Nikolay (Niko) Yakovleviç Nikoladze (gürc. ნიკო (ნიკოლოზ) იაკობის ძე ნიკოლაძე; 27 sentyabr (9 oktyabr) 1843[1], Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası[1] – 5 aprel 1928[1], Tiflis) — Gürcü publisisti, maarifçi və ictimai xadimi.
Niko Nikoladze | |
---|---|
gürc. ნიკო ნიკოლაძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr (9 oktyabr) 1843[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 aprel 1928[1] (84 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | jurnalist, siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
O, ilk növbədə gürcü liberal jurnalistikasının inkişafına verdiyi töhfə və Rusiyada yaşadığı dövrün müxtəlif iqtisadi və sosial layihələrində iştirakı ilə tanınır.
Gürcüstanın Skande (İmereti) kəndində varlı zadəgan Yakov İvanoviç Nikoladzenin ailəsində anadan olub. 1860-cı ildə Kutaisi klassik gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. Lakin tələbə çıxışlarında fəal iştirak etdiyi üçün həbs olunur. Cəzasını Şlisselburg qalasında çəkir. Sonradan Rusiyanı tərk etmə şərti ilə əfv edilir. Bu səbəbdən 1861-ci ildə Sürix Universitetində təhsil almaq üçün İsveçrəyə yollanır.[2] 1864-cü ildə Sürix Universitetində "Silahsızlanma və onun sosial-iqtisadi nəticələri" mövzusunda elmi iş yazaraq magistr dərəcəsi alır.
Sürixdə olduğu müddətdə P.Lafargue vasitəsi ilə Karl Marksla görüşür, onunla bir neçə dəfə görüşdən sonra ondan Birinci İnternasionalın Zaqafqaziyada nümayəndəsi olmaq təklifi alır. Lakin Nikolay təklifi rədd edir, çünki o vaxt onun fikirləri Sankt-Peterburqda bir neçə il əvvəl tanış olduğu və sonradan əməkdaşlıq etdiyi rus inqilabçı demokratları Nikolay Çernışevski və Nikolay Dobrolyubova daha yaxın idi.
"Sovremennik" jurnalında nəşr olunan Nikolay Yakovleviç (1864), Qafqaz mətbuatında fəal iştirak etmiş, Gürcüstan nəşrlərində və "Tiflis Bülleteni"ndə bir sıra tənqidi və publisistik məqalələr dərc etdirmişdir. 1877-ci ildə Nikoladze "Tiflis Bülleteni" və "Qolos" da Kiçik Asiyada gedən döyüşlərdən yazışmalarını nəşr etdirdi. 1878-ci ildə Tiflisdə həm istedadı, həm də senzura ilə mübarizəsi ilə diqqət çəkən böyük gündəlik "Obzor" qəzetini təsis etdi. İki il sonra qəzet bağlandı və publisistin özü Stavropola sürgün edildi. 1880-ci illərin əvvəllərində "Oteçestvennıye Zapiski" jurnalı ilə əməkdaşlıq etmiş və daha sonra Tiflis qəzeti "Novoye Obozreniye"də çap olunmağa başladı.[2]
Nikoladze, Qafqazdakı bir neçə şəhər məclisinin fəal nümayənsədi idi. Onun təşəbbüsü ilə 1875 və 1876-cı illərdə Tiflis şəhər ictimai idarəsi Rusiyada yerli su təchizatı sisteminin milyonuncu tikintisini güzəştlə deyil, iqtisadi yolla həyata keçirən ilk şəxs oldu. 1880–90-cı illərdə Nikolay Yakovleviç özünü əsasən dəmir yolu və neft müəssisələrinə həsr etdi.[2]
Nikoladze Rusiyanın sol dairələrinin etibarına malik şəxs idi. 1882-ci ilin ikinci yarısında Xalq İradəsinin İcraiyyə Komitəsi ilə gizli monarxist təşkilat Müqəddəs Drujina arasındakı danışıqlarda əhəmiyyətli rol oynadı. Monarxistlər III Aleksandrın gec tac taxması zamanı terror hücumundan qorxurdular və Narodnaya Volyaya hökumətdən bir sıra güzəştlər müqabilində terrordan əl çəkməyi təklif edirdilər. Bu təmaslar monarxistlər tərəfindən jurnalistlər K.A.Borozdin və xalq iradəsi tərəfdən N.Y.Nikoladze və S.N.Krivenko vasitəsi ilə baş verdi. Müzakirələr, təşkilatın zəifliyi və yeni hərəkətlər edə bilməməsi haqqında məlumat verən Degayevin xəyanətindən sonra kəsildi.[3]
1894-cü ildə Nikoladze 12 il Qara dəniz sahilindəki liman şəhəri Potinin bələdiyyə başçısı seçildi. Vəzifədə olduğu müddətdə şəhərin baş planını tərtib etdi və şəhərin hesabına yerli limanın genişləndirilməsinə və şəhər ictimai idarəsi tərəfindən bu işə nəzarət etdi.[2]
1917-ci il fevral inqilabından qısa müddət sonra Nikoladze gürcü ziyalılarının görkəmli nümayəndələrindən biri olaraq Gürcüstanın Rusiyadan tam müstəqillik ideyasını dəstəklədi. O, Gürcüstan Milli Demokrat Partiyasının fəxri sədri seçildi.
Gürcüstan Demokratik Respublikası illərində (1918–1921) ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etmişdir. 1920-ci ildə Nikoladze, Çiatura şəhərindən manqan filizi ixracı cəmiyyətinin Avropadakı nümayəndə heyətinə rəhbərlik etdi. 1920–1926-cı illərdə Londonda yaşamış və çalışmışdı.
1926-cı ildə (192-ci ilin fevral-mart aylarında Gürcüstanın sovetləşməsindən 5 il sonra) vətənə qayıtdı.
Tiflisdə, Didube panteonunda dəfn edildi, ancaq 1957-ci ildə nəşi Gürcüstan yazıçılarının və ictimai xadimlərinin Mtatsminda panteonuna köçürüldü.
Tiflisdə bir küçə Niko Nikoladzenin adını daşıyır.
29 iyul 1954-cü ildə Poti şəhərinin mərkəzi parkında Niko Nikoladzenin Poti heykəltəraşı Akaki Çxaidzenin hazırladığı büstü qoyuldu. Büstün açılışını V.L.Zambakhidze etdi. Sonradan, postamentli büstü söküldü və Didi Jixaişi kəndindəki Niko Nikoladzenin ev-muzeyinə aparıldı.
1982-ci ildə liman ərazisindəki Poti şəhərində Niko Nikoladzenin abidəsi qoyuldu.
İlk həyat yoldaşı Boqumila Zemyanskayadır. 1883-cü ildə boşanmışdır. Ondan gənc ölən bir oğlu və iki qızı var idi:
İkinci həyat yoldaşı Olga Aleksandrovna Guramişvilidir (1855–1940).[4] Bu nigahdan uşaqları:
Niko Nikoladze gürcü, rus və beynəlxalq sosial demokratiyanın sütunlarından olan İ.Seretelinin onun bacısı Yelena Georgievna Sereteli -Demolon (†1950) və qardaşı Levan Georgieviç Seretelinin († 1918) doğma dayısıdır. Hər üçü gənc yaşlarında valideynlərini itirdiyindən Nİkolay bacıları Yekaterina Yakovlevna və Anna Yakovlevna Nikoladze ilə birlikdə onları himayyəyə götürüb böyütmüşdülər.