Quruçay — Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km, hövzəsinin sahəsi 512 km²-dir.
Quruçay | |
---|---|
Ölkə | |
Mənbəyi | Qarabağ silsiləsi |
Mənsəbi | Araz |
Uzunluğu |
|
Su sərfi | 1,68 m³/s, 6,85 m³/s |
Hövzəsinin sahəsi | 483 km², 512 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Suyunun çox hissəsini yağış (75–80%) sularından alır. Çayda əsas daşqın yazda olur. Bu dövrdə illik axım həcmindən 30–35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir.
Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 21.9 kq/san, lillənməsi isə 3200 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.
Orta illik su sərfi 1,75 kub m/san-dir. İllik axımın 65%-i yazda, 22%-i yayda, 7%-i payızda, 6%-i isə qışda keçir. Orta illik lillənməsi 150–250 q/kub m arasında dəyişir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300 mq/l minerallaşmaya malikdir.
Daşqınlar zamanı Quruçayın suyu bütünlüklə Dövlətyarlı su anbarına axıdılır. Yay fəslində suvarma işlərində geniş istifadə olunur.