Miyandoab və ya Qoşaçay — İranın Qərbi Azərbaycan ostanında şəhər, Miyandoab şəhristanının inzibati mərkəzi.
Miyandoab | |
---|---|
36°58′00″ şm. e. 46°06′34″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.292 m |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 481 |
Digər | |
qosacay.arzublog.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər Tehranın 823 km şimal-qərbində və Qərbi Azərbaycan ostanının cənub hissəsində, düzənlikdə yerləşir. Mülayim havası var.
Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qoşaçay adı "cüt, iki dənə olan" mənalarını daşıyan "qoşa", və "təbii axar su" demək olan "çay" sözlərindən ibarətdir. Hazırkı rəsmi farsca adı olan Miyandoab adı isə "miyan" (orta, ortasında), "do" (iki), və "ab" (su) sözlərindən ibarətdir.
Hər iki ad şəhərin Zarrinehçay (farsca adı Zərrinərud) və Tatavu (farsca adı Siminərud) çayları arasında yerləşməsi ilə bağlıdır.