Arif Abdullayev (28 avqust 1969) — Azərbaycanı təmsil edən sərbəst güləşçi və məşqşi, 2003-cü il Dünya Çempionatının qalibi.[1] Uzun illər sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olaraq çalışıb.
Arif Abdullayev | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Arif Yadulla oğlu Abdullayev | ||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||
Karyera illəri | 1982—2004 | ||||||||||||||||||||||
Məşqçisi | Vahid Məmmədov | ||||||||||||||||||||||
Medallar
|
Arif Abdullayev 1995-ci ildə İsveçrədə baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 1996-cı ilin martında Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]
Arif Abdullayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu.[3] Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub[2] oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[3] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu.[3] Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı.[3] Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı.[3] Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Harun Doğan oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu və turnirdə medal uğrunda mübarizəsini dayandırdı.[3] Nəticədə Arif Abdullayev Atlanta Olimpiadasını onuncu pillədə başa vurdu.[3]
1997–1999-cu illərdə isə Arif Abdullayev Dünya və Avropa Çempionatlarında uğursuz çıxış elədi. 1997-ci ildə Avropa Çempionatını 10-cu, Dünya Çempionatını 7-ci pillədə başa vuran Arif Abdullayev 1998-ci ildə Avropa Çempionatını 10-cu, 1999-cu ildə isə Avropa Çempionatını[2] 8-ci, Dünya Çempionatını isə 22-ci pillələrdə başa vurdu.[2]
Arif Abdullayev 2000-ci ildə Belarusda Dünya Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu.[2] Bununla da Arif Abdullayev 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. 58 Kq. turnirində çıxış edən Arif Abdullayev qrup mərhələsinin birinci görüşündə Almaniya nümayəndəsi Otmar Kuhner ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibi üzərində 8:5 hesabı ilə qələbə qazandı.[4] Növbəti görüşdə onun rəqibi Ukrayna güləşçisi Yevgeni Busloviç oldu.[4] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Arif Abdullayev rəqibinə 5:8 hesabı ilə məğlub oldu.[4] Qrup mərhələsinin sonuncu görüşündə isə onun rəqibi Ermənistan nümayəndəsi Martin Berberyan oldu.[4] Formal əhəmiyyətə sahib olan görüşdə Arif Abdullayev rəqibinə 1:11 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı.[4] Ümumi nəticədə isə Arif Abdullayev olimpiadanı doqquzuncu pillədə başa vurdu.[4]
Olimpiadadan sonra Arif Abdullayev 2001-ci ildə Bolqarıstanda Dünya Çempionatını altıncı pillədə başa vurdu.[2] 2002-ci ilin mayında isə Arif Abdullayev üçüncü dəfə Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]
Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Abdullayev Arif Yadulla oğlu "Tərəqqi" medalı ilə təltif edildi.[5]
2002-ci ilin sentyabrında İranda Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 2003-cü ildə Azərbaycan idmanı tarixinə düşdü.[2] Həmin ilin sentyabrında Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatının final görüşündə Kuba nümayəndəsi Yandro Kintana üzərində qələbə qazanan Arif Abdullayev güləş üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.[2] 2004-cü ilin mayında Almaniya Qran-Prisi beynəlxalq turnirindən sonra idmanla vidalaşdı.[2]
Karyerasını başa vurandan sonra Arif Abdullayev məşqçi olaraq çalışıb. Müxtəlif illərdə sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olub.
Avropa Çempionatı | İsveçrə | |||
Dünya Çempionatı | ABŞ | |||
Avropa Çempionatı | Macarıstan | |||
Olimpiya Oyunları | ABŞ | |||
Avropa Çempionatı | Polşa | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Slovakiya | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | Türkiyə | |||
Dünya Olimpiya Təsnifat Turniri | Belarus | |||
Dünya Olimpiya Təsnifat Turniri | Yaponiya | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Dünya Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Dünya Çempionatı | İran | |||
Dünya Çempionatı | ABŞ | |||
Almaniya Qran-Prisi | Almaniya |