Nikolay Yakovleviç Danilevski (rus. Никола́й Я́ковлевич Даниле́вский; 4 (16) dekabr 1822[1] və ya 28 noyabr (10 dekabr) 1822[2][3], Livnı qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası[1] – 7 (19) noyabr 1885, Tiflis[4]) — rus sosioloqu.
Nikolay Danilevski | |
---|---|
rus. Николай Яковлевич Данилевский | |
Doğum tarixi | 4 (16) dekabr 1822[1] və ya 28 noyabr (10 dekabr) 1822[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 7 (19) noyabr 1885 (62 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fəlsəfə, sosiologiya, geosiyasət, kulturologiya |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rus alimlərindən Nikolay Yakovleviç Danilevski (1822–1885) tərəfindən aparılan sivilizasiyaların təsnifatı 5 əsas amilə söykənirdi: vahid dil birliyi, siyasi müstəqillik, qarşılıqlı təsir, tədrici inkişaf mərhələləri və müxtəlif etnik köklərin birləşməsi. O, dünyada özünəməxsusluğu ilə seçilən cəmiyyətləri "mədəni tarixi tiplər" adlandırırdı və onları tarix səhnəsində əsas subyektlər hesab edirdi. Onun təqdim etdiyi bəşər cəmiyyətinin "mədəni-tarixi tip"lərə bölgüsü (N. Danilevskinin təsnifatında 13 fərqli sivilizasiya tipi fərqləndirilir: Misir, Çin, Semit, Hind, İran, Yəhudi, Yunan, Roma, Ərəb, German-Roman, Slavyan və artıq məhv olmuş Meksika və Peru) sivilizasiyaların inkişaf tarixinin çoxnövlüyünün nümunəsini ortaya qoymuş oldu.[5]
Bu yerdə məşhur alimin slavyan və türk mədəni tiplərini necə xarakterizə etməsinə də qısaca toxunmaq istərdik. Belə ki, Danilevskinin Slavyan sivilizasiyasının xarakteristikası və gələcəyi ilə bağlı özünəməxsus geosiyasi yanaşması var idi. O, bütün slavyan xalqlarını bir mədəni tipə aid edərək, onların birləşməsinin və paytaxtı keçmiş Bizansın mərkəzi Konstantinopol (o, Konstantinopolu Çarqorod adlandırırdı) olmaqla vahid dövlət yaratmasının zəruriliyini qeyd edirdi. Slavyanofil müəllifin türklərin sivilizasiya qruplaşmalarında rolu ilə bağlı mövqeyi isə daha çox təmsil etdiyi slavyanofillərin şovinist-millətçi hisslərindən irəli gəlirdi. Belə ki, o, "Rusiya və Avropa" kitabında yazırdı: "Günəş sistemində planetlərlə bərabər zaman-zaman ortaya çıxan və sonra da kosmik məkanda itib-batan kometalar olduğu kimi, bəşəriyyət tarixində də müsbət yönlü mədəni tiplər və ya müstəqil sivilizasiyalardan əlavə müvəqqəti ortaya çıxan və öz həmyaşıdlarına əsaslı təsir göstərən fenomenlər mövcuddur. Bunlar hunlar, monqollar, türklər kimi öz dağıdıcı yürüşləri ilə ölümlə mübarizə aparan sivilizasiyaların qalıqlarını məhv edərək heç nədən yarandıqları kimi də sakitcə tarix səhnəsində gizlənirlər. Onları insan cəmiyyətinin mənfi üzvləri adlandırmaq olar".[6]
Nikolay Danilevski də Rusiyanın Qərbə yad olmasının səbəbini sivilizasiyalar arasındakı prinsipial fərqlərin olması ilə əlaqələndirirdi. O, "Rusiya və Avropa" kitabında yazırdı: "Avropa bizi özününkü qəbul etmir. Avropalılar Rusiya və slavyanlarda təkcə yad deyil, həm də düşmən obrazı görürlər".[7] Qatı slavyançılıq ruhunda çıxış edən müəllifin Türk sivilizasiya daşıyıcılarına qarşı münasibəti də birmənalı deyildi. O, türkləri sivilizasiya yaradıcısı deyil, yalnız tarixin müəyyən mərhələsində gedən proseslərə təsir edən etnos kimi qiymətləndirirdi və germanlarla bərabər türkləri də slavyanların əsas rəqibi hesab edirdi. Panslavizm ideoloqu Rusiyanı bütün slavyan xalqlarının milli və dini maraqlarının müdafiəçisi kimi təqdim edir, onları Rusiyanın ətrafında birləşməyə və birgə mübarizə nəticəsində Osmanlı hökmranlığından azad olmağa çağırırdı.[8] Bununla belə,
N. Y. Danilevski slavyanların romano-germanlarla mübarizəsində Türk sivilizasiyası daşıyıcılarının xidmətlərinə də toxunurdu. Onun fikrincə, Pribaltikada, Moraviyada slavyanların germanlaşdırılması prosesinin getdiyi bir şəraitdə uqor və türk tayfalarının şərqdən hücumu bu prosesin qarşısını almışdır. Alim bu qənaətə gəlmişdir ki, türklər və uqor tayfaları slavyan tarixində mühüm rol oynayırlar və onlar slavyanların germanlaşmasının qarşısında başlıca maneə olmuşlar.[9]
Avrasiyaçılar N. Y. Danilevskini nə qədər ideoloji rəhbər hesab etsələr belə, onların bəzi ideyalarının heç uyğun gəlmədiyini, tam fərqli olduğunu da müşahidə edirik. Belə ki, Danilevski Rusiyanı, Avrasiyanı, bütün slavyanları bir mədəni tipdə birləşdirərək slavyan mədəni-tarixi tipi kimi, Avrasiyaçılar isə Rusiyanı və rusları fərqli mədəniyyət və sivilizasiyaların sintezindən yaranmış "özünəməxsus Avrasiya mədəniyyətinin daşıyıcısı" kimi dəyərləndirirlər. Avrasiyaçıların yanaşmasında ruslar digər slavyan xalqlarından daha çox Şərq mənşəli monqol, Turan xalqları ilə siyasi-mədəni əlaqədə yaranmış sivilizasiyanı təmsil edirlər.