Düzkənd rayonu (1937–1945) Axuryan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel (Şirək+el) mahalı ərazisində rayon. Mərkəzi Düzkənd qəsəbəsidir.
Rayon | |
Düzkənd rayonu | |
---|---|
İnzibati mərkəz | Düzkənd[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 31.12.1937 |
Ləğv edilib | 11 aprel 1995 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
1937-ci il dekabrın 31-də yaradılıb. 1945-ci il dekabrın 7-nə kimi Düzkənd rayonu, həmin tarixdən etibarən isə Axuryan rayonu adlandırılıb. Ərazisi 576 kv. km-dir. Rayon mərkəzi Düzkənd (dəyişdirilmiş adı Axuryan) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 126 km-dir.
Rayon ərazisinn böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhəddindən keçir. Rayon boyu Arpaçay axır.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Gümrü | Aleksandropol | … |
Aleksandropol | Leninakan | 27.01.1924 |
Hacı Nəzər | Kamo | 03.01.1935 |
Türk Qarakilsəsi | Axurik | 03.01.1935 |
Böyük Kəpənəkçi | Musaelyan | 03.01.1935 |
Aralııq | Yerazqavors | 07.12.1945 |
Ağkilsə | Kraşen | 07.12.1945 |
Bacoğlu | Haykavan | 07.12.1945 |
Dərbənd | Karmrakar | 26.04.1946 |
Düzkənd | Axuryan | 07.12.1945 |
Düzkənd rayonu | Axuryan rayonu | … |
Daharlı | Getk | 07.12.1945 |
Kiçik Qarakilsə | Azatan | 07.12.1945 |
Kiçik Kəpənəkçi | Hovit | 07.12.1945 |
Təpədolaq | Arevik | 07.12.1945 |
Toparlı | Atsik | 07.12.1945 |
Çirxan | Beniamin | 07.12.1945 |
Çıraqlı | Crarat | 07.12.1945 |
Yasavul | Ovuni | 07.12.1945 |
Böyük Sarıyal | Medz Sarial | 07.12.1945 |
Molla Musa | Musakan | … |
Musakan | Voskehask | 26.04.1946 |
Dirəklər | Karnut | 26.04.1946 |
İlxıyabı | Hayqabats | 26.04.1946 |
Yuxarı Qanlıca | Marmaraşen | 26.04.1946 |
Aşağı Qanlıca | Vahramaberd | 26.04.1946 |
Böyük Kəti | Keti | 26.04.1946 |
Kiçik Kəti | Lernatsk | 26.04.1946 |
Ocaqqulu | Arapi | 26.04.1946 |
Ortakilsə | Maisyan | 26.04.1946 |
Arıxvəli | Lernut | 21.10.1967 |