Polyaris (komiks)

Polyaris (ing. Polaris) — Marvel Comics personajı. İlk dəfə 1968-ci ilin oktyabrında "İks-adamlar" komiksinin 49-cu sayında peyda olmuşdur. Yaradıcısı Arnold Dreyk və Don Hekdir. Hekayədə atası Maqnitodur.

Polyaris
ing. Polaris
Nəşriyyat Marvel Comics
Yayım tarixi "İks-adamlar" #49 (oktyabr 1968)
Yaradıcı(lar) Arnold Dreyk
Don Hek
Verner Rot
Cim Steranko[1]
Xüsusiyyətlər
Əsl adı Lorna Salli Deyn
Cinsiyyəti qadın
Boyu 170 sm[2]
Çəkisi 52 kq
Göz rəngi yaşıl
Saç rəngi yaşıl
Vətəndaşlıq
Təhsili Geofizika sahəsində magistr dərəcəsi
Komiks bioqrafiyası
Üzvlükləri X-Faktor
İks-adamlar
Günlük Müdafiəçilər
On iki
Apokalipsis Süvarisi
Köməkçilər
Yaxınları Maqnito (atası)
Ləqəbləri Maqnita, Maqnitriks, Qəzəb, Taun, Maqnitizm sahibi, Silah M-II, M-2, İkinci Maqnito
Gücləri metalları idarə etmək

Əsil adı Lorna Deyndir. Maqnitonun nigahdan olmayan qızı kimi anadan olmuşdur. Həyatı boyunca insanlarla mutantlar arasında sülhü qorumaq uğrunda vuruşmuşdur. Bacarıqları maqnit qalxan və manipulyasiyadır. Lorna atası qədər güclüdür, amma müxtəlif qüvvələr onun güclərindən sui-istifadə etmişlər. Əsasən İks-adamlar komandasının sabiq üzvü olmuş və uzun illər Havoka aşiq olmuşdur.[3] Lorna bir neçə dəfə komanda yoldaşları, hətta Havok ilə döyüşmüşdür.

Daha sonra Polarisin mutasiyası güclənmiş, daha dayanıqlı və güclü olmudur. Kölgə Kralı ilə döyüşdükdən sonra X-Faktora qatılmaq qərarı almışdır. Apoklipsisə qalib gəldikdən sonra Maqnito ilə Cənubi Afrika ölkəsi Genoşaya dönmüşdür.

Daha sonra Şia dünyasındakı yeni komandaya qoşulmuş, amma sonda fikrini dəyişdirərək X-Faktora qayıtmışdır.

Polyaris personajı indiyə qədər "Lego Marvel Super Heroes", "X-Men Legends II: Rise of Apocalypse", "Ultimate Marvel vs. Capcom 3" və "Uncanny X-Men: Days of Future Past" oyunlarında görünmüşdür. "Lego Marvel Super Heroes" oyununda Tara Stronq tərəfindən səsləndirilmişdir.

  1. "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
  2. "Arxivlənmiş surət". 2015-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
  3. İks-adamlar vol. 1 #58, 1969

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]