Məhəmməd Əfəndi

Məhəmməd Əfəndiİlahiyyat alimi, təsərrüfatçı. Azərbaycanın təsəvvüf alimi Hacı Mahmud Əfəndinin oğludur. Məhəmməd Əfəndi Qaranilər soyunun Seyidovlar nəslindəndir.

Məhəmməd Əfəndi
Məhəmməd Hacı Mahmud Əfəndi Qarani oğlu
Doğum tarixi 1871
Doğum yeri
Vəfat tarixi 1961
Vəfat yeri
Əsas maraqları teologiya

Azəri türk əsilli Məhəmməd Əfəndi 1871 ci ildə Azərbaycanın Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Türkiyəyə Oktyabr inqilabından xeyli əvvəl yüksək tipli türk İlahiyyat məktəbində təhsil almaq üçün getmişdir. Orada oxumuş və təhsilini tamamladıqdan sonra Türkiyənin Amasya şəhərində qalmışdır və ilahiyyat elmi ilə məşğul olmuşdur. Amasya şəhərində vəfat etmişdir.

Məhəmməd Əfəndi İlahiyyat elmi üzrə Türkiyənin ən məşhur alimlərindən olmuşdur. Çox savadlı və tədbirli bir alim olmuşdur. Türkiyəyə gedərkən dərhal Amasyadan çoxlu torpaq sahəsi alır. Demək olar ki, Amasyada olan torpaqların 5-dən 1 hissəsi ona məxsus idi. O, bu yolla varlanmış və Amasyanın mərkəzində mülk tikdirmişdir. Bir mülkü də əkin sahəsində tikdirmiş və bu yerləri becərmək üçün kombayn, traktor və.s kimi kənd təsərrüfatı maşınları alıb onları işə saldırmışdır. İqtisadi cəhətdən özünü səhmanlayan Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Amasya Dövlət Kitabxanasında Məhəmməd Əfəndinin kitabxanasına fond açılmışdır. Amasyanın tarixi adlı 2 cildlik kitabda Hacı Mahmud Əfəndi və oğlu Məhəmməd Əfəndi haqqında yazı vardır.

Seyidovlar nəslindəndir. Hacı Mahmud Əfəndinin ortancıl oğludur. Atası Hacı Mahmud Əfəndinin 5 övladı olmuşdur. Veys (Veys Əfəndi), Məhəmməd (Məhəmməd Əfəndi, Əhməd adında 3 oğlu və Ayşə, Səyalı adında 2 qızı var idi.

Məhəmməd Əfəndinin 3 qızı və 1 oğlu (kiçik övladı) olmuşdur. Oğlu Kamal Qarani Türkiyədə Cümhuriyyət Xalq Partiyasından deputat olmuşdur. Böyük qızı Ferihe Mir Həmzə Nigarinin yaxın qohumlarından biriylə ailə qurmuşdur.

  • Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.