Orxan İrşad oğlu Abbasov (29 iyun 1987, Gəncə) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən).[1]
Orxan Abbasov | |
---|---|
Orxan İrşad oğlu Abbasov | |
Vəzifədədir | |
15 iyul 2024-cü ildən | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Əhəd Abıyev |
2023 – 2024 | |
Nazir | Emin Əmrullayev |
Direktor | Eşqi Bağırov |
2020 – 2023 | |
Nazir | Emin Əmrullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
Orxan İrşad oğlu Abbasov 1987-ci il 29 iyunda Gəncə şəhərində anadan olmuşdur. 2005-ci ildə 620 balla Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və və audit fakültəsinə daxil olmuş və həmin universiteti 2009-cu ildə bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıarasında həqiqi hərbi xidmət keçmişdir. 2012-2014-cü illlərdə ABŞ-nin Qərbi Miçiqan Universitetinin Dünya iqtisadiyyatı ixtisaslaşması üzrə magistraturasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.[2]
Orxan Abbasov 2014-2015-ci illərdə Bakı Avropa Oyunları Əməliyyat komitəsində təlimlər üzrə mütəxəssis, 2015-2017-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin təhlil sektorunda məsləhətçi, 2017-2020-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri, 2020-2023-cü illərdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[1][2][3]