Marvel Kinematoqrafiya Kainatı: İkinci faza

Marvel Kinematoqrafiya Kainatının İkinci fazasıMarvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası.

İkinci faza
ing. Marvel Cinematic Universe Phase Two
Fazanın ilk filmi Dəmir adam 3
Fazanın ilk filmi Dəmir adam 3
Janr superqəhrəman filmi
Rejissorlar
Prodüser
Ssenari müəllifləri
İstehsalçı Marvel Studios
Distribütor Walt Disney Studios Motion Pictures
İlk baxış tarixi 2013
Büdcə

Ümumi (6 film):

$1,179 milyard
Gəlir

Ümumi (6 film):

$5,269 milyard
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2013–15
Əvvəlki film Marvel Kinematoqrafiya Kainatı: Birinci faza
Rəng rəngli
İkinci faza[1]
Sıra Azərbaycanca adı Orijinal adı Rejissor(lar) Ssenarist(lər) Prodüser(lər) İlk baxış
7 Dəmir adam 3 Iron Man 3 Şane Blak Şane Blak və Dreu Pearsi Kevin Fayqi ABŞ ABŞ

3 may 2013

8 Tor: Qaranlıq dünya Thor: The Dark World Alan Taylor Don Payni, Robert Rodat, Kristofer Markus və Stefen Makfili Kennet BranaKevin Fayqi ABŞ ABŞ

8 noyabr 2013

9 Kapitan Amerika: Qış əsgəri Captain America: The Winter Soldier Antoni RussoCoe Russo Kristofer Markus və Stefen Fili Kevin Fayqi ABŞ ABŞ

4 aprel 2014

10 Qalaktika mühafizəçiləri Guardians of the Galaxy Cames Qann Cames Qann və Nikole Perlman ABŞ ABŞ

1 avqust 2014

11 Qisasçılar: Altron dövrü Avengers: Age of Ultron Coss Uedon ABŞ ABŞ

1 may 2015

12 Qarışqa-adam Ant-Man Peyton Rid Adam Makkay, Paul Rudd, Edqar Uriqt və Coe Korniş ABŞ ABŞ

17 iyul 2015

Dəmir adam 3 (2013)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Dəmir adam 3 (film, 2013)
Kevin Fayqi kinematoqrafiya kainatının bütün filmlərinin prodüserliyi vəzifəsini öz üzərinə götürdü

2012-ci ildə baş verən Nyu-York müharibəsindən bəri streslə mübarizə aparan Stark bir sıra sirli partlamanın izinə düşür və terrorist Mandarin ilə qarşı-qarşıya gəlir.[2]

Marvel və Disney 2010-cu ilin sonlarında üçüncü Dəmir adam filmini istehsal etdiklərini açıqladılar. 2011-ci ilin fevral ayında Dəmir adam 3 filminin rejissorluğu üçün Şane Blak işə gətirildi. Blak filmin ssnearisini Dreu Pearsi ilə birlikdə yazdı. Robert Dauni, Qvinet PeltrouDon Çidl Dəmir adam 2-dəki rollarını yenidən canlandırdılar. Həmçinin Quy PearsiBen Kinqsley Aldrik Killian və Revor Slatteri rollarını canlandırmaq üçün heyətə qatıldılar. Çəkilişlər 2012-ci ilin may ayında Şimali Karolina əyalətində başladı. Həmçinin Cənubi Florida, ÇinLos-Ancelesdə əlavə çəkilişlər aparıldı. Filmin premyerası 2013-cü il 14 apreldə Parisdə yerləşən Le Grand Rex-də və 24 apreldə Los-Ancelesdə yerləşən El Capitan Theatre-də baş tutdu. Dünya üzrə 25 apreldə, ABŞ-də isə 3 mayda ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr 2012-ci ildəki Qisasçılarda baş verən hadisələrdən sonra, 25 dekabr 2012 tarixində baş verir.[3] Toni Stark Nyu-York savaşından sonra posttravmatik stress pozuntusu bənzəri simptomlar yaşayır. Rejissor Blak vəziyyət haqqında "Bu Qisasçılardan aşağı hiss etməklə əlaqəli narahatlıq ola bilər. Amma həmçinin reallığa uyğun olmayan hadisələr də onu kiçik hiss etdirir. Filmdə bildirildiyi kimi çəkicli nəhəng adam göydən düşəndən sonra qaydalar dəyişdi. Burada məşğul olduğumuz şey budur." açıqlamasını etmişdir. "Post-credits" səhnədə Brus Benner və Toni Stark arasında dialoq vardır.[4]

