Minas Avetisyan (erm. Մինաս Ավետիսյան, 20 iyul 1928[2][3][…], Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSRİ[1][4] – 23 fevral 1975[5][6], İrəvan[4]) — Ermənistan-sovet rəssamı.
Minas Avetisyan | |
---|---|
erm. Մինաս Ավետիսյան | |
| |
Doğum tarixi | |
Doğum yeri | Carcur, Düzkənd rayonu, Ermənistan SSR, SSSR |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | İrəvan, Ermənistan SSR, SSSR |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Dəfn yeri |
|
Milliyyəti | Erməni |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Stil | abstrakt ekspressionizm |
Tanınmış işləri | Carcur, Çarmıxa çəkmə, Xatirə, Kvon, Tikanlı avtoportret |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Minas Avtisyan Sovet Ermənistanın Carcur kəndində anadan olub. Onun anası Sofo Qalıdan keşişin qızı olub, atası Karapet isə Muşlu dəmirçi idi. Onun həyat yoldaşı Qayane Mamajanyan idi.
Onun əsərlərinin əsas mövzusu Ermənistan təbiəti, Carcurun təbiəti, din, yoxsul insanlar, dağlar, çöllər və s. idi.
Avetisyan 1962-ci ildə İrəvanda keçirilən "Beşliyin sərgisi"ndə öz işlərini təqdim etmişdi. Çoxsaylı mütəxəssislər və sərgiyə gələnlər onun işini yüksək qiymətləndirmişdilər. Avetisyanın metodu bir vaxtlar Ermənistan incəsənətində geniş yayılmış plener rəssamlığından fərqli idi. Onun üçün natura ilə iş ilkin mərhələdən artıq bir şey deyil idi, işin əsas hissəsi isə onun studiyasında kətan üzərində çəkilirdi.[7]
1967-ci ildə o, ilk dəfə Mixail Vartanovun senzuraya məruz qalmış "Erməni torpaqlarının rəngi" sənədli filmində çəkilmişdi. 1975-ci ildə Avetisyan səkinin qırağında dayanan avtomobilin təkəri altında qalaraq ölmüşdü. Bəzi məlumatlara görə, o, DTK tərəfindən qətlə yetirilmişdi.[8][9]