Mişkolts (mac. Miskolc) — Macarıstanın şimalında yerləşən ağır sənaye şəhəri. Əhalinin sayına görə Budapeşt, Debreçen və Seqed şəhərlərindən sonra 4-cü ən böyük şəhərdir. Bundan başqa şimali Macarıstanın Borşod-Abauy-Zemplen əyalətinin mərkəzi hesab olunur.
Şəhər | |
Mişkolts | |
---|---|
mac. Miskolc | |
48°06′ şm. e. 20°47′ ş. u. | |
Ölkə | Macarıstan |
Tabesində | Borşod-Abauy-Zemplen |
Başçı | Akoş Kriza |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1365 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 131 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 46 |
Poçt indeksi | 3500–3549 |
Digər | |
miskolc.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Mişkolç şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Mişko adı Mikayl sözünün slavyan forması olan Mixael adından yaranmışdır. Ehtimal olunur ki, şəhərin adı bu ərazidə yerləşən Mişkolç qəbiləsinin adı ilə bağlıdır. Arxeoloji qazıntılar nəticəsində bu ərazidə Paleolit dövrünə aid nümunələr aşkarlanmışdır. Tarixçilər güman edir ki, hələ 70 min il əvvəl burada insanlar məskunlaşmışdı. Mişkoçun ilk sakinləri Kelt mənşəli kotinlər olmuşdur. IX əsrin sonlarında bölgəyə macar axınları başlamışdır. Şəhərin əsası 1365-ci ildə Macar kralı I Luis tərəfindən qoyulmuşdur. I Luis şəhəri “Bazar qəsəbəsi” statusuna yüksəldərək yaxınlıqda yerləşən Dioşgör qalasını da təmir etdirmişdir. 1544-cü ildə şəhər Osmanlı qoşunlarının hücumuna məruz qalaraq dağıdıldı. 1596-1686-cı illərdə isə Osmanlı tabeliyində oldu. 1703-cü ildə II Ferens Rakoçi tərəfindən Avstriya imperiyasına qarşı başlanan üsyanın mərkəzi də Mişkolç şəhəri olmuşdur. 1706-cı ildə Habsburq hücumları zamanı şəhər yandırılmış, 1710-1711-ci ildə vəba xəstəliyi nəticəsində isə əhalisinin böyük bir hissəsini itirmişdir. XVIII əsrdə yenidən inşa edilməyə başlanan şəhər, artıq XIX əsrdə əsas sənaye və ticarət mərkəzlərinən birinə çevrilmişdi. 1849-cu ildə Macar İstiqlaliyyət müharibəsi zamanı rusların işğalına məzur qalmışdır. I Dünya müharibəsindən sonra 1918-1919-cu illər ərzində Çexoslovakiyanın tərkibinə qatılsa da Trianon müqaviləsi ilə yenidən Macarıstana qaytarılmışdı. 1944-cü ildə isə Qırmızı Ordu tərəfindən ələ keçirilmişdir. II Dünya müharibəsi illərində Mişkolç ağır sənayesi ilə müharibənin ən öndə gedən şəhərlərindən biri olmuşdur.
Şəhər günümüzdə sadəcə sənaye əsaslı deyil, o cümlədən mədəniyyət və incəsənət sahəsində də tanınmağa çalışır. Müxtəlif mədəni tədbirlər arasında ən vacib bayramlardan biri hər yay keçirilən Beynəlxalq Opera Festivalıdır. Mişkolçda ən məşhur turistik məntəqələr Tapolsa, Felşühamor və Lillafüred sayılır. Tapolsa mağara daxilində yerləşən geotermal su hövzəsi olan “Mağara çimərliyi” ilə tanınır. Felşühamor və Lillafüred isə dağlar və meşələrlə əhatə olunan böyük kəndlərdir. Ölkədəki ən hündür şəlalə- Szinva şəlaləsi də Lillafüred kəndində yerləşir.
Burada ən sevilən idman növü futboldur. Şəhərin rəsmi futbol klubu olan "Dioşdiyer idman klubu" [3] bir neçə dəfə Macar kubokunun qalibi olmuş, ölkəni Avropa çempionatında təmsil etmişdir. Bundan başqa şəhərin "DKSK Mişkolç" adlı qadın voleybol komandası dəfələrlə ölkə kubokunun qalibi olmuşdur.