumətə etirazçıların başqaların əmir aldığı bəhanəsini verir ki, bu da gənc qızlara problem olur.[16][17][18]
  • Tehran Şəhər Məclisinin nümayəndəsi Nahid Xodakərəmi fevralın 15-də qadınların öz geyimlərini seçməsinin onların ilkin hüquqları olduğunu bildirdi. Əzəm Cəngrəvinin videosuna reaksiya bildirən Xodakərəmi "Burada qadının görünən saçı mı günahdır, yoxsa o kişinin əli mi?" deyib.[65][66][67]
  • 22 fevral 2018-ci ildə akademik Abdulla Ramazanzadə "Kim və hansı hüquq polislərə qadınları belə yıxıb sürümək icazəsi verib?" deyərək hadisəyə reaksiyasını bildirib.[68]
İranın şiə ayətullahı Mehdi Təbatabai insanları hicaba bu yolla məcbur etməyin İslamda olmadığını və pis nəticələrinin olacağını deyib.[69]
  • İranın şiə ruhanisi Mehdi Təbatabai saxlanılmalara reaksiyasında 22 fevral 2018-də hicabın İslamda bir tələb olduğunu, ancaq bunun güc tətbiq edərək olmamasını dedi.[69]
  • İran polisi 23 fevral 2018-də rəsmi olaraq qadınların hicablarını çıxarmaları halında, qanunun 639-cu maddəsinə görə on ilə qədər həbs ediləcəklərini xəbərdarlıq etdi. Polis, həmçinin, qanunun kiminsə tərəfindən pozulmadığına əmin olmağın onların işi olduğunu deyib.[70]
  • 24 fevral 2018-ci ildə İranda nəşr edilən Qanun qəzetinin əsas səhifəsində Mirşad İmani tərəfindən yazılan məqalədə hökuməti 639-cu maddəyə əsaslanaraq hicabsız insanları fahişə adlandırmamağa çağırdı.[71]
  • Amnesty International 24 yanvar 2018-də İran hökumətində şərtsiz olaraq saxlanılan qadınların sərbəst buraxılmasını tələb etdi.[72] Amnest İnternational 2 fevral 2018-də yenidən aralarında 1 fevralda saxlanılan Şimə Babəyinin də olduğu 6 insan hüquqları müdafiəçisinin sərbəst buraxılması ilə bağlı İran hökumətinə müraciət etdi.[73][74][75]
  • ABŞ-nin nümayəndəsi Heder Noyert fevral 2018-ci ildə yayımlanan bəyanatda məcburi hicaba qarşı duran və təməl insan hüquqlarını tələb edən ən az 29 şəxsin həbsini qınadığını bildirdi.[76][77][78][79][80][81]
  • Dünyanın müxtəlif yerilərindən qadınlar öz hicablarını yandıraraq #NoHijabDay həştəqiylə fotolarını paylaşmağa, iranlı qadınların yanında olduqlarını yazmağa başladılar.[82][83]
  • 17 fevral 2018-də Vilson Mərkəzindəki Yaxın Şərq Proqramının direktoru, İran əsilli amerikalı Xəlif İsfəndiari Axios saytına verdiyi müsahibədə bu etirazların oyanış dalğası olduğunu, ancaq hələ hərəkat kimi yetişmədiyini vurğulayıb.[84]
  • 24 fevral 2018-ci ildə Human Rights Watch-un Yaxın Şərq direktoru Sara Li Vitson İran hökumətini etirazçılara qarşı olan ittihamlarını dayandırmağa çağırıb.[38][40]
  • Fevral ayının 28-də Avropa Parlamentinin 45 üzvü AP-nin Xarici Siyasət üzrə Direktoru Federika Moqherinidən İran qadınlarının məcburi hicaba qarşı olan etirazlarını dəstəkləməsini istəyib.[85][86]
  1. "دختر معترض به «حجاب اجباری» در میدان انقلاب بازداشت شد" [The protester's daughter was arrested on "Hijab Forced" in Revolution Square]. Radio Farda. 29 October 2018. 3 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2019.
  2. 1 2 "Masih Alinejad on Instagram: "همین امروز چهارشنبه خیابان انقلاب - روبروی نان فرانسه، دختری که روسری خود را به چوبی اویزان کرده بود و در هوا تکان می داد. این دختر پس از…"". Instagram (ingilis). 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
  3. 1 2 D'Ignoti, Stefania. "Women's campaigns flourish beyond Iran protests". Al Monitor. 18 January 2018. 27 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018.
