Ayşə Sultan (II Əbdülhəmidin qızı)

Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Aişə Sultan
Aişə Sultan və ilk əri Əhməd Nami bəy
Aişə Sultan və ilk əri Əhməd Nami bəy
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1886(1886-10-31)
Doğum yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 11 avqust 1960(1960-08-11) (74 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi məzarlığı, İstanbul
Fəaliyyəti yazıçı
Atası II Əbdülhəmid
Anası Müşfiqə Qadınəfəndi
Həyat yoldaşları Əhməd Nami bəy
Mehmed Əli bəy
Uşaqları Sultanzadə Ömər Nami bəy
Aliyə Namiyə xanım Sultan
Sultanzadə Osman Nami bəy
Sultanzadə Əbdülhəmid Rauf bəy
Ailəsi Osmanlı xanədanı
Uşaqlıq illəri, 1899

Aişə Sultan 31 oktyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Yıldız sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcəfarsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı.

1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Müşfiqə xanımla birlikdə atasının yanında yer alan Aişə Sultan bir il sonra atasının istəyilə bacıları Şadiyə SultanRəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. 1910-cu ilin iyununda Dolmabağça sarayında keçirilən mərasimlə nişanlısı Əhməd Nami bəylə nikahlandı. Dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən nikahlanan cütlüyün toy mərasimi isə 9 avqust 1910-cu ildə baş tutdu.

Bu evlilikdən 3 övladı olan cütlük Sultan Əbdülhəmidin ölümündən qısa müddət öncə İsveçrəyə getdi və üçüncü övladı Osman Nami bəy burada dünyaya gəldi. Ancaq atasının ölüm xəbərini aldıqdan dərhal sonra İstanbula qayıdan Aişə Sultan çox keçmədən 1921-ci ildə ərindən boşandı. Elə həmin il — 3 aprel 1921-ci ildə Nişantaşı köşkündə Rauf Paşanın oğlu Mehmed Əli bəylə evləndi. İkinci evliliyindən bir oğlu daha dünyaya gələn Aişə Sultan 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi ailəsiylə birlikdə sürgünə göndərildi. Anası Müşfiqə xanım isə mərhum Osmanlı padşahının dul xanımı olması səbəbilə, bu sürgün qərarından kənarda qaldı və 1952-ci ildə çıxarılan əfv qanununa qədər yeganə övladı olan Aişə Sultanı bir daha görmədi.

Sürgündə Paris şəhərində məskunlaşan ailə burada ağır şəraitdə yaşadı. Böyük oğlu Ömər Nami bəy anasının, üzərinə İnnallahe maassâbirîn (Allah səbir edənlərlə bərabərdir) kəlamını naxışladığı məndilləri sataraq ailəni ayaqda saxlamağa çalışdı. 1937-ci ildə əri Mehmed Əli bəy Parisdə vəfat etdi və cənazəsi Paris yaxınlığındakı müsəlman Bobigny məzarlığına dəfn olundu. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Aişə Sultan anasıyla birlikdə Sərəncəbəy yoxuşundakı köşkdə yaşamağa davam etdi. 1955-ci ildə atasının həyatı və uşaqlıq illəriylə bağlı xatirələrini "Babam Sultan Abdülhamid" (Atam Sultan Əbdülhəmid) başlığı ilə nəşr etdirdi.

Yaşadığı Sərəncəbəy köşkündə 10 avqust 1960-cı ildə vəfat edən Aişə Sultan Yəhya Əfəndi məzarlığına dəfn olundu. Anası Müşfiqə xanım isə ondan bir il sonra — 16 iyul 1961-ci ildə 93 yaşında ikən vəfat etdi və qızının yanına dəfn olundu.

  • Sultanzadə Ömər Nami bəy (d. 4 noyabr 1911 — ö. 17 mart 1993, Lozanna) — Səadət Səid Kamillə (d. 21 sentyabr 1907 — ö. 13 avqust 1974, Beyrut) evləndi və bir qızı dünyaya gəldi. 10 noyabr 1975-ci ildə İstanbulda Yolanda Saadla evləndi.
    • Ayşə Rabiyə Nami (d. 3 avqust 1945, Beyrut)
  • Aliyə Namiyə xanım Sultan (d. 7 fevral 1913 — ö. 9 aprel 1913) — Cənazəsi Yəhya Əfəndi məzarlığına dəfn edilmişdir.
  • Sultanzadə Osman Nami bəy (d. 13 yanvar 1918, Cenevrə — ö. 15 iyul 2010, İstanbul) — 18 yanvar 1946-cı ildə Adilə Tanyeriylə (ö. 8 avqust 1958, Tunis) evləndi və 3 qızı dünyaya gəldi. 18 iyul 1959-cu ildə Rotraud Qranzou (d. 9 aprel 1934, Almaniya) ilə evləndi və 2 övladı dünyaya gəldi.
    • Mədiha Şükriyə Nami Osmanoğlu (d. 24 may 1947, Fransa) — 12 may 1969-cu ildə Almaniyada Aquino İke Conopio ilə evləndi və bir qızı dünyaya gəldi. 29 oktyabr 1989-cu ildə Almaniyada Jose Luis Martinez-Hernandez (d. 4 may 1945, Meksika) ilə evləndi.
      • Ayşə Mariya Kristina Nami-Conopio (d. 16 iyul 1969, Almaniya) — 20 iyun 2003-cü ildə İsveçrədə Patrik Jean Dreyfus ilə evləndi.
    • Fəthiyə Nemət Nami Osmanoğlu (d. 21 mart 1953, Tunis) — 16 yanvar 1998-ci ildə Fransada Alain Bory (d. 13 iyun 1946, Fransa) ilə evləndi.
    • Ayşə Adilə Nami Osmanoğlu (d. 6 avqust 1958, Tunis) — Sadri Ariba ilə evləndi.
      • Osman Necati Fərhad Ariba (d. 31 yanvar 1980, İstanbul)
      • Ayşə Feyzan Ariba (d. 9 sentyabr 1983, İzmir)
    • Gülnur Doroteya Nami Osmanoğlu (d. 10 yanvar 1960, Paris) — 5 sentyabr 1987-ci ildə Fransada Didier Ragot ilə evləndi və 3 övladı dünyaya gəldi.
      • Xanzadə Audrey Nami-Ragot (d. 4 fevral 1988)
      • Ayzadə Maylis Nami-Ragot (d. 16 iyun 1991)
      • Cem Alexis Nami-Ragot (d. 11 mart 1993)
    • Aytən Sofiya Nami Osmanoğlu (d. 24 mart 1961, Puatye) — 10 oktyabr 1980-ci ildə İstanbulda Erman Kunterlə evləndi və bir qızı dünyaya gəldi.
      • Rəfiyə Roksan Kunter (d. 10 avqust 1984, İstanbul)
  • Sultanzadə Əbdülhəmid Rauf bəy (d. oktyabr 1921 — ö. 11 mart 1981) — Cənazəsi Yəhya Əfəndi məzarlığına dəfn edilmişdir.
  • Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
  • Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. pp. 27
  • Baydar, Evren Kutlay (2010). Osmanlı'nın "Avrupalı" müzisyenleri. Araştırma-İnceleme. Kapı Yayınları. p. 59. ISBN 978-605-4322-14-5
  • Osmanoğlu, Ayşe (2000). Babam Sultan Abdülhamid. Mona Kitap Yayinlari. p. 104. ISBN 978-6-050-81202-2