Says-Piko sazişi

Says-Piko sazişiBritaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə.

Says-Piko sazişi
İmzalanma tarixi 16 may 1916
Tərəflər FransaBirləşmiş Krallıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər:

  1. Müharibə gedişində separat sülh bağlamamaq.
  2. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək.

1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi.

  1. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması.
  2. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi.
  3. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi
  4. Şlezviq-Qolşteynin Daniyaya qaytarılması
  5. Hannovar krallığının bərpa edilməsi
  6. Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi.
  7. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi.
  8. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
  9. Valonanın İtaliyaya verilməsi.
  10. Alman müstəmləkələrinin İngiltərə,Fransa və Yaponiya arasında bölüşdürülməsi.
  11. Müharibə xərcinin ödənilməsi.

Antanta dövlətlərinin işğalçılıq planlarından biri də Türkiyənin Asiya hissəsinin bölüşdürülməsi idi.Müttəfiqlər axtarmaq uğrunda mübarizə aparan böyük dövlətlərin daxilində də rəqabət gedirdi.Bu Antanta dövlətlərinə də aid idi.Boğazlar ətrafında cərəyan etmiş mübarizə 1914-1915ci illərdə də davam etmişdi.

Uzun və mürəkkəb danışıqlardan sonra onlar Türkiyənin bölüşdürülməsi məsələsində müəyyən razılığa gəlmişdilər.İngilislər tərəfindən danışıqlarda Sayks,fransızlar tərəfində Piko iştirak edirdilər.Onların danışıqlarının nəticəsi 1916cı il martın 9da Rusiya hökumətinə bildirildi.O,osmanlı imperiyasının,xalis Türkiyə vilayətləri də daxil olmaqla,böyük hissəsinin işğğal edilməsi planı idi.Sazanovu İngiltərənin,Fransanın və Rusiyanın gələcək malikanələri arasında bufer dövlətinin olmaması heç də razı salmırdı.Yeni danışıqlar başladı.Razılığa gəlindi.Aprelin 26da Fransa-Rusiya sazişi imzalandı.Sonra İngiltərə də ona qoşuldu.Həmin məsələ üzrə mayın 9 və 16da ingilis-fransız sazişi imzalandı.Son 2 sənəd tarixə Says-Piko sazişi kimi düşdü.

Bu sazişə görə fransa Suriya,Lubnan,Kilikiya və Mosul bölgələrini,İngiltərə Urdini,İrakı,Şimali Fələstini aldılar.Fələstinin qalan hissəsində beynəlxalq nəzarət rejimi müəyyən edildi və orada gələcəkdə müəyyən 1 ərəb dövlətinin yaradılacağı nəzərdə tutulurdu.

Bu saziş İngiltərənin ikiüzlü siyasət yeritməsini sübüt etdi.İngiltərə Osmanlı dövlətinə qarşı müharibə vəziyyətini saxlamaq və bununla ərəbləri öz tərəfinə çəkmək məqsədilə Məkkə şərifi Hüseyn ilə Misirdəki İngilis Ali komissarı Mak-Maqon arasında bölünmüş torpaqlarda ərəb krallığı yaradılması haqda saziş bağlanmasını təşkil etmişdi.

İngiltərə Bağdadla birlikdə Mosul istisna olmaqla,Mesopotamiyanı aldı.Ərəbistan yarımadasının böyük hissəsi ingilis təsir dairəsi hesab olundu.Fələstində beynəlxalq nəzarət yaradıldı.Xayfa və Akka limanları İngiltərəyə verildi.

Fransa Suriyanı,Livanı,Kiçik Ermənistanı,Kilikiyyanı,Kürdüstanın böyük hissəsini,hətta Şərqi Anadolunun 1 hissəsini aldı.Ərəbistanın Nadejda sərhədindən şimala yerləşmiş hissəsi və Mosul vilayəti Fransanın təsir dairəsinə verildi.

Rusiyaya Trapezund,Ərzurum,Bayazet,Van və Bitlis,Kürdüstanın 1 hissəsi,Trapezunddan qərbə doğru Qara dənizin sahillərinə qədər olan hissə çatdı.İtaliyanın payı hələ müəyyən edilməmişdi.Çünki o,hələ Almaniyaya müharibə elan etməmişdi.Nəhayət,1916cı ilin avqustunda o belə addımı atdı.Ona Adaliya,Koni,Aydın və Smirnə daxil olmaqla Cənub və Cənubi qərbi Anadolunun böyük hissəsi ayrıldı.Türkiyədə yalnız Mərkəzi və Şimali-şərqi Anadolu qaldı.