Bayramlı (Şəmkir)

Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır.[1]

Bayramlı
40°55′59″ şm. e. 45°55′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.831 nəf. (2012)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5721
Xəritəni göstər/gizlə
Bayramlı xəritədə
Bayramlı
Bayramlı

Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.[2]

Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik olduğunu sübut edir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzi ilə məsafəsi 15 kilometrdir. Kənd subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir.Qışı çox sərt deyil,yayı isə istidir.Qışda orta tempratur 2 °C, yayda isə 23 °C-yə yaxındır.

Bayramli kəndi çox əlverişli mövqedə yerləşmişdir. Zəyəm çayının ve Kür çayının sahilində,Şəmkir rayonunun dağətəyi bölgəsində yerləşmişdir.Suvarma işlərində Zəyəmçaydan geniş istifadə edilir. Kənd və ətrafındakı tünd və adi boz-qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişlidir.

Bayramli kəndində mədəniyyət evi, kitabxana, və tibb məntəqəsi, Tofiq Cəfərov adına Bayramlı kənd orta məktəbi fəaliyyət gostərir.

Əhalisi 3162 nəfərdir. Kənddə yaşayan əhali azərbaycanlılardan ibarətdir.(2023-cü il)

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

Vətən yolunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Bu zirvəni fəth etmək Allaha qovuşmaqdır. Bayramli kənd sakinləri:

  • Cəfərov Tofiq Məhərrəm oğlu
  • Xudaverdiyev Abbas Haqverdi oğlu

Qarabağ müharibəsində, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda vuruşlarda iştirak etmiş boyuk şücaət göstərmiş ve şəhidlik zirvesine yuksəlmislər.Hazırda Bayramlı kənd orta məktəbi Tofiq Cəfərovun adını daşiyır.Məktəbdə büstü ucaldilmışdır.

Böyük Vətən müharibəsi

[redaktə | mənbəni redaktə et]

Böyük Vətən müharibəsi 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqı xalqlarının faşist Almaniyası və onun müttəfiqlərinə qarşı aparılan müharibədə Bayramlı kənd sakinləri də böyük qəhrəmanlıq göstərmişlər. Böyük Vətən müharibəsində iştirak etmiş Bayramlı kənd sakinləri:

  • Nuriyev Qara Həsən oğlu
  • İsmayılov Məmməd Əhməd oğlu
  • Həsənov İmran Həsən oğlu
  • Həsənov Əli Həsən oğlu
  • Həsənov Məhəmməd həsən oğlu
  • Cəfərov Rza Məhəmməd oğlu
  • Cərov Şahverdi Məhəmməd oğlu
  • Bağırov Ənvər Mirzə oğlu
  • Bağırov Qasım Cəfərqulu oğlu
  • Cəfərov Məhəmmədəli Məmməd oğlu
  • Ələkbərov Ələsgər Cəfər oğlu
  • Əskərov Zeynalabdin Muxtar oğlu
  • Əskərov Askər Muxtar oğlu
  • Hümbətov Əmiralı Novruz oğlu
  • İsmayılov Rüstəm İsmayıl oğlu
  • Məmmədov Nadir İmamqulu oğlu
  • Rüstəmov Aslan İsa oğlu
  • Qəhramanov Ramazan Yahya oğlu
  • Bayramov Qədim Məmmədhuseyn oğlu

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisi əsasən kənd təsərrüfatı – heyvandarlıq, əkinçilikbağçılıqla məşğuldur. İqtisadiyyatında üzümçülükquşçuluq da mühüm yer tutur.

Buğda, arpa, qarğıdalı kimi taxıl bitkiləri,eləcə də soğan, kələm, pomidor, xiyar,badımcan, günəbaxan, kartof və s. bostan bitkiləri becərilir.

Sovet İttifaqı dövründə

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqı dövründə Bayramlı əsasən pambiqciliq və uzumculuk üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəmkir rayonunda bu sahələr üzrə əsas yerileri tuturdu.

  1. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. Bayramlı (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 87. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]