Naqibüləşraf

Naqibüləşraf (osman. نقيب الأشراف) — AbbasilərOsmanlılar dövründə Hz. Məhəmməd peyğəmbərin sülaləsinə mənsub seyidşəriflərlə bağlı məsələləri yürüdən dövlət adamı.[1][2]

Osmanlı naqibüləşrafını təsvir edən miniatür

"Vəkil", "bir topluluğun başçısı" mənalarını verən naqibHz. Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin şəcərəsindən gələnlərin daşıdığı şərif ünvanının cəm halı olan əşraf sözlərinin birləşməsindən əmələ gəlmişdir. Hz. Məhəmməd peyğəmbərin ailəsi, yaxın qohumları və şəcərəsinə mənsub şəxslər müsəlmanların gözündə mühüm yer tutduğu üçün onlarla bağlı məsələlərin həlli mühüm hesab edilmiş, bu məsələlərlə bağlı xidmət göstərən şəxslərə naqib, naqibüləşraf və ya naqibünnüqəba ünvanları verilmişdir.

Abbasilər dövrü

[redaktə | mənbəni redaktə et]

Hz. Məhəmməd peyğəmbər kimi ailəsi və qohumları da zəkatsədəqə almadıqları üçün qazanılan qənimətdən onlara pay ayrılır. Hz. Məhəmməd peyğəmbər bu qəniməti paylaşdırmaq üçün Hz. Əlini vəzifələndirmiş və o, bu vəzifəsini xəlifə Əbu Bəkrxəlifə Ömərin səltənətlərində də davam etdirmişdir. Xəlifə Ömər tərəfindən qurulan divan təşkilatında ailə üzvlərinə düşən pay nisbətinin təyini məsələsi müzakirə edilmiş və ailənin soyağacı yazılı şəkildə tutularaq ailəyə mənsub olmadığı halda imtiyazlardan istifadə etmək istəyən şəxslərin (mütəseyyid) qarşısı alınmışdır.[3]

Əhli-beytə qarşı mənfi fikirdə olan Əməvilərin ardından Abbasilərin hakimiyyətə gəlməsi naqibüləşraflıq qurumunun kökdən qurulmasına şərait yaratdı. Belə ki, Abbasilər soyundan gələnlərlə Əbu Talibin, yəni Hz. ƏliFatimeyi Zəhranın soyundan gələnlərin (Talibilər) şəcərəsinin tutulması üçün mərkəzdə naqibülənsab ünvanlı bir dövlət məmuru təyin edildi. Hər iki ailə üçün ayrıca bir məmur vəzifələndirilsə də, bəzi hallarda bu işlərə yalnız bir naqibülənsab təyin edilmişdir.[4][5] Qurum olaraq möhkəmləndikdən sonra xilafətin ayrı-ayrı bölgələrində bu işlə məşğul olan naqiblər təyin edildi və bu naqiblərin tabe olduğu mərkəzdəki dövlət məmuruna naqibünnüqəba ünvanı verildi.

Talibilər və Abbasilər üçün əsasən öz şəcərələrinə mənsub şəxslər naqib təyin edilirdi. Əsasən elçi olaraq göndərilən naqiblər mühüm qonaqların qarşılanması və digər saray mərasimlərində vəzifələndirilirdi. Bu dövrdə onların əsas vəzifə öhdəlikləri hər iki sülalənin şəcərəsini yazılı halda saxlamaq, onların qənimət paylarının bölgüsünü aparmaq, hüquqlarını qorumaq və s. daxil idi. Ancaq zamanla bu qurumun öhdəlikləri daraldı. Belə ki, Fatimilər, Əyyubilər, ElxanilərMəmlüklərdə bu qurum yalnız HəsənHüseynin soyundan gələnlərlə məşğul olmağa başladı. Anadolu səlcuqlularında da seyid və şəriflərin şəcərələrinin yazılı halda tutulması, gəlirlərinin təmini və aralarında ticarətlə məşğul olanların vergilərdən azad edilməsi kimi məsələlərlə məşğul olan bir məmurun olduğu bilinir.[6]

Osmanlılar dövrü

[redaktə | mənbəni redaktə et]

Osmanlılarda buna bənzər bir qurumun mövcudluğuna İldırım Bəyazid dövründə (1389-1402) rast gəlinir. 1400-cü ilin mayında seyid və şəriflərlə məşğul olan bir məmurun təyin ediliyi bilinir. Bu vəzifəyə ilk təyin olunan şəxs isə əslən Bağdadlı olan Seyid Məhəmməd Nətta Hüseyni olmuşdur.[7] Ankara döyüşündən sonra Əmir Teymura əsir düşən və azad edildikdən sonra Hicaza gedən Seyid Məhəmməd II Murad dövründə (1421-1444) Bursaya qayıtdı və öncəki vəzifəsinə yenidən təyin olundu. Vəfatının ardından isə bu vəzifəyə oğlu Zeynalabdin təyin edildi.

Bu vəzifənin Osmanlı imperiyasında qurum halını almasına isə II Bəyazidin dövründə (1483-1512) rast gəlinir. Belə ki, 1494-cü ildə Sultan Bəyazid bu vəzifəyə müəllimi Seyid Abdullahın oğlu Seyid Mahmudu maaşlı olaraq təyin etdi. Bu dövrədək naqiblər dövlətdən nizamlı şəkildə bir maaş almamışdılar. Yeni təyinatın ardından sözügedən işlərlə məşğul olan dövlət məmuruna naqibüləşraf ünvanının verilməsi qərarlaşdırıldı. 1537-ci ildəki vəfatına qədər bu vəzifədə Seyid Mahmud qaldı.

