Vodlozero Milli Parkı

Vodlozero Milli ParkıRusiyaya məxsus olan milli park. İnzibati cəhətdən Kareliya Respublikasının Pudoj rayonu və Arxangelsk vilayətinin Onej rayonu ərazisində yerləşir.

Vodlozero Milli Parkı
rus. Водлозерский национальный парк
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 4683 km²
Yaradılma tarixi 1991
Yerləşməsi
62°30′ şm. e. 36°55′ ş. u.
Ölkə  Rusiya
vodlozero.ru
Vodlozero Milli Parkı xəritədə
Vodlozero Milli Parkı
Vodlozero Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Vodlozero milli parkının ərazisi 468,3 min ha-dır. Bu ərazinin 130,6 min hektarı Kareliya, 337,6 min hektarı isə Arxangelsl vilayəti ərazisinə daxildir.

Parkın qərb hissəsinə giriş qadağandır (99,4 min. ha). Ərazisinin 1,2 min hektarı təsərrüfat xidmətlərinə yönəldirildiyindən əsasən park işçilərinin xidmətindədir. Rekreasiya zonası 51,2 min hektar ərazisi əhatə edir. 54,1 min ha ərazi meşə təsərrüfatına xidmət edir. 76,3 min ha ərazi yerli əhalinin istifadəsinə icazə verilir.[1]

Vodlozero qədim mədəniyyət bölgələrindən biridir. Bölgədə 8–9 min il öncə insanlar məskən salmışlar. Qoruq ərazisində çoxlu sayda tarixi abidələr vardır. Bunlar arasında Mezolit və Neolit dövrlərinə aid tarixi tapıntırala belə rast gəlinir.

SaamlarFinlərdən sonra bölgəyə artıq X-XI əsrlərdə slavoyanlar ayaq basırlarlar. XV əsrdə Böyük Novqorod dövlətinin ərazisinə çerilir. Xristianlıq ərazudə yayıldığdan undiyənə qədər 13 kilsə qorunub saxlanmışdır.

XX əsrin əvvəllərində Vodlozeroda 40 kənd mövcud olmuşdur. Ümumi əhali sayı 2628 nəfər təşkil edirdi. 2005-ci ilə olan məlumata görə isə ərazidə beş yaşayış məntəqəsi vardır. Bu yaşayış məntəqələrində cəmi 547 nəfər yaşayır.

Milli park Rusiya Federasiyasının qərası ilə 1991-ci ilin aprelində Vodlozero gölü və İleska çayı hövzəsinin əsrarəngiz təbiətinin qorunmasını təşkil etmək məqsədi ilə yaradılmışdır. Burada yerləşən meşələr uniksllığına görə Avropanının meşələri arasında seçilir.[2]

2001-ci ildə UNESCO-nun qərarı ilə park Biosfer qoruğu statusu alır.[3] Bu isə Rusiya ərazisində yerləşən bu tip il qoruq olur.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Parkın mərkəzi binası Petrozavodsk şəhərində yerləşir. Kuqanavolok kəndi və Oneqa şəhərində filialı mövcuddur.[4]

Ərazisi üç meşəçilik sahəsinə bölünür:

  • Vodleozero — mərkəzi Kuqanavolok.
  • İlek — mərkəzi Oneqa şəhəri.
  • Pudoj — mərkəzi Valday qəsəbəsi.

Vodlozero parkı Rusiya ərazisində ilk dəfə ilk dəfə olaraq ekoturizmin inkişafı üçün biznes-plan hazırlanmışdır. Bu məqsədlə xariçi ölkələrin təcrübəsindən yararlanmışdır. Bu hazırlanmış plan uzun zaman öz aktuallığını qorumuşdur.

  1. Карелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 2: К — П. — Петрозаводск: ИД "ПетроПресс", 2009. — 464 с.: ил., карт. ISBN 978-5-8430-0125-4 (т. 2) — С. 270–272
  2. "«Voflozero milli parkı» «karjala.su» saytında". 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-15.
  3. "UNESCO — MAB Biosphere Reserves Directory — Vodlozersky Biosphere Reserve". 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-15.
  4. "Vodlozero Milli Parkının səfər mərkəzlərinin ünvanı". 2009-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-15.
  • Национальный парк "Водлозерский": Природное разнообразие и культурное наследие / Науч. ред. О. В. Червяков. — Петрозаводск, 2001.
  • Аверьянов К. А. Водлозерье – заповедный край Русского Севера // Труды Института российской истории. Вып. 9. М., 2010. С. 490 – 503.