Beringiya Milli Parkı (rus. Берингия) — Rusiyanın ən şimal-şərq regionu olan Çukotka Muxtar Dairəsinin şərq ucunda yerləşən milli park. Beringiya bərzəxinin qərbində (Asiyada) yerləşir.
Beringiya Milli Parkı | |
---|---|
rus. Берингия | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 30,532 km2 ha |
Yaradılma tarixi | 2013 |
İdarəetmə orqanı | Rusiya Federasiyası Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi |
Yerləşməsi | |
64°22′00″ şm. e. 173°18′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | Çukotka Muxtar Dairəsi |
Yaxın şəhər | Anadır |
park-beringia.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 11 000-ci ilə qədər bu ərazilər Beringiya ilə Şimali Amerika ilə əlaqələnirdi. Şərq hissədə — Alyaskada yerləşən Berinq Lend Bric Milli Qoruğu ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur. ABŞ ilə Rusiya arasında bu iki parkı beynəlxalq parka çevirmək barədə danışıqlar olmuşdur, amma indiyə qədər heç nə rəsmiləşməyib.[1] Seyrək olan əhalinin böyük hissəsi yerli əhalidən — çukçalardan və Yupik xalqlarından ibarətdir.[2] Park 2013-cü ildə milli park statusu əldə etmişdir.
Beringiya Milli Parkı Çukot yarımadasında iki rayonu əhatə edir: cənubda Providensk rayonu, şimalda Çukotsk rayonu. Milli parkın topoqrafiyası dəniz kənarı yüksək subartik tundradır. Dağlar hündürlüyünə görə ortadır. Orta hesabla dağların hündürlüyü 900 metrdir. Ən hündür dağ İsxodnaya dağıdır (1 194 metr). Milli parkda geniş tundra düzənlikləri yerləşir.[1] Regionda subartik iqlim tipi hakimdir. Qış uzun və soyuq keçir, yay isə qısa və sərindir. Yanvar ən soyuq aydır. Ən yaxın şəhər olan Anadır şəhərində orta temperatur yanvar ayında −22,6 °C, iyul ayında +11,6 °C təşkil edir.[3]