Martuni müdafiə rayonu

Martuni müdafiə rayonu[1] (erm. Մարտունու պաշտպանական շրջան) — Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu bölməsi. 1992-ci ilin sentyabrında Qondarma Dağlıq Qarabağ Respublikası Özünümüdafiə Komitəsi sədrinin 14 avqust 1992-ci il tarixli fərmanı ilə regionda fəaliyyət göstərən özünümüdafiə dəstələri və batareyaları əsasında yaradılmışdır. 21-ci (Qırmızı Bazar, komandir N. Babayan), 22-ci (Cütcü, komandir A. Melkumyan), 23-cü (Quzeyçartar, komandir M. Akopyan), 24-cü (Güneyçartar, komandir K. Tovmasyan), 25-ci (Xocavənd, komandir S. Ohanyan), 26-cı (Xocavənd, komandir M. Mosiyan) motoatıcı batalyonlarının birləşməsi əsasında yaradılmışdır. 1992–1994-cü illərdə Martuni müdafiə rayonu Qaradağlı, Aşağı Veysəlli, Muğanlı, Əmiranlar, Kuropatkino, Çərəkdar, Narınclar, Umudlu, Yarımca, Qızıloba, Ağdam, Xocavənd, Ağdərə, Ağcabədi, Füzuli, Qərvənd, Kəlbəcər və s. məntəqələr uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Martuni müdafiə rayonu komandiri postunu 2 ilə yaxın Monte Melkonyan tutmuşdur. Bölmənin çoxlu sayda döyüşçüləri Ermənistan dövlət mükafatlarına layiq görülmüşdülər. Döyüş əməliyyatları zamanı Martuni müdafiə rayonundan 350 döyüşçü öldürülmüşdür.[2]

Martuni müdafiə rayonu
Ölkə
Döyüşlər

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kəlbəcərin işğalı (1993)". 25 noy 2020. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  2. Այվազյան, Հ.Մ., redaktor Ինդեքս:Ղարաբաղյան ազատագրական պատերազմ հանրագիտարան. Հայկական Հանրագիտարան. 2004.