  4. 1 2 Alfatlawi, Rosie. "'#Where is She?' Iranians Seek Answers Over Disappearance of Hijab-waving Icon". Al Bawaba. 20 January 2018. 28 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018.
  5. 1 2 3 "Iran lawyer raises concern over missing hijab protester". The Daily Star (Lebanon). 22 January 2018. 31 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018.
  6. 1 2 Norman, Greg. "Iranian woman in iconic video feared to have been arrested after waving hijab on a stick". Fox News. 23 January 2018. 27 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018.
  7. 1 2 Sotoudeh, Nasrin. "Girl of Enghelab street was released" (fars). Facebook. 28 January 2018. 25 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2018.
  8. 1 2 Lusher, Adam. "Girl of Enghelab Street: Iranian woman who stood in Tehran street without a hijab released from custody, says lawyer". The Independent. 29 January 2018. 29 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2018.
  9. 1 2 ""Girls of Revolution St" Protest Ignites Debate on Iran's Compulsory Hijab". Center for Human Rights in Iran. 31 January 2018. 6 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2018.
  10. 1 2 Wright, Robin. "Hijab Protests Expose Iran's Core Divide". The New Yorker. 7 February 2018. 5 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2018.
  11. 1 2 Alimardani, Mahsa. "The 'Girls of Revolution Street' Protest Iran's Compulsory Hijab Laws". Global Voices (NGO). 30 January 2018. 14 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  12. 1 2 3 "Second woman arrested in Tehran for hijab protest". TheGuardian.com. 29 January 2018. 16 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2018.
  13. 1 2 Esfandiari, Golnaz. "Uncovered 'Girl From Revolution Street' Picks Up Steam In Iran". Radio Free Europe/Radio Liberty. 30 January 2018. 6 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
  14. "In Tehran, New Hijab Protester Led Off By Police". VOA. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  15. 1 2 "Another Woman Arrested In Iran For Protesting Against Compulsory Veiling". Radio Farda. 16 February 2018. 21 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  16. 1 2 3 "مرضیه برومند در واکنش به اعتراض‌ها: با حجاب اجباری مخالفم". Radio Zamaneh. 15 February 2018. 27 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  17. 1 2 "مرضیه برومند: من با حجاب اجبارى مخالفم اما ..." Asr-e-Iran. 15 February 2018. 2 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  18. 1 2 "مرضیه برومند: این خانم «وِزوِزی» از جان زنان ما چه می‌خواهد؟". Tasnim News Agency. 14 February 2018. 6 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  19. 638 // Book #5 of the Islamic Penal Code (Sanctions and deterrent penalties) (fars).
  20. 1 2 3 4 5 "Woman Arrested For Removing Hijab in Tehran Refuses to Repent Despite Facing 10 Years in Prison". Center for Human Rights in Iran. 6 February 2018. 16 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  21. 639 // Book #5 of the Islamic Penal Code (Sanctions and deterrent penalties) (fars).
  22. 1 2 "Iran's hijab protesters remain defiant in prison: rights group". Rudaw Media Network. 6 February 2018. 8 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  23. El Guindi, Fadwa. Veil: Modesty, Privacy and Resistance. Oxford; New York: Berg Publishers; Bloomsbury Academic. 1999. səh. 3, 13-16, 130, 174-176. ISBN 9781859739242.
  24. Abrahamian, Ervand. A History of Modern Iran. Cambridge, UK; New York: Cambridge University Press. 2008. səh. 84, 94-95. ISBN 9780521528917.
  25. 1 2 3 4 Milani, Farzaneh. Veils and Words: The Emerging Voices of Iranian Women Writers. Syracuse, New York: Syracuse University Press. 1992. səh. 19, 34-37. ISBN 9780815602668.
  26. 1 2 Algar, Hamid. Roots of the Islamic Revolution in Iran: Four Lectures. Oneonta, New York: Islamic Publications International (IPI). 2001. səh. 84. ISBN 9781889999265.
  27. Erdbrink, Thomas. "Compulsory Veils? Half of Iranians Say 'No' to Pillar of Revolution". The New York Times. 4 February 2018. 5 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2018.
  28. Erdbrink, Thomas. "Half of Iranians say 'no' to compulsory veils, a pillar of the 1979 Islamic Revolution". Pittsburgh Post-Gazette. 4 February 2018. 6 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2018.
