Minarxizm

Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polisməhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır.[1][2][3]

Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir.

Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizmsağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir.[4][5] Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir[6] və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür.[7] Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar.[8]

Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır.[9] Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir.[10]

Qarovulçu dövlət (alm. Nachtwächterstaa‎) termini almaniyalı sosialist filosof Ferdinand Lassal tərəfindən 1862-ci ildə Berlin şəhərində söylədiyi nitq zamanı yaradılmışdır. O, burjua liberal məhdud hökumətli dövlət modelini tənqid etmiş, yeganə məqsədi oğurluğun qarşısına almaq olduğundan onu gecə qarovulçusuna bənzətmişdir. Baxmayaraq ki, liberalizm getdikcə dövlətin məişətdə daha çox iştirakını və daha böyük bir məsuliyyətinə sahib olmasını dəstəkləyən bir ideologiyaya çevrilirdi, bu ifadə yenə də tez bir zamanda kapitalist hökumətin izahına çevrilmişdir.[11]

Lüdviq fon Mizes daha sonra Lassalın məhdud hökumətli dövlət modelini cəfəngiyyət kimi göstərmək istədiyini, ancaq onun "kələm turşusunun hazırlanması, şalvar düymələrinin istehsalı və ya qəzetlərin çap edilməsi" ilə məşğul olan hökumətlər qədər cəfəng olmadığını demişdir.[12]

Qarovulçu dövlət modelinin tərəfini saxlayanlar minarxistlər adlanır. Bu termin "minimum" və "-xiya" birləşməsindən əmələ gəlmişdir. "Arxi" (q.yun. ἀρχή) yunan sözüdür və mənası "birinci yer, güc", "hökumət metodu", "imperiya, səltənət", "səlahiyyətlilər" və ya "idarə etmək"dir.[13] Minarxizm termini Semyuel Edvard Konkin tərəfindən yaradılmışdır.[14]

Minarxistlər adətən hücum etməmə prinsipinə sadiq qalması şərti ilə dövlətə haqq qazandırırlar.[1][2][3] Onlar iddia edirlər ki, anarxo-kapitalizm hücum etməmə prinsipini tətbiq etməkdə əlverişli olmadığına görə qeyri-praktikdir, çünki qanunların tətbiqi anarxizm altında rəqabətə açıqdır.[15] Başqa populyar arqument özəl müdafiə və məhkəmə firmaları onlara daha çox pul ödəyənlərin maraqlarını təmsil etməyə meyillidir.[16]

Bəzi minarxistlərin fikrinə görə, dövlətin mövcudluğu qaçınılmazdır və anarxiya hər halda nəticəsiz olacaq.[17] Minimal dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında populyarlaşdırılmışdır. O, bu kitabda qarovulçu dövlətin fundamental fərdi hüquqlara hörmət edən hər hansı bir siyasi sistem üçün çərçivəni yaratdığını irəli sürmüşdür və buna görə də dövlətin mövcudluğuna mənəvi olaraq haqq qazandırmışdır.[9][18]

