Olyutorski yarımadası

Olyutorski yarımadasıAsiyanın şimal-şərqində, Kamçatka yarımadası ərazisində yerləşən yarımada. Berinq dənizi daxilinə 70 km məsafədə dadil olur[1]. Qoven yarımadasından şərqdə yerləşir. Yarımadada yerləşən burunlar: Niminvitkin, Anana, Severnı, Laqunnı, Stupençatı, Vulkanıçeski, Tyulenı. İlena, Nizki, Ploski və s. İri çayları:Ukiin, Apuka, Aniçklanvayam, Yaxinı, Yaqolcayam, Kavaça. Yarımada Berinq dənizi və Olyutorski körfəzlərini ayırır. Sahillərində çoxlu sayda körfəz, buxla və laqun vardır. Burada çoxlu sayda göl olsa da, ən iriləri Vaymintavın, Vatıtqıtzın və Laqunnıe gölləridir.

Olyutorski yarımadası
Yerləşməsi
65°15′00″ şm. e. 170°12′00″ q. u.HGYO
Akvatoriya Berinq dənizi
Ölkə  Rusiya
Olyutorski yarımadası xəritədə
Olyutorski yarımadası
Olyutorski yarımadası
Olyutorski yarımadası

Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük 917 metrdir (Seraya d). Cənub hisdəsində İrriney silsiləsi, mərkəzindən Kavaça, şimalından isə Olyutorski silsiləsi keçir. Sahillərindən bir qədər aralıda dərinlik 2 min metrə çatır. Severnı laqununda Burunnıe adaları yerləşir. Tundra bitkiləri yayılmışdır. Bununla belə burada Alçaqboylu sidr şamı, qızılağac, söyüd, ağcaqayın kimi bitkilər kol formada bitir.[1]

  1. 1 2 Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006.