Mirzağa Əliyev

Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883[1], Hövsan24 oktyabr 1954, Bakı[2]) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948).

Mirzəağa Əliyev
Digər adları Mirzə Ağa Əliyev
Mirzağa Əliyev
Doğum tarixi
Doğum yeri Hövsan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Gövhər Qazıyeva
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1901–1954
Teatr
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni — 1949 "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
"SSRİ xalq artisti" fəxri adı — 1949 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1933 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1926 2-ci dərəcəli "Stalin" mükafatı — 1943 2-ci dərəcəli "Stalin" mükafatı — 1948
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.

1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir[3]. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İranTürkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.

Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.

M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət oyunu", "Almaz", "Bakının işıqları" və s. filmlərdə çəkilmişdir.[4]

Mirzəağa Əliyev 24 oktyabr 1954-cü ildə vəfat etmişdir.[5]

  • Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına Mədəniyyət evi fəaliyyət göstərir.
  • Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.
Mirzəağa Əliyevin Hövsandakı büstü
  1. Faceted Application of Subject Terminology.
  2. Алиев Мирза Ага Али оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Bakının teatr həyatı kataloq (PDF). Bakı: Ziya nəşriyyatı. 2013. səh. 207. ISBN 978-9952-8024-2-9. 2023-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-27.
  4. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  5. Мирзәаға Әми оғлу Әлийев // Коммунист. № 254 (9669). 26 октябр 1954-ҹү ил. С. 4.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 358–359.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 51.