  1. 1 2 Qreqori, Antoni. "The Minarchist's Dilemma". strike-the-root.com (ingilis). Strike the Root: A Journal of Liberty. 10 may 2004. 12 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020.
  2. 1 2 Peykov, Leonard. "What role should certain specific governments play in Objectivist government?" (ingilis). Peikoff.com. 7 mart 2011. September 12, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020.
  3. 1 2 Peykov, Leonard. "Interview with Yaron Brook on economic issues in today's world (Part 1)" (ingilis). Peikoff.com. 3 oktyabr 2011. September 12, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020.
  4. Heyn, Piter. "Rediscovering our libertarian roots". chartist.org.uk (ingilis). Chartist. avqust 2000. 21 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020.
  5. Marşall, Piter. "Demanding the Impossible: A History of Anarchism" (ingilis) (POLS). Oklend, Kaliforniya: PM Press. 2009. səh. 641. ISBN 978-1604860641. İstifadə tarixi: 26 mart 2020. Left libertarianism can therefore range from the decentralist who wishes to limit and devolve State power, to the syndicalist who wants to abolish it altogether. It can even encompass the Fabians and the social democrats who wish to socialize the economy but who still see a limited role for the State.[ölü keçid]
  6. "Chomsky Replies to Multiple Questions About Anarchism". Z Magazine (ingilis). ZCommunications. 29 sentyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020. Anarchists propose other measures to deal with these problems, without recourse to state authority. [...] Social democrats and anarchists always agreed, fairly generally, on so-called 'welfare state measures'.
  7. MakKey, İen, redaktorJ.5 What alternative social organisations do anarchists create? // An Anarchist FAQ (ingilis). II. Sterlinq: AK Press. 2012. ISBN 978-1-849351-22-5. OCLC 182529204. July 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020.
  8. Riçman, Şeldon. "Libertarian Left: Free-market anti-capitalism, the unknown ideal". theamericanconservative.com (ingilis). The American Conservative. 3 fevral 2011. 10 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020. [Left-libertarians] prefer that corporate privileges be repealed before the regulatory restrictions on how those privileges may be exercised.
  9. 1 2 Nozik, Robert. Anarchy, State, and Utopia (ingilis). Basic Books. 1974. ISBN 978-0-465-09720-3. İstifadə tarixi: 26 mart 2020.
  10. Taunsend, Çarlz. The Oxford History of Modern War (ingilis). Oksford: Oxford University Press. 2000. səh. 14—15. ISBN 0-19-285373-2. İstifadə tarixi: 26 mart 2020. Britain, however, with its strong tradition of minimal government — the 'night-watchman state' — vividly illustrated the speed of the shift [during World War I] from normalcy to drastic and all-embracing wartime powers like those contained in the Defence of the Realm Act.
  11. Souer, Marian. The Ethical State?: Social Liberalism in Australia (ingilis). Melburn: Melbourne University Publishing. səh. 87. ISBN 978-0-522-85082-6. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.
  12. fon Mizes, Lüdviq. Liberalism (ingilis). 1927 [1922]. səh. 37. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.
  13. "Ἀρχή" Arxi [Arxi]. perseus.tufts.edu (ingilis). A Greek-English Lexicon. September 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2020.
  14. Edvard Konkin, Semyuel. New Libertarian Manifesto (PDF) (ingilis). Anarchosamisdat Press. 1980. səh. 9. ISBN 978-0977764921. 2014-06-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21. The State's Higher Circles were not about to yield their plunder and restore property to their victims at the first sign of opposition. The first counter-attack came from anti-principles already planted by the corrupt Intellectual Caste: Defeatism, Retreatism, Minarchy, Collaborationism, Gradualism, Monocentris and Reformism -including accepting State office to "improve" Statism! All of these anti-principles (deviations, heresies, self-destructive contradictory tenets, etc.) will be dealt with later. Worst of all is Partyarchy, the anti-concept of pursuing libertarian ends through statist means, especially political parties.
  15. Lonq, Roderik T.; Maçan, Tibor R., redaktorlar Anarchism/Minarchism: Is a Government Part of a Free Country? (ingilis). Ashgate Publishing. 2008. ISBN 978-0-7546-6066-8.
  16. Holkomb, Randall G. "Government: Unnecessary but Inevitable" (PDF). The Independent Review (ingilis). 2004. August 29, 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 mart 2020. (#redundant_parameters)
  17. Emmett, Ross B. Frank H. Knight in Iowa City, 1919–1928 (ingilis). Emerald Group Publishing. 12 avqust 2011. ISBN 978-1-78052-008-7.
  18. Qordon, Devid. Minimal State // Hamovi, Ronald (redaktor). Arxivlənmiş surət. The Encyclopedia of Libertarianism (ingilis). Tauzend-Ouks, Kaliforniya: SAGE Publications; Cato Institute. 2008. 332–334. doi:10.4135/9781412965811.n204. ISBN 978-1412965804. LCCN 2008009151. OCLC 750831024. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]