Karl Teodor (Bavariya kürfürstü)

Karl Teodor (alm. Karl Theodor‎; 11 dekabr 1724[1][2][…]16 fevral 1799[1][3][…]) — 1742-ci ildən IV Karl adı ilə Pfals kürfürstü, 1742-ci ildən YüliçBerq hersoqu, həmçinin 1777-ci ildən ölümünə qədər Bavariya kürfürstü kimi hökm sürmüş alman zadəgan.

Karl Teodor
1733 – 1799
Əvvəlkiİohann Kristian
SonrakıI Maksimilian
ƏvvəlkiIII Karl Filipp
SonrakıI Maksimilian
ƏvvəlkiIII Maksimilian
SonrakıIV Maksimilian
Şəxsi məlumatlar
Doğum tarixi 11 dekabr 1724(1724-12-11)[1][2][…]
Doğum yeri Droqenbos, Brüssel, Avstriya Niderlandı
Vəfat tarixi 16 fevral 1799(1799-02-16)[1][3][…] (74 yaşında)
Vəfat yeri Münhen, Bavariya kürfürstlüyü, Müqəddəs Roma İmperiyası
Dəfn yeri Teatin kilsəsi, Münhen
Fəaliyyəti rəsm kolleksioneri[d]
Ailəsi Vittelsbax sülaləsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Teodor 11 dekabr 1724-cü ildə, Brüsselin Droqenbos qəsəbəsində doğulmuşdu. Onun atası İohann Kristian Vittelsbax sülaləsinin bir qolu olan Pfalz-Sulzbax nəslinin üzvü idi. Anası Mariya Henrietta de La Tur d'Overn, Berqen op Zom'un markqrafı, Türen vikontu Anri de La Tur d'Overnin qardaşı nəticəsi idi. Karl Teodor daha sonra Manhaymda təhsil alıb.

Karl Teodor 1728-ci ildə Berqen op Zom markqrafı titulunu aldı. Daha sonra o, 1733-cü ildə Sulzbax hersoqu postunda atasını əvəz etdi və 1742-ci ildə III Karl Filippin oğul övladı olmadığı üçün ölümündən sonra Pfalz Elektoratını, Yuliç və Berq hersoqluqlarını miras aldı. Vittelsbax sülaləsinin bütün nəsillərinin ittifaqını gücləndirmək üçün çalışan Karl Filipp hələ 1742-ci il yanvarın 17-də nəvəsi Elizabeta Avqusta Karl Teodorla və onun bacısı Mariya Annanı isə Bavariya şahzadəsi Klemens Franz de Paula ilə evləndirmişdi.

Pfals kürfürstü kimi Karl Teodor elmlər akademiyası yaradaraq, muzeylərin kolleksiyalarını artıraraq və incəsənətə dəstək verərək yadda qalmışdı.

Bavariya kürfürstlüyü

[redaktə | mənbəni redaktə et]

1777-ci ildə Bavariya kürfürstü olan III Maksimilyan Jozef övladsız vəfat etdikdə, Karl Teodor həm də Bavariya kürfürstü oldu və Münhenə köçdü, lakin yeni titulunu dərhal rəsmiləşdirmədi. Onun bir neçə məşuqəsi və çoxlu qeyri-qanuni uşaqları var idi, lakin bu uşaqlar nə Bavariyanı, nə də Pfalsı miras ala bilərdilər; Karl Teodorun qeyri-qanuni uşaqlarına vəsiyyət edə biləcəyi yeni ərazi lazım idi. Buna görə də 3 yanvar 1778-ci ildə, Karl Teodor İmperator II İosif ilə Bavariyanın cənubunu Avstriya Niderlandının bir hissəsi ilə mübadilə etmək haqqında müqavilə imzalamışdı, lakin bu qərara Maksimilianın dul arvadı Saksoniyadan olan Mariya Anna Sofiya və Karl Teodorun qohumu Pfals-Birkenfeld qolunun başçısı və Çvaybrükgen hersoqu II Karl kəskin etiraz edirdi. Onları Prussiya hökmdarı II Fridrix və alman kiçik dövlətlərinin əksəriyyəti də dəstəkləyirdi. Bu diplomatik böhran Bavariya varisliyi müharibəsi ilə nəticələndi. Müharibə sonunda Teşen sülhü (1779) imzalandı və Karl Teodor rəsmən Bavariya varisliyini qəbul etdi, lakin onun qeyri-qanuni övladlarının Bavariyaya varis ola bilməyəcəyi ilə razılaşdı.[4] Avstriya İnn çayının hövzəsində Bavariyanın bir hissəsi olan İnnfirteli aldı.