Zaman keçdikcə Osmanlı iyerarxiyasında mühüm bir yer tutan naqibüləşraflar əsasən seyidlər və ya üləma zümrəsindən seçilirdi. XVII əsrin ortalarına qədər ömür boyu vəzifədə saxlanılsalar da, sonrakı tarixlərdə müxtəlif səbəblərlə vəzifədən alınan və ya öz istəyilə çəkilən naqibüləşraflara rast gəlinir. Saraydakı mühüm dövlət mərasimlərində iştirak edən naqibüləşraflar bu səbəblə əsasən İstanbulda yaşadılar. III Səlimin cülusu əsnasında ilk biat duasını naqibüləşraf Dərviş Əfəndi etmişdir. III Əhməd, I Mahmud, III MustafaI Əbdülhəmid şeyxülislam və naqibüləşrafın, IV Mustafa, II MahmudSultan Əbdülməcid isə sadəcə naqibüləşrafın əlindən qılınc quşanmışdır. Osmanlı sultanının şəxsən qatıldığı səfərlərdə iştirak edən naqibüləşraflar sancağ-ı şərifin yanından ayrılmırdılar. Digər səfərlərdə isə naqibüləşraf öz yerinə başqa bir məmuru göndərirdilər.[8]

  • Mâverdî, el-Ahkâmü’s-sultâniyye: İslâmda Hilâfet ve Devlet Hukuku (trc. Ali Şafak), İstanbul 1976, s. 104-107.
  • Mecdî, Şekāik Tercümesi, II-V, bk. İndeks.
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, bk. İndeks.
  • a.mlf., Mekke-i Mükerreme Emirleri, Ankara 1972, s. 4-12.
  • M. Winter, Egyptian Society under Ottoman Rule: 1517-1798, London 1992, s. 185-195.
  • a.mlf., “The Ashrāf and Niqābat al-Ashrāf in Egypt in Ottoman and Modern Times”, AAS, XIX (1985), s. 17-41.
  • Abdeljelil Temimi, Etudes sur les relations arabo-ottomanes et turques, Zaghouan 2000, s. 17-24.
  • Murat Sarıcık, “Osmanlı Devleti’nde Nakîbül-Eşrâflık Kurumu”, Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, X, 385-393.
  • a.mlf., Osmanlı İmparatorluğu’nda Nakîbü’l-Eşrâflık Müessesesi, Ankara 2003.
  • Hakan T. Karateke, Padişahım Çok Yaşa: Osmanlı Devletinin Son Yüzyılında Merasimler, İstanbul 2004, s. 33-34, 58-60, 79, 96, 224.
  • Rüya Kılıç, Osmanlıda Seyyidler ve Şerifler, İstanbul 2005, tür.yer.
  • Ali Emîrî, “Hâdim ve Hâfız-ı Emânât-ı Mübâreke Hulefâ-yi Osmâniyyenin Şeref-i Silsile-i Siyâdetleri”, Osmanlı Târih ve Edebiyat Mecmuası, sy. 19, İstanbul 1335, s. 420 vd.
  • M. Rosen, “The Naqīb al-Ashrāf Rebellion in Jerusalem and its Repercussions on the City’s Dhimmīs”, AAS, XVIII/3 (1985), s. 249-270.
  • A. R. ‘Alāmarvedaštī, “L’origine della Niqābat al-Ašrāf nella storia dell’Islam”, OM, XVIII (1999), s. 297-322.
  • Bilgin Aydın, “Meşihat Arşivi’nde Muhafaza Edilen Nakibul-Eşraf Defterleri”, MÜTAD, sy. 10 (2001), s. 21-26.
  • Pakalın, II, 647-648.
  • A. Havemann, “Naḳīb al-As̲h̲rāf”, EI2 (İng.), VII, 926-927.
  • C. van Arendonk – [W. A. Graham], “S̲h̲arīf”, a.e., IX, 333-334.
  1. Ahmed Rifat, Osmanlı Toplumunda Sâdât-ı Kirâm ve Nakibüleşrâflar: Devhatü’n-nukabâ (haz. Hasan Yüksel – M. Fatih Köksal), Sivas 1998.
  2. Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 161-172.
  3. L. S. Schilcher, Families in Politics: Damascene Factions and Estates of the 18th and 19th Centuries, Stuttgart 1985, s. 109, 124-131, 194-211.
  4. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 266.
  5. Safedî, el-Vâfî, VII, 65-66.
  6. Mübahat S. Kütükoğlu, “Lütfi Paşa Âsafnâmesi”, Prof. Dr. Bekir Kütükoğlu’na Armağan, İstanbul 1991, s. 98.
  7. Zafer Erginli, “Osmanlı Devleti’nin İlk Resmî Nakîbül-Eşrafı Olan Bir Derviş: Seyyid Natta‘”, Gümüşlü’den Günümüze Osmanlı Kültüründe Bursa (haz. Hasan Basri Öcalan), İstanbul 2003, s. 138-148.
  8. Walid al-Arid, XIX. Yüzyılda Cebel-i Nablus (doktora tezi, 1992), İÜ Sosyal Bilimler Enstitüsü, s. 46-59.