Əlaəddin Əli

Əlaəddin Əli Xəlvəti (v. 1462) – xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin xəlifəsi və Dədə Ömər Rövşəninin böyük qardaşıdır.

Əlaəddin Əli
Əlaəddin Əli Xəlvəti
Doğum yeri Gözəlhisar, Osmanlı
Vəfat tarixi 1462–1463
Vəfat yeri Larəndə

Aydına məxsus Gözəlhisardandır.Anadoludakı Qaramanoğullarının Osmanlılarla müharibəsi üzərinə məmləkətini tərk edib Bakıya gəlmiş, Seyid Yəhyanın müridi olmuşdur. 20 il Seyid Yəhyanın yanında qalıb seyi-sülukunu tamamladıqdan sonra şeyxin əmri ilə xəlifəsi sifətiylə Anadolunu irşadla vəzifələndirilmişdir.

Şeyx Əlaəddin Anadolunu qarış-qarış gəzib,xalqa vəz və nəsihət etmişdir. Dövrün Osmanlı sultanı Fateh Sultan Məhəmməd xanın israrlı dəvəti üzərinə Rumelinə keçərək Ədirnəyə və ya İstanbula getmişdir. Məcdi şeyxin sultanla Konstantiniyyədə, Xulvi isə Ədirnədə görüşdüyünü söyləyir. Bu görüşmənin İstanbulun fəthindən (1453) əvvəl baş verməsi də iddia edilir. Burada başda sultan olmaq üzrə əmirlərin bir çoxunu təsirləndirmişdir. Hətta onlardan bəzləri şeyxə biyət etmişlər. Fəqət şeyxin cazibəsi və pərvasızlığını bəhanə edən fəsadçıların dedi-qoduları nəticəsində Fateh tərəfindən Ədirnədən ayrılması istənmişdir. "Ləmazat"ın verdiyi məlumata görə sultanın şeyx üçün Ədirnədə Tunca çay kənarında bina etdirdiyi zaviyədə yerinə xəlifəsi Şeyx Məsidi qoyaraq, əvvəlcə Tirəyə, sonra Qaramana getmişdir. Daha sonra Larəndəyə gedib yerləşmiş və vəfatına (867/1462-63) kimi orada qalmışdır.

Larəndədə Qaramanoğlu İbrahim bəyin əmirlərindən Nurullah şeyxin müridi olmuş, vəfatından sonra isə yerinə,səccadəyə oturmuşdur.

Şeyx Əlaəddin qüvvətli cəzbəsi olan bir şeyx idi. Bir çox adamı baxmaq və ya qulağına bir söz deməklə yerə düşürürdü. Məclislərindən insanları ölü kimi götürərdilər.

Dədə Ömər Rövşəni böyük qardaşı Əlaəddinə "Neynamə"nin sonunda iki yer əsr etmişdir. Bu şerlərdə Əlaəddin Ruminin cazibəsinin təsiri və onun xəlvətiliyi Anadoluya gətirib yayan ilk şeyx olduğndan bəhs etmişdir.