  29. "گزارش اولین نشست تخصصی حجاب" (PDF) (fars). Center for Strategic Studies. July 2014. 5 February 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 February 2018.
  30. Taylor, Adam. "Most Iranians feel Trump's comments in support of protesters didn't help, poll finds". washingtonpost. 2 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2011.
  31. "Protests against mandatory hijab in Iran reignite debate that has preoccupied Islamic nation since its founding". Firstpost. 8 February 2018. 27 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2018.
  32. "Chinese Musician 'Humiliated' in Iran as Hijab Imposed Mid-performance". Al Bawaba. 3 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2019.
  33. "Iran headscarf protester arrested: Lawyer". The Straits Times. 30 January 2018. 6 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2018.
  34. 1 2 "Iran arrests 29 women for not wearing hijab in protests". Aljazeera.com. 2 February 2018. 22 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2018.
  35. Gerretsen, Isabelle. "Iran: 29 women arrested over anti-hijab protests inspired by 'girl of Enghelab Street'". International Business Times UK. 1 February 2018. 23 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2018.
  36. "Iranian Police Arrest 29 Women Protesting Against Veiling Law". Radio Free Europe/Radio Liberty. 2 February 2018. 31 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2018.
  37. 1 2 Dehghan, Saeed Kamali. "Tehran hijab protest: Iranian police arrest 29 women". TheGuardian.com. 2 February 2018. 1 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2018.
  38. 1 2 3 4 "Iran: Stop Prosecuting Women Over Dress Code". Human Rights Watch. 24 February 2018. 25 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2018.
  39. "یک دختر خیابان انقلاب دیگر: از اصلاحات خسته شده‌ام" (fars). Radio Zamaneh. 15 February 2018. 31 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  40. 1 2 3 4 5 "HRW Urges Iran To Drop Charges Against Women Protesting Compulsory Hijab". Radio Farda. 24 February 2018. 25 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2018.
  41. "بازداشت یک دختر دیگر خیابان انقلاب" (fars). Radio Zamaneh. 21 February 2018. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2018.
  42. "سکوی دختران خیابان انقلاب تغییر شکل داد (Girls of Enghelab street platform has changed shape)" (fars). Radio Zamaneh. 22 February 2018. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2018.
  43. "Iranian woman gets 20-year punishment for publicly taking off hijab". StepFeed.com. 10 July 2018. 10 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  44. "Iranian Woman Who Protested Hijab Rule Gets Two-Year Sentence, Leaves Country". Radio Free Europe/Radio Liberty. 10 July 2018. 10 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  45. "باز هم دختر خیابان انقلاب و برخورد خشن پلیس (Another Girl of Enghelab Street and Police violent)" (fars). Radio Zamaneh. 22 February 2018. 30 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2018.
  46. "یکی دیگر از «دختران خیابان انقلاب» ضرب‌وشتم و «بازداشت شد»" (fars). Radio Farda. 25 February 2018. 26 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2018.
  47. 1 2 3 "Woman arrested in Iran for Instagram video of her dancing". 8 July 2018. 9 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  48. Barron, Laignee. "Women in Iran Are Dancing to Protest the Arrest of a Teenage Instagrammer". Time. 9 July 2018. 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  49. "حواشی زیر گرفتن یک دختر دانشجو توسط «گشت ارشاد» در یکی از شعبه‌های دانشگاه آزاد". صدای آمریکا. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  50. "دختر معترض به «حجاب اجباری» در میدان انقلاب بازداشت شد". رادیو فردا. 3 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  51. "محکومیت دختر خیابان انقلاب به یک سال حبس". خبرگزاری جمهوری اسلامی ایران (ایرنا). 14 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2019.
  52. "Iranians attack morality police van to save women from arrest". The France 24 Observers. 28 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  53. "دخالت مردم در بازداشت زنان توسط گشت ارشاد منجر به شلیک تیرهوایی در نارمک تهران شد". صدای آمریکا. 28 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  54. "«بازداشت دو زن معترض» به حجاب اجباری در کنگاور". رادیو فردا. 8 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  55. "Activists Appear Unveiled in Tehran on Women's Day". VOA. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2019.
  56. "Arxivlənmiş surət". 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  57. "Vigilantes Attack Tehran University Students Protesting Strict Hijab". RFE/RL. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2019.
  58. "Iranian civil rights activist gets prison for taking off hijab in public". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  59. "Iran's Chief Prosecutor Quips at Headscarf Protests, Blames Foreigners". Sputnik. 31 January 2018. 30 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2018.
