Məhəmməd Arifhacıyev (23 sentyabr 1977) — Azərbaycanı və Belarusu təmsil edən boksçu.[1]
Məhəmməd Arifhacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Məhəmməd Davudoviç Arifhacıyev |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan → Belarus |
Doğum tarixi | |
Doğum yeri | Dağıstan MSSR |
Boyu | 185 sm. (5 ft 6 in) |
İdman növü | Boks |
Məhəmməd Arifhacıyev 2000-ci ilin mayında Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Birinci görüşdə Yunanıstan nümayəndəsi Mihalis Aslanidis üzərində 5:0 hesabı ilə qələbə qazanan Məhəmməd Arifhacıyev növbəti görüşdə Fransa nümayəndəsi Cehson Çaneta gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 5:6 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.
Həmin il Məhəmməd Arifhacıyev Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. -91 Kq. turnirindəm übarizə aparan Məhəmməd Arifhacıyev olimpiadanın 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sebastian Köber ilə üz-üzə gəldi.[3] Sentyabrın 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd Arifhacıyev rəqibinə 4:10 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[3]
Olimpiadadan sonra Məhəmməd Arifhacıyev Belarus yığmasının heyətinə cəlb edildi. 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatını və 2002-ci ilin iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatını Məhəmməd Arifhacıyev beşinci pillələrdə başa vurdu.[4][5] 2003-cü ildə isə Məhəmməd Arifhacıyev Tailandda baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu.[6]
Məhəmməd Arifhacıyev 2004-cü ilin fevralında Xorvatiyanın Pula şəhərində Avropa Çempionatında növbəti dəfə medalı bir addımlığında məğlub olaraq turniri beşinci pillədə başa vurdu.[7] Avqustda isə Məhəmməd Arifhacıyev Afina Olimpiadasında mübarizə apardı. Məhəmməd Arifhacıyev olimpiadanın final görüşündə ABŞ nümayəndəsi Andre Varda 14:20 hesabı ilə məğlub olaraq Afina Olimpiadasının gümüş medalına sahib oldu.
Avropa Çempionatı | Finlandiya | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Dünya Çempionatı | Şimali İrlandiya | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Tailand | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Olimpiya Oyunları | Yunanıstan |