1784-cü ildə Bavariyanı Avstriya Hollandiyasına dəyişdirmək üçün ikinci dəfə cəhd etdi. Bunda hər iki tərəf maraqlı idi. 1780-ci ildə anası Mariya Terezanın ölümü ilə Habsburq torpaqlarının yeganə hökmdarı olduqdan sonra II İosif köhnə ambisiyasını canlandırdı. Bu cəhd reallaşdırılsaydı, Habsburqlar öz əsas ərazilərini böyük bir bitişik almandilli ərazi ilə genişləndirər, eyni zamanda Fransa ilə müharibədə Avstriyanın müdafiəsi çətin və baha başa gəldiyi sübut olunan uzaq Niderland əyalətindən xilas olardılar. Karl Teodorun sövdələşməyə olan marağı əsasən prestij məsələsi idi, çünki o, özünü Cənubi Niderland torpaqlarından ibarət yenidən qurulmuş Burqundiya hersoqluğunun, Yuxarı və Aşağı Reyn ərazilərindəki torpaqları olan Pfals kürfürstlüyü, Berq hersoqluğuYuliç hersoqluğunu birləşdirəcək Burqundiya kralı kimi təsəvvür edirdi. Bu isə ilk öncə Purissiya kralı II Fridrixə sərf etmirdi. Bundan əlavə həm də proqnozlaşdırılan ərazi mübadiləsinin geniş siyasi və strateji nəticələrindən narahat olan protestant HannoverSaksoniya seçiciləri üçün xoşagəlməz idi. Tezliklə II Fridrix 1785-ci ildə bu plana qarşı yeni bir protestant ittifaqı yaratdı. Brunsvik-Volfenbüttel, Saks-Qota, Saks-Veymar, Meklenburq, Baden və Brandenburq-Ansbax da daxil olmaqla kiçik protestant dövlətlərinin hökmdarları tezliklə onlara qoşuldular. Mayns kürfürstü də tezliklə onlara qoşuldu, çünki tərəflərin Zalsburq arxiyepiskopluğunun dünyəviləşdirilməsi üzərində düşündüyü məlum idi.[5] II İosif plana bu qədər güclü və çoxlu dövlətin qarşı çıxmağına görə heyrətləndi və layihəsini dayandırdı.

Karl Teodor tənqidçisi Lorens fon Vestenriderin dediklərinə görə heç vaxt Bavariyada bir hökmdar kimi məşhur olmadı. Onun xüsusilə Bavariyanı Avstriyaya vermək istəməsi və Bavariyada artan sosial gərginliyi idarə edə bilməməsi bu narazılığı artıran səbəblərdən idi. Münhen şəhər şurası ilə mübahisədən sonra o, hətta 1788-ci ildə kürfürst iqamətgahını Manhayma köçürmüşdü.

1785-ci ildə o, amerikalı Bencamin Tompsonu özünün köməkçisi və kamerlini təyin etdi. Sonrakı 11 il ərzində Tompson orduda və dövlətin bir çox sahələrində islahatlar apardı, Karl Teodorun dəstəyi ilə nazir rütbəsinə yüksəldi və qraf titulu aldı. Karl Teodor 1785-ci ildə Adam Veishauptun İlluminati ordenini ləğv etməsi ilə də tanınır.

1794-cü ildə inqilabçı Fransa orduları Yülix hersoqluğunu, 1795-ci ildə Pfalsı işğal etdilər və 1796-cı ildə Bavariyaya doğru yürüş edəndə Karl Teodor yenə II Fransa Bavariyanı Avstriyanın bir vilayətinə çevirməsi üçün müraciət etmişdi.

Karl Teodorun 17 yanvar 1742-ci ildə Manhaymda evləndiyi həyat yoldaşı, Sulzbaxlı Elizabet Avqustadan təkcə bir oğlu var idi və o da, doğuşdan bir gün sonra ölmüşdü. Həyat yoldaşı da 1794-cü ildə vəfat etmişdi. 15 fevrall 1795-ci ildə İnsbrukda II İosifin qardaşı qızı Avstriya-Esteli Mariya Leopoldina ilə evlənmişdisə də ondan uşaqları olmamışdı.

Karl Teodorun qeyri-qanuni övladları və məşuqəsi Mariya, Henrix Karl Brandt, təq. 1785

Qeyri qanuni övladları

[redaktə | mənbəni redaktə et]

Aktrisa Fransuaza Depre-Verney ilə münasibətindən (sonra Parkştayn qrafinyası, ö. 1765):

  1. Karolina Françeska Dorotea, Parkştayn qrafinyası (1762 – 7 sentyabr 1816, İkelhaym); İzenburq-Büdingen-Birştayn knyazı Fridrix Vilhelm (13 dekabr 1730, Birştayn- 12 oktyabr 1804, Manhaym) ilə evləndi
  2. Bir oğul (1764–1765)

Haydek qrafinyası Mariya Jozefa Seyfert (1748 −1771) ilə əlaqəsindən:

  1. Karolina Jozefa von Bretsenhaym (27 yanvar 1768 – 27 aprel 1786); 1784-cü ildə qraf Maksimilian Josef fon Holnştayn (20 may 1760–1838) ilə evləndi.
  2. Karl Avqust, Haydek və Bretsenhaym qrafı, (24 dekabr 1769 – 27 fevral 1823) — 27 aprel 1788-ci ildə Ettinqendə Maria Walburga fon Ettinqen-Şpilberqlə (29 avqust 1766 – 8 may 1833) ilə evləndi.
  3. Eleonora Karolina von Bretsenhaym (9 dekabr 1771 – 23 dekabr 1832) — 21 noyabr 1787-ci ildə hersoq Vilhelm Karl fon Leyninqenlə (5 iyul 1737 – 26 yanvar 1809) evləndi (1801-ci ildə boşandı)
  4. Frederike Karolina von Bretsenhaym (9 dekabr 1771 – 2 mart 1816) — Eleonoranın əkizi; 1796-cı ildə qraf Maksimilian fon Vesterholt-Qizenberq (1772 – 19 aprel 1854) ilə evləndi.