Tor: Qaranlıq dünya (2013)

[redaktə | mənbəni redaktə et]

Tor və astrofizik Ceyn Foster dünyaları təsadüfi olaraq bir-birinə birləşdirən portalın ortaya çıxmağa başlamasının nəticəsində bir yerə gəlirlər. Malekit və Qara elf ordusunun minlərlə il sonra geri qayıtdıqlarının fərqinə vararlar və Aeter kimi tanınan silahı axtarmağa başlayarlar. Tor onları dayandırmaq üçün qardaşı Loki ilə güclərini birləşdirməyə qərar verir.[5]

Torun davam filmi ilk əvvəl 2011-ci ilin iyun ayında Kris Hemsvortun Tor rolunu yenidən canlandıracağını açıqlaması ilə aydın olmuşdur. Alan Taylorun rejissor olacağı isə iyun ayında açıqlanmışdır. Filmin adının Tor: Qaranlıq dünya olması 2012-ci ilin iyul ayında San Diego Comic-Con International-da açıqlandı. Kristofer Ekklston bir ay sonra Malekit rolu üçün işə gətirildi. Əsas çəkilişlər 2012-ci ilin sentyabr ayında Suerreyin Bourni Uod ərazisində başladı. Əlavə çəkilişlər İslandiyaLondonda davam etdi. Qala gecəsi 22 oktyabr 2013-cü ildə Londonda yerləşən Odeon Leicester mərkəzində baş tutdu. Film ABŞ-də 8 noyabr 2013-cü ildə ilk baxışa çıxarıldı.

Filmdəki hadisələr Qisasçılarda baş verən hadisələrdən bir il sonra gerçəkləşir. Kris Evans Lokinin Torla zarafat edərkən Kapitan Amerikaya çevrildiyi səhnədə qısa rol almışdır. Qalaktika mühafizəçilərinin rejissoru Cems Qunn Benisio del Toronun canlandırdığı Collector (Kolleksiyaçı) rolunun yer aldığı "post-credits" səhnəsini hazırlamışdır.[6] Sonsuzluq daşlarının üçüncüsü olan Həqiqət daşı bu filmdə Aeter adı verilən tünd qırmızı maye olaraq ilk dəfə kinematoqrafiya kainatında görünmüşdür.[7]

Kapitan Amerika: Qış əsgəri (2014)

[redaktə | mənbəni redaktə et]

Nyu-York savaşından təxminən 2 il sonra Nik Furi ilə birlikdə S.H.I.E.L.D. üçün işləyən Stiv Rocers "Winter Soldier" (Qış əsgəri) ləqəbi ilə tanınan suiqəsdçini tapmaq üçün Nataşa Romanova və Sem Uilson ilə birlikdə işə başlayırlar.[8]

