Onejskoye Pomorye Milli Parkı

Onejskoye Pomorye Milli Parkı (rus. Национальный парк Онежское Поморье) — Rusiyanın şimalında, Oneqa yarımadasında, Arxangelsk vilayətinin Onejsk və Primorsk rayonlarında yerləşən milli park. 26 fevral 2013-cü ildə qurulmuşdur.[1] Milli parkda əl dəyməmiş meşələr və sahil relyefi mühafizə olunur. Parkın ümumi sahəsi 2 016,68 km2 təşkil edir.[2]

Onejskoye Pomorye Milli Parkı
rus. Национальный парк Онежское Поморье
Milli parkdakı qum təpəcikləri.
Milli parkdakı qum təpəcikləri.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 2.016,68 km2 ha
Yaradılma tarixi 26 fevral 2013
Faunası sığır, Avroasiya qonur ayısı, adi canavar, qırmızı tülkü, ağ balina
Yerləşməsi
64°47′00″ şm. e. 37°18′00″ ş. u.
Ölkə  Rusiya
Vilayət Arxangelsk vilayəti
Yaxın şəhər Oneqa, Severodvinsk
onpomor.ru
Onejskoye Pomorye Milli Parkı xəritədə
Onejskoye Pomorye Milli Parkı
Onejskoye Pomorye Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli parkın yaradılmasına 1997-ci ildə başlanılmışdır, lakin sərhədlərinin təsdiq olunması 2002-ci ilə qədər davam etmişdir. 2013-cü ildə ərazi gələcək milli park üçün saxlanılmışdır. 22 dekabr 2011-ci ildə Rusiya hökuməti Oneqa yarımadasında milli parkın yaradılmasına qərar vermişdir. 26 fevral 2013-cü ildə milli park yaradılmışdır.[2]

Milli park Oneqa yarımadasının böyük hissəsini və Ağ dənizə bitişik əraziləri əhatə edir. Ərazinin böyük hissəsini meşələr təşkil edir. Milli parkda yayılan məməlilərə sığır, Avroasiya qonur ayısı, adi canavar, qırmızı tülkü aiddir. Ağ dənizdə ağ balinalara təsadüf edilir. Qış mövsümündə dənizi buz bağlayır.[3]

Milli parkı ancaq əvvəlcədən əldə olunmuş icazə vərəqəsi ilə ziyarət etmək mümkündür. Milli parkda maksimum qalmaq müddəti 10 gündür. İstisna ətraf ərazilərdə yaşayan sakinlərdir. Onlar 1 ilə qədər milli parkda qala bilərlər.[4]

  1. "Создан новый национальный парк - "Онежское Поморье" (Архангельская область)!" (Russian). Прозрачный мир. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  2. 1 2 "История" (Russian). Onezhskoye Pomorye National Park website. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  3. "Наш парк" (Russian). Onezhskoye Pomorye National Park website. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.
  4. "Порядок подачи заявки на оформление разрешений" (Russian). Onezhskoye Pomorye National Park website. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • onpomor.ru — Onejskoye Pomorye Milli Parkının rəsmi saytı