Çikoy Milli Parkı — Rusiyanın Zabaykal diyarının Krasnoçikoy rayonu ərazisində mövcud olan milli park.
Çikoy Torpağı Milli Parkı | |
---|---|
rus. Чикой (национальный парк | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 6 664,68 km² |
Yaradılma tarixi | 28 fevral 2014 |
Yerləşməsi | |
49°46′00″ şm. e. 110°18′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
np-chikoi.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 6 664,68 km² (664 467,73 ha) ərazi əhatə edir. Rusiya ərazisində formalaşan hazır ki sonuncu milli parkdır.
Çikoy Milli Parkı 28 fevral 2014-cü ildə Rusiya Federasiyası hökumətinin № 158 qərarı ilə təşkil edilmişdir. Milli parkın yaradılmasında hədəf Sibir tozağacı meşələrinin və cənubi sibir tayqasının, dağ çölləri, Çikoy çay hövzəsinin qorunması olmuşdur[1][2]. Milli park federal əhəmiyyətli Burkal yasaqlığı və Asin yasaqlığının bazasında təşkil edilir.
Milli park Xentey-Daur öndağlığı, Çikoy çayının hövzəsi və Bıstrinski Qoles silsiləsini (Barun-Şabartur, 2 519 m) əhatə edir.
Onun ərazisinə həmçinin Burkal və Asin yasaqlıqlarını əhatə edir. Xüsusi ilə Bıstrinski Qoles dağı, Lamski Qorodok qayalıqları, Şebetuy gölü.
Park ərazisində Sibir sidrağacı və meşə şamı, Pinus pumila, qara şam, Sibir küknarı, ağ şam, yemişan, gəndəlaş, quşarmudu, ətirli qovaq, doqquzdon, eləcə də zanbaqkimilər, soğankimilər, paxlakimilər, cilkimilər, qırtıckimilər və digər fəsilələrə aid bitkilər bitir.
Fauna nümayəndələrindən sığın, izübr, Sibir cüyürü, qaban, müşk maralı, ayı, canavar, vaşaq, porsuq, Mustela sibirica, sincab, Lepus timidus, uçan sincab, Tetrao urogallus, adi bonazi tetrası, ağ kəklik, ördək yayılmışdır. Üstəlik sərçəkimilər, yarasalar, suda-quruda yaşayanlar, sürünənlər və digərlərinin bir çox növləri mövcuddur.
Постановление о создании национального парка Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine Про парк на сайте rulandinfo.ru