Ruslan Xeyirov (7 yanvar 1976) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu.[1]
Ruslan Xeyirov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ruslan Sabiroviç Xeyirov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 7 yanvar 1976 (48 yaş) |
Boyu | 175 sm. (5 ft 6 in) |
İdman növü | Boks |
Ruslan Xeyirov 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Ruslan Xeyirov 1/8 final mərhələsində Tunis nümayəndəsi Kamel Çatera 14:8 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Oleq Saitova 10:10+ hesabı ilə məğlub oldu.[2] Bununla da Ruslan Xeyirov Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.[2]
Daha sonra Ruslan Xeyirov 2002-ci ildə Perm şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Estoniya nümayəndəsi Sergey Melisa 14:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Spas Genova 10:14 hesabı ilə məğlub oldu və Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.[3]
Ruslan Xeyirovun növbəti turniri 2003-cü ildə Tailandda baş tutan Dünya Çempionatı oldu.[4] Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Gürcüstan nümayəndəsi Robert Pliyeva, 1/8 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Kahuhura Bentsona 22:6, 1/4 final mərhələsində isə Rusiya nümayəndəsi Andrey Mişina 18:11 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[4] Finala gedən yolda Ruslan Xeyirov Özbəkistan nümayəndəsi Şerzod Husanova 6:30 hesabı ilə məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.[4]
Bir il sonra isə Ruslan Xeyirov Pula şəhərində (Xorvatiya) baş tutan Avropa Çempionatında mübarizə apardı.[5] Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Polşa nümayəndəsi Miroslav Novosada 22:12, 1/8 final mərhələsində İsrail nümayəndəsi Məhəmməd Sabah Tahaya 5:0, 1/4 final mərhələsində isə İtaliya nümayəndəsi Filip Lo Qresoya üçüncü raundda vaxtından əvvəl qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[5] Bu mərhələdə Ruslan Xeyirov Rusiya nümayəndəsi Oleq Saitova 16:20 hesabı ilə məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.[5]
Ruslan Xeyirov 2004-cü ildə həm də Azərbaycanı Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[6] Ruslan Xeyirov 1/16 final mərhələsində Kanada nümayəndəsi Adam Trupişa, 1/8 final mərhələsində isə Çin nümayəndəsi Kanat İslama 26:16 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Kuba nümayəndəsi Lorenzo Araqona 14:16 hesabı ilə məğlub oldu.[6] Bununla da Ruslan Xeyirov medalın bir addımlığında mübarizəsini dayandırdı və Afina Olimpiadasını beşinci pillədə başa vurdu.[6]
Daha sonra Ruslan Xeyirov 2005-ci ilin noyabrında Myanyan şəhərində (Çin) baş tutan Dünya Çempionatında mübarizə apardı.[7] Ruslan Xeyirov turnirin 1/32 final mərhələsindəcə Türkiyə nümayəndəsi Bülent Ulusoya 14:18 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[7]
2007-ci ildə isə Ruslan Xeyirov Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatını doqqunzuncu pillədə başa vurdu.[8]
Olimpiya Oyunları | Avstraliya | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Tailand | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Çin | |||
Dünya Çempionatı | ABŞ |