Qraf Frans Fridrix fon Sayn-Vitqenşteyn-Vallendarın (1702–1769) dul arvadı qrafinya Maria Anna zu Leyninqen-Vesterburq-Noyleyninqen (1741–1835) ilə münasibətindən:

  1. Karolin fon Ezenrid (31 avqust 1771 – 24 sentyabr 1828)

1799-cu ildə Münhendə insultdan vəfat etdi və elə Münhendəki Teatin kilsəsində dəfn edildi. Karl Teodorun rəsmi varisi olmadığı üçün bütün titulları IV Maksimilian İosifə keçdi. Karl Teodorla həm də Pfals-Sulzbax qolunun nəsli kəsildi.

Karl Teodorun gümüş sikkəsi, 1778.

Hersoq və onun Bavariya təbəələri arasında qarşılıqlı nifrət və inamsızlığa baxmayaraq, Karl Teodor Münhen şəhərində fərqli iz buraxdı: məhz onun hakimiyyəti dövründə Münhenin ən böyük parkı olan İngilis bağı yaradıldı və müasir, genişlənən şəhər üçün yer yaratmaqdan ötrü şəhərin köhnə divarları söküldü. Münhenin əsas meydanlarından biri olan Karlsplatz Karl Teodorun adını daşıyır. Karl Teodor incəsənətin, o cümlədən dramın və xüsusilə musiqinin hamisi idi. Onun Manhaym saray orkestri öz dövrünün ən yaxşılarından biri hesab olunurdu. Motsart 1777-ci ildə Manhaym orkestrində işə düzəltmək üçün müraciət etmişdi, lakin saray yenidən Münhenə köçmək üzrə olduğu üçün imtina edilmişdi. 1780-ci ildə Motsart İdomeney operasını məhz Karl Teodorun sifarişi əsasında yazmışdı.[6]

Dövrün adət-ənənələrinə uyğun olaraq, Manhaymda bir İtalyan opera truppası, eləcə də fransız aktyorlar truppası işləyirdi, hər biri öz dillərində çıxış edirdi. Daha sonra Almaniyada sırf doğma dildə tamaşaları nümayiş etdirən ilk teatrlardan biri olan Milli Teatr (alm. Nationaltheater‎) yaradıldı və Fridrix Şillerin "Oğrular" tamaşası ilə ilk debütünü etdi.

Karl Teodorun dövründə Rubensin bir çox əsərləri də daxil olmaqla, əvvəllər mövcud olan Düsseldorf qalereyası əvvəlcə Mannhayma, sonra Münhenə köçürüldü, daha sonra Köhnə Pinakotekdə sərgilənməyə başlandı. Karl Teodorun baş memarı Nikolas de Piqaja Manhaym sarayını bitirmək, Şvetsinqen teatrını və Şvetzinqen sarayındakı bağları (çoxlu pavilyonlar, o cümlədən bir neçə süni "Roma" xarabalıqları və "məscid" də daxil olmaqla) və həmçinin Benrat sarayını dizayn etmək tapşırıldı. Bu əsərlər sırf müasir fransız üslubunda olsa da (gec Barokkodan erkən klassikaya keçidlə səciyyələnir), Karl Teodorun sifariş verdiyi digər memarların bəziləri daha çox italyan üslubunun tərəfdarları idi. Təsirlərin bu qarışığı, əslində, dövrün bir çox alman sarayları üçün xarakterikdir. Karl Teodor, həmçinin Karl Teodor Körpüsü (alm. Karl-Teodor-Brücke‎) kimi adını daşıyan Heydelberqdəki Köhnə Körpünün tikintisini də sifariş etmişdi.

  1. 1 2 3 4 Carl Theodor // RKDartists (nid.).
  2. 1 2 Lundy D. R. Karl Theodore Kurfürst von der Pfalz Herzog von Jülich-Berg, Kurfürt von Bayern // The Peerage (ing.).
  3. 1 2 Charles Theodore // Encyclopædia Britannica (ing.).
  4. Thomas, Marvin E., Karl Theodor and the Bavarian Succession, 1777–1778. The Edwin Mellen Press: Lewiston/Lampeter/Queenston: 1989.
  5. John G. Gagliardo, Reich and Nation, The Holy Roman Empire as Idea and Reality, 1763–1806, Indiana University Press, 1980, pp. 74–75.
  6. David Cairns, Mozart and his operas, 2006, səh. 48.