Mehmed Abid Əfəndi

Mehmed Abid Əfəndi (17 sentyabr 1904, 17 sentyabr 1905[1] və ya 1972, İstanbul8 dekabr 1973[1], Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ən kiçik oğlu, Osmanlı şahzadəsi.

Mehmed Abid Əfəndi
محمد عابد أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri
Dəfn yeri Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq
Fəaliyyəti diplomat
Atası II Əbdülhəmid
Anası Naciyə Qadınəfəndi
Həyat yoldaşları Fəxriyə xanım
Səniyə xanım
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Şahzadə Mehmed Abid Əfəndi 1904-cü ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun son xanımı Naciyə xanım idi. Atasının 1909-cu ildə devrilməsindən sonra ailəsi ilə birlikdə 5 yaşında Salonikiyə sürgün edildi. Sürgündə 1 il yaşadıqdan sonra atasıyla birlikdə Bəylərbəyi sarayına alındı və atasının vəfatına qədər burada qaldı. Qalatasaray və Həbibiyyə kolleclərində təhsil aldı. 1923-cü ildə anası vəfat etdi. Bir il sonra isə Osmanlı sülaləsinin sürgün qanunu ilə ölkəni tərk etdi. Əvvəlcə Beyruta, daha sonra Nitsaya köçdü. Burada bacısı Ayşə Sultanla birlikdə yaşadı. Daha sonra Parisə getdi və 1936-cı ildə hüquq və siyasi elmlər fakültəsini bitirdi. 1940–1948-ci illərdə Tuluza, Nitsa, Madrid, Lissabon, Qahirə, İsgəndəriyyəTiranada yaşadı. Bundan başqa Albaniyanın Fransadakı səfiri oldu. 8 dekabr 1973-cü ildə Beyrutda vəfat etdi və Dəməşqdə Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn edildi.

  • Şadiye Osmanoğlu (Sultan Abdülhamit'in Kızı), Hayatımın Acı ve Tatlı Günleri, Bedir yayınları No. 43, 1966
  • Salih Bozok, Cemil S. Bozok, Hep Atatürk'ün Yanında, Çağdaş Yayınları, 1985 s. 42
  • http://www.ekrembugraekinci.com/makale.asp?id=460
  1. 1 2 Lundy D. R. Prince Mehmed Abid of Turkey // The Peerage (ing.).