Olqerd Kriçinski

Olqerd Kriçinski, Olqerd Nayman Mirzə Kriçinski (polyakca:Olgierd Najman-Mirza-Kryczyński, 22 oktyabr 1884, Vilnüs2 iyun 1941, Smolensk) — ictimai və siyasi xadim, Krım Tatar Milli Azadlıq hərəkatının iştirakçısı, Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini və diplomatı. Vilnüs məhkəməsinin prokurorəu, 1932-ci ildən Varşava Ali Məhkəməsinin prokuroru, Polşanın Tatar Mədəniyyət və Təhsil Birliyinin rəhbəri olmuşdur. Məşhur Lipka tatarı, polyak, Azərbaycan ictimai və dövlət xadimi, tarixçi, jurnalist Aslan bəy Kriçinskinin qardaşıdır.[1]

Olqred Kriçinski
bayraq
Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini
bayraq2
7 iyul 1919 – 1920
NazirXəlil bəy Xasməmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 22 oktyabr 1884(1884-10-22)
Doğum yeri
Vəfat tarixi 2 iyun 1941(1941-06-02) (56 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi hüquq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kriçinskilərin əcdadı Nayman bəy 1410–1411-ci illərdə Qızıl Ordu xanlığından çıxmış Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Olqerd bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslanın həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur.

1908-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra, Vilnüsa gələrək burada məhkəmə orqanlarında çalışmışdır. Tələbəlik dövründə Peterburq Universitetində Müsəlman Tələbələr Birliyini yaradmışdır. 1910–1913-cü illərdə Türküstanda məhkəmə orqanlarında çalışmışdır.

Olqred Kriçinski həbsdə

1939-cu ildə Polşanın SSRİ tərəfindəni işğal edilməsindən sonra Litvaya köçmüş və Litva vətəndaşlığını qəbul etmişdir. 1941-ci ilin, fevral ayında NKVD tərəfindən həbs edilib. İstintaq materiallardan məlum olur ki, müstəntiq ona Bakıdakı fəaliyyəti ilə bağlı daha çox suallar vermişdir. Onun istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur ki, Olqerd Kriçinski iki ay Bakı Məhkəmə Palatasında Prokuror işləmiş, daha sonra Cümhuriyyət Hökuməti Ədliyyə Nazirinin köməkçisi olmuş, 1920-ci ildə Tiflisdə keçirilən üç ölkənin (Azərbaycan, GürcüstanErmənistan) nümayəndələrinin konfransında Azərbaycan Hökumətinin nümayəndəsi kimi iştirak etmişdir. Müstəntiqin bu konfransda hansı məsələlərə baxılması barədə sualına cavabında o bildirir ki, həmin konfransda Azərbaycan GürcüstanGürcüstan Ermənistan dövlətləri arasında mübahisəli torpaq məsələsi və Qafqaz konfederasiyasının yaradılması məsələlərinə baxılmış, lakin Azərbaycanda baş verən inqilab və milli hökumətin süqutu bu məsələlər barədə yekun qərara qəbul etməyə imkan verməmişdir. Bakıda məhkəmə palatasında işlədiyi dövrdə kommunist və inqilabçı fəhlələrin işinə baxması ilə bağlı sualına isə o, fəaliyyəti dövründə bu tərkibli işlərə baxmadığını bildirmişdi. Bundan başqa müstəntiq ondan Azərbaycanın görkəmli ictimai siyasi xadimi olmuş Xəlil bəy Xasməmmədovla, Krım tatarlarının lideri Cəfər Saydamit, Əfqanıstan xanı Əmənullah və digər siyasi xadimlərlə əlaqələri, sovet ittifaqına qarşı əksinqilabi fəaliyyəti haqqında ifadələr almağa çalışmışdır. O. Kriçinski ona qarşı irəli sürülən bütün ittihamları rədd etmişdir. Buna baxmayaraq, SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) repressiyasəndan xilas ola bilməmişdir. Ona 2 may 1942-ci ildə XDİK-nın qərarı ilə ölüm hökmü verilmiş və bir aydan sonra qərar icra olunmuşdur.[2][3]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Krım Xalq Respublikasında

