Xviça Biçinaşvili

Xviça Biçinaşvili (28 yanvar 1974) — 1993-1998-ci illərdə Gürcüstanı, 2000-2004-сü ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

Xviça Biçinaşvili
Şəxsi məlumatlar
Tam adı Xviça Biçinaşvili
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Azərbaycan Azərbaycan
Doğum tarixi (49 yaş)
İdman növü Güləş
Karyera illəri 1987—2004
Boyu 175 sm. (5 ft 6 in)

Karyerası[redaktə | mənbəni redaktə et]

Xviça Biçinaşvili 1994-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də uğurlu nəticələrə imza ata bilmədi.[2]

1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatının final görüşündə rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vuran Xviça Biçinaşvili həmin il İsveçdə Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[2] Bundan sonra bir müddət Dünya və Avropa Çempionatlarında mübarizə apara bilməyən Xviça Biçinaşvili 2000-ci ildə Azərbaycan bayrağı altında beynəlxalq turnirlərlə çıxış elədi.[2] Dünya Olimpiya Təsnifat Turnirlərinin nəticələrinə əsasən Xviça Biçinaşvili olimpiya lisenziyasına sahib oldu.[2]

2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan olimpiada da Xviça Biçinaşvili uğursuz çıxış elədi.[3] Qrup mərhələsinin birinci görüşündə Xviça Biçinaşvili Cənubi Koreya nümayəndəsi Kim İn-So ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Xviça Biçinaşvili rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[3] Növbəti görüşdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Türkiyə nümayəndəsi Nazmi Avluca oldu.[3] Bu görüşdə Xviça Biçinaşvili rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu.[3]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Gürcüstan Gürcüstan
1
1994
Dünya Çempionatı Finlandiya Finlandiya
12.
2
1997
Avropa Çempionatı Finlandiya Finlandiya
5.
3
Dünya Çempionatı Polşa Polşa
8.
4
1998
Avropa Çempionatı Belarus Belarus
2.
5
Dünya Çempionatı İsveç İsveç
7.
Azərbaycan Azərbaycan
6
2000
Dünya Olimpiya Təsnifat Turniri İtaliya İtaliya
2.
7
Dünya Olimpiya Təsnifat Turniri Fransa Fransa
2.
8
Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan Özbəkistan
5.
9
Olimpiya Oyunları Avstraliya Avstraliya
16.
10
2004
Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan Özbəkistan
6.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "Xviça BİÇİNAŞVİLİ". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 International Wrestling Database. "KVITSHA BICHINASHVILI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 Olympedia.org. "2000 Summer Olympics / Wrestling / Middleweight / Greco-Roman (76 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.