Mehmed Əbdülqadir Əfəndi

Mehmed Əbdülqadir Əfəndi (16 yanvar 1878, İstanbul16 mart 1944, Sofiya) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin üçüncü oğlu, Osmanlı şahzadəsi.

Mehmed Əbdülqadir Əfəndi
محمد عبد القادر أفندي
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1878(1878-01-16)
Doğum yeri
Vəfat tarixi 16 mart 1944(1944-03-16) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II Əbdülhəmid
Anası Bidar Qadınəfəndi
Həyat yoldaşları Mislimələk xanım
Mehriban xanım
Xədicə Məcidə xanım
Fatma Məziyət xanım
İrina İmer
Uşaqları Mehmed Orxan Əfəndi
Ərtoğrul Nəcib Əfəndi
Ələddin Qədir Əfəndi
Bidar Sultan
Nəslişah Sultan
Osman Əfəndi
Ailəsi Osmanlı xanədanı

Şahzadə Mehmed Əbdülqadir Əfəndi 16 yanvar 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Anası Bidar Qadınəfəndidir. Sarayda xüsusi təhsil almış, 1891-ci ildə qardaşları Nuri ƏfəndiBurhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Osmanlı ordusunda da xidmət edən Əbdülqadir Əfəndi sarayda mükəmməl skripka çalmağı öyrəndi. Atası Sultan Əbdülhəmidə həmişə soyuq davranmışdır. 1909-cu ildə atası devrilmiş və Salonikiyə sürgün edilmiş, Əbdülqadir Əfəndi də onunla birlikdə sürgünə getmişdi. Bir il sonra İstanbula qayıdan Əbdülqadir Əfəndi 1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünə göndərilməsinin ardından əvvəlcə Budapeştə getdi. Bu illərdə küçələrdə skripka çalaraq pul qazanmışdır. İkinci Dünya müharibəsinin başlamasıyla Sofiyaya gedən Əbdülqadir Əfəndi, burada babasını tanıyan Bolqarıstan kralının əmriylə dövlət işinə düzəlmiş, ancaq çox keçmədən vəfat etmişdir. Cənazəsi burada dəfn edilmişdir.

  • Mislimələk xanım (d. 1883, Sivas — ö. 1955, Beyrut) — 1898-ci ildə Ulduz sarayında evləndilər. Övladı olmamışdır.
  • Mehriban xanım (d. 18 may 1890, İstanbul — ö. 1956, Qahirə) — 6 iyun 1907-ci ildə Ulduz sarayında evlənsələr də, 1923-cü ildə ayrıldılar. 1 övladı olmuşdur.
  • Xədicə Macidə xanım (d. 14 sentyabr 1899, Sakarya — ö. 10 oktyabr 1934, Vyana) — 1 iyun 1913-cü ildə evlənsələr də, 1923-cü ildə ayrıldılar. 2 övladı oldu.
    • Ərtoğrul Nəcib Əfəndi (d. 15 mart 1915, İstanbul — ö. 7 fevral 1994, Vyana) —14 avqust 1946-cı ildə Vyanada Gertrude Emilie Tengler ilə (d. 25 may 1926, Vyana — ö. 7 fevral 1994, Vyana) evləndi. Bu nigahdan 2 övladı oldu.
      • Marqarit Leyla Qadir (d. 17 iyul 1947, Vyana) — 1969-cu ildə Verner Schneller ilə evlənsə də, 1985-ci ildə ayrıldılar. Bu nigahdan 1 övladı oldu.
        • Katarina Aliyə Schneller (d. 13 avqust 1980)
      • Roland Səlim Qadir (d. 5 may 1949) — 1972-ci ildə Gerlinde ilə evləndi. Bu nigahdan 2 övlıadı oldu.
        • Rene Osman Əbdül Qadir (d. 23 avqust 1975)
        • Daniel Adrian Həmid Qadir (d. 20 sentyabr 1977)
    • Ələddin Qədir Əfəndi (d. 2 yanvar 1917 — ö. 26 noyabr 1999, Sofiya) — Ludiya Dmitrovna ilə evləndi və 2 övladı oldu.
      • İskra Ələddin Qadir (d. iyun 1949) — Pyotr Sclang ilə evləndi və bu nigahdan 1 qızı oldu.
        • Andrea Schlang (d. 18 mart 1971) — 1999-cu ildə Tomas Schüttfort ilə evləndi və bu nigahdan 1 oğlu oldu.
          • Niklas Schüttfort (d. 3 iyun 1999)
      • Plamen (d. 1960 — ö. 1995)
  • Fatma Məziyət xanım (d. 17 fevral 1902, İzmit — ö. 13 noyabr 1989, İstanbul) — 5 fevral 1916-cı ildə evləndi və 2 övladı oldu.
  • İrina İmer (d. 1909) 4 iyul 1924-cü ildə evləndi və 1 övladı oldu.
  • Genealogy Of The Imperial Ottoman Family (2005)
  • Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. pp. 232–33. ISBN 978-97564-446-27