Turan Mirzəyev (24 sentyabr 1979, Lənkəran) — Azərbaycanı təmsil edən ağır atlet.[1]
Turan Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Turan Mirzəyev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR |
Boyu | 165 sm. (5 ft 6 in) |
İdman növü | Ağır atletika |
Məşqçisi | Tofiq Heydərov |
Turan Mirzəyev Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 327.5 (147.5 + 180.0) nəticə göstərdi və olimpiadanı 9-cu pillədə başa vurdu.[2]
Turan Mirzəyev 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
2003-cü ildə isə Turan Mirzəyev Yunanıstanda baş tutan Avropa Çempionatının gümüş, Kanadada baş tutan Dünya Çempionatının isə bürünc medallarına sahib oldu.
Daha sonra Turan Mirzəyev Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 332.5 (147.5 + 185.0) nəticə göstərdi və olimpiadanı 4-cü pillədə başa vurdu.[3]
2008-ci ildə isə Turan Mirzəyev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 327 (146 + 181) nəticə göstərdi və növbəti dəfə olimpiadanı 4-cü pillədə başa vurdu.[4]