  60. "Iran cracks down on women protesting against headscarves". The National (Abu Dhabi). 2 February 2018. 6 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2018.
  61. "Protests against compulsory hijab trigger debate in Iran". Al Monitor. 31 January 2018. 5 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2018.
  62. "Iran arrests 29 women as headscarf protests intensify-". The Times of India. 2 February 2018. 20 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2018.
  63. "29 women held as protests against dress code intensify in Iran". DAWN. 3 February 2018. 23 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2018.
  64. Erdbrink, Thomas. "In Iran, Environmentalists Are Now Seen as Spies". The New York Times. 12 February 2018. 30 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2018.
  65. "نسرین ستوده به یورونیوز: وثیقه نرگس حسینی آماده است/ اعظم جنگروی بازداشت شد" (fars). Euronews Persian. 16 February 2018. 19 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  66. Khodakarami, Nahid. "کم ترین حقی که می شود برای یک #زن قائل شد انتخاب نوع #حجاب است" (fars). Twitter. 15 February 2018. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  67. Khodakarami, Nahid. "کدام گناهش بیشتر است؟ موهای #اعظم_جنگروی یا دست های آن مرد؟" (fars). Twitter. 15 February 2018. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  68. Abdollah, Ramezanzadeh. ""Who and based on what article of the law allowed to the police to eject that women like that?"" (fars). Twitter. 22 February 2018. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2018.
  69. 1 2 "سید مهدی طباطبایی: در بحث حجاب شاهد لجبازی بین برخی مردم و مجریان هستیم/ ساز و کار اعتراض در کشور به طور واقعی روشن نیست/ فقها سعی کنند استقلال حوزه را حفظ کنند" (fars). Jamaran.ir. 23 February 2018. 26 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2018.
  70. "کشف حجاب از جرائم مشهود است/ تشویق مردم به نداشتن حجاب یک تا ۱۰ سال حبس دارد" (fars). Fars News Agency. 23 February 2018. 29 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2018.
  71. "روزنامه‌های تهران: به معترضان حجاب، اتهام فساد و فحشا نبندیم" (fars). BBC Persian. 24 February 2018. 27 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2018.
  72. "Iran Urged To Free Woman Who Took Stand Against Compulsory Veiling". Radio Free Europe/Radio Liberty. 25 January 2018. 16 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018.
  73. "Iran: At least six young human rights defenders arrested in coordinated raids at risk of torture". Amnesty International. 2 February 2018. 16 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  74. "Rights Defender Calls On Iran to 'Immediately Release' Activists". Radio Farda. 4 February 2018. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  75. "Young human rights activists arrested in coordinated raids across Iran". Ekklesia. 4 February 2018. 16 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
  76. Nauert, Heather. "Protests and Arrests in Iran, February 2, 2018". United States Department of State. 2 February 2018. 2 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2018.
  77. "Iran arrests 29 linked to protests against compulsory hijab". The Straits Times. 2 February 2018. 3 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2018.
  78. "U.S. Condemns Iran's Arrest Of Protesters Against Compulsory Hijab". Radio Free Europe/Radio Liberty. 3 February 2018. 3 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2018.
  79. "US extends support to protests against forced hijab in Iran". United News of India. 3 February 2018. 4 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2018.
  80. "US criticises Iran against apprehension of compulsory hijab protesters". Pakistan Today. 3 February 2018. 4 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2018.
  81. "Washington supports Iranian women protesting against compulsory hijab". Egypt Today. 3 February 2018. 3 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2018.
  82. Dunphy, Liz. "Women around world burn headscarves to mark No Hijab Day saying: "We are not candies to be covered"". Daily Mirror. 6 February 2018. 7 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2018.
  83. Khalaf, Rayana. "#NoHijabDay: Women burn their hijabs, sparking online debate". StepFeed. 6 February 2018. 8 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2018.
  84. Britzky, Haley. "The high stakes of hijab protests in Iran". Axios. 17 February 2018. 17 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2018.
  85. "45 European MPs Call on EU Foreign Policy Chief to Support Iranian Women's Anti-Compulsory-Hijab Protest". Center for Human Rights in Iran. 28 February 2018. 28 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2018.
  86. Marietje Schaake. "Letter to HR/VP on anti-hijab protests in Iran". marietjeschaake.eu. 20 February 2018. 3 March 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 March 2018.