Filipp (Pfals-Noyburq hersoqu)

Davakar Filip (alm. Philipp der Streitbare‎) (12 noyabr 1503, Heydelberq4 iyul 1548[1], Heydelberq) — Vittelsbax sülaləsindən, 1505–1541-ci illərdə Pfals-Noyburq hersoqu olmuş alman zadəgan.

Filipp
1505 – 1548
ƏvvəlkiTitul yaradıldı
SonrakıVolfqanq
Şəxsi məlumatlar
Doğum tarixi 12 noyabr 1503(1503-11-12)
Doğum yeri
Vəfat tarixi 4 iyul 1548[1] (45 yaşında)
Vəfat yeri
Fəaliyyəti zabit
Atası Ruprext
Ailəsi Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dövrləri

[redaktə | mənbəni redaktə et]

O, 12 noyabr 1503-cü ildə, Heydelberq şəhərində, Frayzinq yepiskopu Ruprextin oğlu (Pfals kürfürstü Səmimi Filippin üçüncü oğlu) və Landsxutlu Elizabetanın (Bavariya-Landsxut hersoqu I Georqun qızı) ailəsində doğulmuşdu. Özündən böyük Otto Henri adlı bir qardaşı da vardı. Atasını itirəndə Filippin hələ 1 yaşı vardı, növbəti il isə Landsxut varislik müharibələri başladı. Müharibənin başlanmasına səbəb İmperiya qanunları və Bavariya-Münhen hersoqları ilə imzaladığı miras müqaviləsi ilə ziddiyyət təşkil edən babası Georqun torpaqlarını qızı Elizabetə vəsiyyət etməsinə cəhdi idi. Elizabet və Rupert 1504-cü ilin payızında bir-birinin ardınca vəfat etdi. Müharibəni uduzan Pfals kürfürstlüyündə 1505-ci ildə Köln hökmündən (alm. Kölner Spruch‎) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Otto Henri və qardaşı Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

1529-cu ildə Vyananın mühasirəsi zamanı iki alaya rəhbərlik edərək Osmanlılara qarşı döyüşmüş və iki ildən sonra Qızıl Yun ordeninin cəngavəri adına layiq görülmüşdü. 1530-cu illərin əvvəlində ona imperator tərəfindən Vürtemberq valiliyi verilsə də, Vürtemberqin keçmiş hökmdarı Ulrixi hakimiyyətə qaytarmaq istəyən Hessen landqrafı I Filippin hücumuna məruz qalmışdı. Bu döyüşlərdən birində, 12 may 1534-cü ildə Nordhaymda yaralanmışdı.

1535-ci ildə qardaşı Otto Henrini hersoqluğu bölməyə məcbur edən Filipp martın 30-unda Burqleqenfeld qalasını özünə paytaxt seçmiş və Yuxarı Pfalsda 1540-cı iləcən hökm sürmüşdü, lakin o təmtəraqlı həyat tərzi keçirdiyinə görə tezliklə ağır borclara batdı və, ona miras qalmış torpaqlarını böyük qardaşına qaytardı. Filipp bütün həyatı boyu böyük qardaşının kölgəsində qaldı. Buna baxmayaraq, hər iki qardaş, daimi ovlar və müxtəlif kulinariya ləzzətləri ilə səciyyələnən təmtəraqlı həyatlarını yaşamağa davam etdilər. Nə Filipp, nə də Otto Henri digərinin səhvlərindən nəticə çıxarmadı, buna görə də ikisi də ağır borca düşərək Pfals-Noyburq hersoqluğunu itirmək dərəcəsinə gəldilər və hər ikisi "kvazi-sürgündə" əmiləri ilə yaşamaq üçün Heydelberqə köçdülər. Nəticədə Pfals Noyburq Vittelsbaxlar sülaləsindən bir başqa zadəgan olan Volfqanqa satıldı.

Filipp həmişə kasıb aristokrat oldu, buna görə də Heydelberqdə təvazökar şəraitdə yaşayırdı. Otto Henrixin II Fridrixi kürfürst kimi əvəz etməsi onun bəxtini açsa da, Filipp 45 yaşında Heydelberqdə yoxsul şəkildə ağır xəstəliyin sonunda vəfat etdi və Müqəddəs Ruh kilsəsində dəfn edildi.

İngiltərəyə səfəri

[redaktə | mənbəni redaktə et]

8 dekabr 1539-cu ildə Filipp şahzadə Mariya ilə evlənmək ümidi ilə İngiltərə kralı VIII Henrixin sarayını ziyarət etmişdi. Bu təşəbbüsün müəllifi əslində protestant alman şahzadələri ilə İmperatora qarşı ittifaq qurmaq istəyən Henrixin özü idi. Filipp və Mariya dekabrın 17-də Hertford qəsrində görüşmüşdü və Filipp Mariyaya hədiyyə vermişdi. İngiltərə sarayının əksəriyyəti yaxın aylarda toy gözləyirdi, lakin Henrix sonradan bu münasibətə imkan vermədi, çünki Filipp Henrinin dördüncü arvadı olan Klevezli Anna ilə qohum idi. Hersoq həm ata, həm də ana tərəfdən ona qohum düşürdü. Hersoq daha sonra öz ölkəsinə geri göndərildi.[2] Filipp isə buna baxmayaraq daha üç dəfə İngiltərəyə səfər etdi; lakin o, təkcə bir dəfə Mariya ilə görüşə bildi.

Müasir mediada

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Pfalzgraf von Pfalz-Neuburg Philipp // Faceted Application of Subject Terminology.
  2. James Gairdner. Letters and Papers, Foreign and Domestic, Henry VIII, Volume 14 Part 2: August–December 1539, 1895.
  3. "The Tudors(2007–2010) — Colin O'Donoghue: Duke Philip of Bavaria". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.