2011-ci ildə çəkilən Kapitan Amerika: Birinci qisasçı-nın davam filmi 2012-ci ilin aprel ayında açıqlandı. Russo qardaşları iyun ayında rejissor olaraq işə gətirildilər. Filmin adının Kapitan Amerika: Qış əsgəri olması iyul ayında açıqlandı. Kris Evans, Samuel CeksonSkarlet Yohansson kinematoqrafiya kainatındakı rollarını yenidən canlandırdılar. Əvvəlki filmdə Baki Barners rolunu canlandıran Sebastian Sten "Qış əsgəri" olaraq geri qayıtdı. Çəkilişlər 2013-cü ilin aprel ayında Kaliforniya ştatının Manhetten sahilində başladı. Həmçinin VaşinqtonOhayoda əlavə çəkilişlər aparıldı. Filmin qala gecəsi 13 mart 2014-cü ildə Los-Ancelesdə baş tutdu. Dünya üzrə 26 martda, ABŞ üzrə isə 4 apreldə ilk baxışa çıxarıldı.Qisasçılar filminin rejissoru Coss Uedon Altron dövrü ilə əlaqəli olan Beron Uolfqanq von Struker (Tomas Kretsçmen), Doktor List (Henri Qudmen), Quicksilver (Earon Taylor-Conson) və Skarlett Vitçin (Elizabet Olsen) yer aldığı "post-credits" səhnəsini hazırlamışdır.

Qalaktika mühafizəçiləri (2014)

[redaktə | mənbəni redaktə et]
Qalaktika mühafizəçilərinin aktyor heyəti, 2013 San Diego Comic-Conda

Piter Ceson Quill / Star Lordla birlikdə Qamora, Raket, Dreks və Qrutun yer aldığı komanda güclü kürəni Ronandan uzaqlaşdırmağa çalışırlar.[9]

Nikole Perlmen 2009-cu ildə əsas hekəyəyə əsaslanan hekayə yazmağa başladı. Marvel Studios 2012-ci ilin iyul ayında Qalaktika mühafizəçiləri filmi istehsal etdiklərini açıqlamasının ardınca rejissor Cems Qunn və Perlmen ssenari üçün ortaq işləməyə başladılar. 2013-cü ilin fevral ayında Kris Prettin Piter Quill / Star-Lord olaraq başrolda yer alacağı açıqlandı. Film Shepperton studiolarında və Londonda 2013-cü il iyul - oktyabr ayları aralığında çəkildi. Çəkilişlər 7 iyul 2014-cü ildə bitdi. Filmin premyerası 21 iyul 2014-cü ildə Hollivudda baş tutdu. 31 iyulda Birləşmiş Krallıqda, 1 avqustda isə ABŞ-də bazara çıxarıldı.

Dördüncü Sonsuzluq daşı olan Güc daşı kinematoqrafiya kainatında ilk dəfə bu filmdə görünmüşdür. Qunn Qisasçılar: Sonsuzluq savaşı filmi ilə əlaqəli olacağını bildirərək "post-credits" səhnədə Sonsuzluq daşları ilə əlaqəsi olan Kolleksiyaçı roluna yer vermişdir.[10]

Qisasçılar: Altron dövrü (2015)

[redaktə | mənbəni redaktə et]

Qisasçılar komandası - Toni Stark, Stiv Rocers, Brus Benner, Nataşa Romanova və Klint Barton Şərqi Avropa ölkəsi olan Sakoviada daha əvvəl Lokinin istifadə etdiyi əsanı istifadə edərək insanlar üzərində sınaqlar edən Beron Uolfqanq von Struker tərəfindən idarə olunan Hidra təsisinə basqın edirlər. Strukerin fövqəlbəşər sürətə sahib Pietro və telepatiya bacarıqlarına sahib Vanda Maksimov layihələri ilə qarşılaşırlar. Benner ilə birlikdə əsanın içində süni intellekt kəşf edirlər və özlərinə aid olan "Altron" qlobal müdafiə proqramını tamamlamaq üçün əsanı gizli şəkildə istifadə etməyə qərar verirlər. Gözlənilməz dərəcədə həssas olan Altron Dünyanı xilas etmək üçün insanları yox etmək lazım olduğuna inanır və ilk olaraq Starkın süni intellektini məhv edir. C.A.R.V.I.S. və Qisasçılara qərargahlarında hücum etdikdən sonra əsa ilə birlikdə qaçan Altron primitiv bədənini inkişaf etdirmək üçün Strukerin Sakoviadakı bazasında yerləşən mənbələri, robot ordusu yaratmaq üçün isə əsanı istifadə edir. Altron Strukeri öldürdükdən sonra valideynlərinin ölümündə Starkı günahlandıran Maksimov ekizlərini yanına alır.[11]