[redaktə | mənbəni redaktə et]

I Dünya Müharibəsindən sonra Rusiyada mərkəzi dövlətin dağılmasından sonra qardaşı Aslan bəy Kriçinski ilə birlikdə Krıma gələrək, burada ictimai həyatda fəal rol oynamışdır. Krım Xalq Respublikasının Məhkəmə Palatasının prokuroru olmuşdur.[1]

Bu iki qardaşın rəhbərlik etdiyi və Krım Xalq Respublikasında mühum yerlərdə çalışan Polşa tatarlarının respublikadakı rolu barədə doktor Səlim Hacıyeviç yazırdı:

Krım Xalq Respublikasını qoruyub saxlamaq mümkün olacaqsa, bəlkə də bu dövlətin idarəsini Polşa tatarları öz əllərinə keçirəcəklər.[4]

Yarımada ruslar tərəfindən işğal edildikdən sonra qardaşı ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinə gəlmişdir.

Azərbaycan Xalq Respublikasında

[redaktə | mənbəni redaktə et]

Azərbaycan hökumətinin 10 may 1919-cu il tarixli qərarı ilə Olqred Kriçinski Azərbaycan Məhkəmə Palatasının prokuroru təyin olunmuşdur.[5] Daha sonra o, Azərbaycan hökumətinin 7 iyul tarixli fərmanla Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinin müavini təyin edilmişdir.[6][7] 1920-ci ildə, Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndəsi kimi Tiflisdəki Ümümqafqaz konfransında iştirak edib. Buraya Gürcüstan, AzərbaycanErmənistan nümayəndələri dəvət edilmişdi. Olqerd Kriçisnki Qafqaz Konfederasiyası layihəsinin müəllifidir vəa bu konfrans onun layihəsinin əsasında təşkil edilib.[4]

Aprel işğalından sonra

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cumhuriyyəti ruslar tərəfindəni işğal edildiyi zaman Tiflisdə konfransda idi. Buradan Osmanlı imperiyasına gedərək, İstanbuldan Polşaya yollandı.1925-ci ildə Polşanın Tatar Mədəniyyət və Təhsil Birliyini təsis etdi və bu birliyin sədri seçildi.[2] Qardaşı Aslan bəy Kriçinskinin nəşr etdirdiyi "Rocznik Tatarski" jurnalı ilə əməkdaşlıq edib.[8]

1932-ci ildə, Polşa Ali Məhkəməsinin prokuroru vəzifəsinə təyin edilmişdir.[9]

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
  1. 1 2 Jerzy Marek Minakowski: Olgierd Najman-Mirza-Kryczyński h. Radwan (odm. tatarska) (ID: psb.13920.1) (pol.). W: Genealogia potomków Sejmu Wielkiego [on-line]. Dr Minakowski Publikacje Elektroniczne. [dostęp 2014–10–10
  2. 1 2 Selim Chazbijewicz: Polska sowietologia okresu międzywojennego (pol.). Debata — Portal Informacyjny Olsztyna, 2009–05–08. [dostęp 2014–10–10] (польск.)
  3. Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında
  4. 1 2 Adam Balcer. Muzułmanie marszałka Piłsudskiego. Ale Historia". 37/2014 (139), s. 5–6, 2014–09–15. Agora SA (п
  5. Qanunverici aktlar, 1998. səh. 544
  6. Qanunverici aktlar, 1998. səh. 607
  7. Адрес-календарь Азербайджанской Республики на 1920 г. — Баку, 1920, с. 273
  8. Remigiusz Okraska. Z rodu Tuhaj-beja: Tatarzy polscy (II). "Zakorzenienie". 3/1999 (5). [dostęp 2014–10–10] (польск.)
  9. Sławomir Hordejuk: INNI O TATARACH — TATARZY O SOBIE (pol.). [dostęp 2014–10–10] (польск.)