Nürəddin Mustafayev

Nurəddin Elyaz oğlu Mustafayev (18 oktyabr 1942, Qaraiman, Basarkeçər rayonu) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin (1983–1988) və Şəki Şəhər Komitəsinin (1980–1983) birinci katibi.

Nurəddin Mustafayev
6 dekabr 1983 – 27 noyabr 1988
ƏvvəlkiKamran Rəhimov
SonrakıHeydər İsayev
bayraq
Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi
bayraq2
9 aprel 1980 – 7 dekabr 1983
ƏvvəlkiSadıq Murtuzayev
SonrakıHadi Rəcəbli
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1942(1942-10-18) (82 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası[d] (–1969)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Nurəddin Elyaz oğlu Mustafayev 1942-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Qaraiman kəndində anadan olmuşdur. 1948–1953-cü illərdəki Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. 1960-cı ildə Gəncə şəhərində orta məktəbi qızıl medalla bitirmişdir.[1] 1969-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirərək Dövlət Damazlıq stansiyasında əmək fəaliyyətinə başlamış, daha sonra Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin baş idarəsində zootexnik, 1971-ci ildən isə Baş Heyvandarlıq İdarəsində zootexnik, şöbə müdiri vəzifələrində işləmişdir.[2]

Nurəddin Mustafayev Azərbaycan SSR Nazirlər Soveti aparatında referent vəzifəsinə keçirilmiş, 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsində təlimatçı, 1980-ci ildən isə Mərkəzi Komitənin Təşkilat-partiya işi şöbəsində müfəttiş olmuşdur. Azərbaycan KP Şəki Şəhər Komitəsinin birinci katibi, 1983–1988-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989–1993-cü illərdə Hacı Zeynalabdin Tağıyev adına un dəyirmanının direktoru olmuşdur. Sonralar "Ağrıdağ" Cəmiyyətinə başçılıq etmişdir.[2][3] O, Dövlət Taxıl Komitəsinin də sədri olmuşdur.

Nurəddin Mustafayev Azərbaycan SSR Ali Sovetinin, XI çağırış Naxçıvan MSSR Ali Sovetinin və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və bir sıra medallarla təltif edilmişdir.[2]

  1. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə. Bakı: EL. 2007. səh. 175.
  2. 1 2 3 Mustafayev Nurəddin Elyaz oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 394.
  3. Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 292.