Qisaçıların davamı Disney tərəfindən 2012-ci ilin may ayında, ilk filmin çıxarılmasından qısa müddət sonra elan edildi. 2012-ci ilin avqust ayında Coss Uedon ssenarist və rejissor olaraq geri qayıtmaq üçün müqavilə imzaladı. 2013-cü ilin iyun ayında Dauni Dəmir adam rolunu ikinci və üçüncü Qisasçılar filmlərində yenidən canlandırmaq üçün müqavilə imzaladı. Uedon 20 iyul 2013-cü ildə San Diego Comic-Con International-da filmin adının Qisasçılar: Altron dövrü olacağını açıqladı. 2013-cü ilin avqust ayında Cems Spaderin Altronu canlandıracağı açıqlandı. Filmin çəkilişləri 11 fevral 2014-cü ildə CAR-ın Yohannesburq şəhərində başladı. Əsas çəkilişlər 2014-cü ilin mart ayında İngiltərənin Surrey şəhərindəki Shepperton studiolarında başladı. İtaliyaCənubi Koreyada əlavə çəkilişlər aparıldı. Çəkilişlər 6 avqust 2014-cü ildə bitdi. Dünya premyerası 13 aprel 2015-ci ildə Los-Ancelesdə baş tutdu. Film 1 mayda ABŞ-də dünya üzrə bazara çıxarıldı.

Film Lokinin əsasındakı daşın Sonsuzluq daşlarından biri olan Zehin daşı olduğunu təsdiqləmişdir. "Post-credits" səhnədə Sonsuzluq daşlarını istifadə etmək üçün lazım olan əlcəklə birlikdə Tanosun qısa görüntüsü yer almışdır.[12] Həmçinin film Qara pantera ilə əlaqəli olaraq Vibranium elementinə və Vakandaya istinadlar təşkil edir. Beləcə Qara panteranın solo filmi kinematoqrafiya kainatında əvvəlcədən təqdim edilmişdir. Əlavə olaraq Endi Serkis Qara panteranın ənənəvi düşməni olan Ulisses Klaue rolunu[13] canlandırmışdır.

Qarışqa-adam (2015)

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qarışqa-adam (film, 2015)
Qarışqa-adam filminin rejissoru Peyton Rid

Oğru Skot Eduard Qarışqa-adam texnologiyası ilə əlaqədar alim Dr. Henk Pim-ə kömək etmək və Dünyanı müdafiə etmək üçün plan hazırlamağa qərar verir.[14]

Qarışqa-adam filminin istehsalı 2006-cı ilin aprel ayında Eduard Uriqtin Coe Korniş ilə rejissorluq və ortaq ssenaristlik etməsi ilə başladı. Uriqt və Korniş 2011-ci ilin aprel ayında ssenarinin üç qaralamasını bitirdi. Uriqt 2012-ci ilin iyul ayında film üçün sınaq çəkilişi etdi. İlk istehsal Uriqtin Dünyanın sonu filmini bitirə bilməsi üçün uzadıldıqdan sonra 2013-cü ilin oktyabr ayında başladı. Əsas çəkilişlər Paul Ruddun Lenq rolunu canlandırmağının dəqiqləşməsi ilə 2013-cü ilin dekabr ayında başladı. Uriqt 2014-cü ilin may ayında fikir müxtəlifliklərini irəli çıxararaq layihədən ayrıldı. Amma yenə də Korniş ilə ssenari və hekayə üstündə müxtəlif işlərdə yer aldı. Sonrakı ay Uriqtin əvəzinə Peyton Rid gətirildi. Adam Makkey Rudd ilə birlikdə ssenariyə töhfə vermək üçün işə alındı. Çəkilişlər 2014-cü ilin avqust - dekabr ayları aralığında San-FransikoAtlantada baş tutdu. Feici 2013-cü ilin yanvar ayında Qarışqa-adamın Kinematoqrafiya Kainatının Üçüncü dönəmindəki ilk film olacağını açıqlamışdır. Amma 2014-cü ilin oktyabr ayında filmin İkinci dönəmdəki son film olacağı ortaya çıxdı. Qarışqa-adamın dünya premyerası 29 iyun 2015-ci ildə Los-Ancelesdə baş tutdu. Film 14 iyulda Fransada, 17 iyulda isə ABŞ-də ilk baxışa çıxarıldı.

