Yuqıd Va Milli Parkı (Komi dilindən tərcümədə "parlaq su") — Rusiyada Milli Park. 23 aprel 1994-cü ildə Rusiya Federasiyası Hökumətinin 377 saylı Qərarına əsasən təşkil olunmuşdur.
Yuqıd Va Milli Parkı | |
---|---|
rus. Югыд ва | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 1 891 701 ha |
Yaradılma tarixi | 23 aprel 1994 |
Yerləşməsi | |
63°59′ şm. e. 59°13′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
yugyd-va.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park Komi Respublikasının cənub-şərqində, Şimali Ural və Qütbönü Ural ərazilərini əhatə edir.
Parkın ümumi sahəsi 1 891 701 ha-dır. Üstəlik su sahəsi 21,421 ha-dır. 2006-cı ilə olan məlumata görə Rusiyanın ən böyük milli parkıdır.
Parkın ərazisi UNESCO-nun Ümumdünya irsi siyahısına namizəd olaraq göstərilmişdir.
Yuqıd Va Milli Parkının cənubu Peçoro-İlıçski qoruğu ilə həmsərhəddir
Parkın təşkilində məqsəd Qütbönü və Şimali Uralın ekosistemlərindən istifadədir. Milli Parka aşağıdakı əsas vəzifələr qoyulur:
Parkın istirahət məqsədli istifadəsi yayda raftinq, qayıq və qaçış, qışda isə xizəkçilik daxildir. Məhdud ova da icazə verilir, lakin icazələrin bir neçə ay əvvəlcədən alınması lazımdır. Parkın yaşayış məntəqələrindən uzaq məsafədə yerləşməsi səbəbindən turizm imkanları olduqca aşağıdır. Hazırda hər il parkı 4 minə yaxın turist ziyarət edir. Bu parkın potensial istirahət imkanlarından dəfələrlə azdır. İdarəetmədə istifadəçi haqqı ildə təxminən 2,4 milyon rubl (100 min ABŞ dolları), park xərcləri isə ildə 5 milyon rubl (200 min ABŞ dolları)[1] təşkil edir.