P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi — Mahaçqala şəhərində mədəni-maarif və mədəniyyət müəssisəsi. Muzey Qorki küçəsi, 8 ünvanında yerləşir. Direktoru Səlihat Rəsulovna Qamzatovadı.
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi | |
---|---|
Əsası qoyulub | 1958 |
Mövzu | incəsənət |
Ölkə | |
Yerləşir | Dağıstan Respublikası, Mahaçqala şəhəri |
Ünvan | Mahaçqala, Maksim Qorki küçəsi, 8 |
Direktor | Səlihat Rəsulovna Qamzatova |
42°58′56″ şm. e. 47°30′38″ ş. u. | |
dagartmuseum.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin daimi sərgisinin 10 zalında, ziyarətçilərə eramızdan əvvəl II minillikdən indi ki dövrə qədər Dağıstan və xarici ustaların əsərləri - rəsm, qrafika, heykəltaraşlıq, keramika, ağac oymacılığı, mis, xalça, mebel, şüşə, çini, fayans təqdim olunur.[1]
Muzeyin kolleksiyasında V.K.Şebuyevin ("Dilənçi"), İvan Ayvazovskinin ("Dənizdə fırtına", "Boyar arvadı Morozova") İ.N.Kramskotun ("Bacımın portreti") F.S. Juravlevin ("Yaşlı adam"), K.V.Lemoxanın ("Kəndli həyəti"), K.E Makovskinin ("Oğlan portreti"), Vasili Surikovun "Boyar arvadı Morozova "rəsm əsərinin eskizi, İsaak Levitanın ("Korniş. Fransanın cənubu"), V.D.Polenova ("Oka çayı"), K.A.Korovina ("Səmərqənd"), A.Y.Qolovinin ("İspan"), V.M.Vasnetsovun ("Qamayun quşu") sərgilənir.
"Dağıstan rus rəssamlarının gözündə" şöbəsində, Frans Rubonun rəsmlərindən və Qriqori Qaqarinin litoqrafiya albomundan əlavə, N.Q.Çerneçovun (Qafqazın romantik mənzərələri), İ. Zankovskinin ("Aylı gecə", "Saltın dərəsi", "Dağ mənzərəsi"), A.Şamşinovun ("Qaradağ"), İ.F.Aleksandrovskinin ("Dağ mənzərəsi"), E.A.Lanserin heykəli ("At sürmə") daxildir.[2]
Muzeyin kolleksiyasında rus qrafikası nümunələri - Mixail Vrubelin "İsmayıl -Bəy" və "Məhbus" əsərləri, İlya Repinin "Çay otağında" eskizi, Valentin Serovun "Atlı Döyüşçü" akvareli, A.N. Benoisin mənzərələri; sovet dövrünün rəssamlarının, əsasən Dağıstanlıların əsərləri, məsələn, H.B.Askar-Sarıdja, E.M.Puterbrot, S.M.Salavatov, N.A.Lakov, K.F.Vlasova, A.Z.Xadjayev, Y.M. Xanmaqomedov, Ş.Şahmardanov, G.N.Konopatskaya, A.İ.Avqustoviç, M.A.Cemal, Y.A.Mollayev, D.A.Kapanitsın, M.K.Yunusilau, M.Şabanov, Sungurov qardaşları, H.Qurbanov, O.Hüseynov, O.Efimov, A.Emirbekov, G.Kambulatov, B.Evseyev, Y.Nikolayev, G.Pşenitsına, A.İ.Markovskaya, V.N.Qorkov, G.İranpur və Dağıstan heykəltaraşları - A.M.Yaqudaev, A.İ.Qazalıyev, ilk Dağıstanlı qadın heykəltaraş B.Ə.Muradovanın əsərləri də sərgilənir.
Muzeydə tez-tez tematik sərgilər, görüşlər, mühazirələr və s. keçirilir.[3][4], встречи, лекции и т. п.[5][6]
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi 1958-ci ildə RSFSR Mədəniyyət Nazirliyinin sifarişi ilə Dağıstan Respublika Diyarşünaslıq Muzeyinin Şəkil Qalereyası əsasında yaradılmışdır. Muzey keçmiş inzibati binada yerləşdirilmişdir.[7]
1920-ci illərdə görkəmli Dağıstan dövlət və ictimai xadimi A. Taxo-Qodi tərəfindən şəxsən formalaşdırılan sənət muzeyinin kolleksiyasına XVII-XIX əsr rus rəsamlarının əsərlərindən ibarət Knyaz A.İ.Baryatinskinin tam kolleksiyası, T. Qorşeltin bir neçə orijinal əsəri daxil olmuşdur. Muzeyə Tiflisdəki "Şöhrət Məbədi" Qafqaz Hərbi-Tarixi Muzeyindən F.A.Rubonun "Axulqo", "Gümrü kəndinə hücum", N.Y.Sverçkovun "Şamilin portreti",[8] F.İ.Baykovun "Keçid" rəsm əsərləri qəbul edildi. Həmçinin "Çaydan keçən dağlılar" və digər əsərlər, o cümlədən D.Pavlovdan hədiyyə olaraq - Knyaz Q.Q.Qaqarinin rəsmlərindən ibarət albom və Şamil və ailəsinin həyatından səhnələri əks etdirən 18 litoqrafiya sənət muzeyini zənginləşdirdi.
1964-cü ildə Patimat Saidovna Qamzatova muzeyin direktoru təyin edildi, 2000-ci ilə qədər muzeyi daimi olaraq idarə etdi və inkişafı üçün böyük işlər gördü.[9]
2000-ci ildə Dağıstan Respublikası Hökumətinin qərarı ilə muzeyə Patimat Saidovna Qamzatovanın adı verildi.[9]