Film Qisasçılar: Altron dövründə gerçəkləşən hadisələrdən bir neçə ay sonra baş verir. Skott Lenq Altron dövründə yer alan Nyu-York ştatının Apsteyt ərazisində yerləşən Qisasçıların yeni qərargahına sızmağa çalışarkən Antoni Makkienin canlandırdığı Sem Uilson / Falkon ilə qısa müddətli mübarizə aparmışdır. Makkey və Rudd Kapitan Amerika: Qış əsgəri filmini izlədikdən sonra öz filmlərinə Falkon rolunu əlavə etməyə qərar verdiklərini açıqladılar.[15] Filmin sonundakı "post-credits" səhnədə 2016-cı il istehsalı Kapitan Amerika: Vətəndaş müharibəsinin mövzusu ilə əlaqəli olaraq Sem Vilson / Falkon, Stiv Rocers / Kapitan Amerika və Baki Berners / Qış əsgəri arasında keçən üçlü dialoqa yer verilmişdir.[16]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; :27 adlı istinad üçün mətn göstərilməyib
  2. "Iron Man 3 (2013) | Cast, Villains, Release Date". Marvel Entertainment. 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  3. "Why 'Iron Man 3′ is a Christmas Movie | /Film". web.archive.org. 3 may 2013. Archived from the original on 3 May 2013. İstifadə tarixi: 15 July 2022.
  4. "A few words about Iron Man 3's post-credits sequence". Den of Geek. 18 apr 2013. 29 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2022.
  5. "THOR: THE DARK WORLD Synopsis Revealed | Collider". web.archive.org. 8 apr 2013. Archived from the original on 8 April 2013. İstifadə tarixi: 15 July 2022.
  6. Sullivan, Kevin P. "'Guardians Of The Galaxy': Latest On Vin, Bradley And The Scene Everyone's Talking About". MTV News. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  7. "What's Going On In The End Credits Of Thor: The Dark World? - CinemaBlend.com". web.archive.org. 11 noy 2013. Archived from the original on 2013-11-11. İstifadə tarixi: 2022-07-15.
  8. "Captain America: The Winter Soldier (2014) | Cast & More | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  9. "Guardians of the Galaxy (2014) | Cast, & Characters | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  10. "Everything to Know About Marvel's Infinity Stones Before You See 'Avengers: Infinity War'". Time. 2018-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  11. "Avengers: Age of Ultron (2015) | Cast & Characters | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  12. "'Avengers: Age of Ultron' mid credits scene explained - Business Insider". web.archive.org. 1 may 2015. Archived from the original on 1 May 2015. İstifadə tarixi: 15 July 2022.
  13. "Ulysses Klaue On Screen Powers, Villains, History | Marvel". Marvel Entertainment. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  14. "Ant-Man (2015) | Cast, Release Date, & Poster | Marvel". web.archive.org. 17 iyl 2018. Archived from the original on 2018-07-17. İstifadə tarixi: 2022-07-15.
  15. "Interview: Marvel Studios President Kevin Feige on 'Ant-Man,' 'Doctor Strange' and More". Fandango. 2015-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  16. "When Will You See the First Civil War Clip? - /FIlm". web.archive.org. 2 iyl 2015. Archived from the original on 2021-04-18. İstifadə tarixi: 2022-07-15.