Psaylok (ing. Psylocke) — Marvel Comics tərəfindən yaradılmış komiks personajı. Milliyətcə ingilis olub mutantdır, telekineziya və telepatiya kimi bacarıqlara sahibdir. Bir çox komandada yer alsa da, ən çox İks-adamlar komandası ilə xatırlanır.
Psaylok | |
---|---|
ing. Elizabeth Braddock | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
"Kapitan Britaniya" #8 (dekabr 1976) |
Yaradıcı(lar) |
Kris Klermont Herp Trimp |
Xüsusiyyətlər | |
Əsl adı | Elizabet Betsi Breddok |
Cinsiyyəti | qadın[d] |
Boyu | 180 sm[1] |
Çəkisi | 70 kq |
Göz rəngi | bənövşəyi |
Saç rəngi | sarı |
Növü | mutant |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Kapitan Britaniya Korpusu Krimson Daun Əl Cəhənnəm Atəşi Klubu Apokalapsis Süvarisi Eksalibur Sürgünlər[2] STRIKE RCX X-Klub İks-adamlar X-Fors |
Partnyorları | |
Gücləri |
Telekineziya Telepatiya Qabaqcadan hadisəni hiss etmək Empatiya Psixi katana |
Silahları | iki qılınc |
Atası Ceyms Breddok başqa bir paralel dünyada yaşayırdı və dünyaya super qəhrəman gətirmək üçün Yerə göndərilir. Lakin ilk uşağı Ceymin heç bir super gücü olmadı. Daha sonra Elizabet və Brayan anadan oldu. Brayan Kapitan Britaniya, Elizabet isə Psayloka çevrildi. Əvvəlcə təyyarə kirayələmək işi ilə məşğul olurdu, daha sonra maneken oldu, amma sonda BMT-nin STRIKE adlı komandasına qatıldı.
Psaylok ilk dəfə "Kapitan Britaniya" komiksinin 8-ci sayında görünmüşdür. Kapitan Britaniya ilə birlikdə muzdlu qatil Slaymasterə qarşı mübarizə apararkən gözlərini itirdi. Bir müddət telepatiya qabiliyyəti sayəsində görmə qabiliyyətini əvəz etməyə çalışdı. İsveçrəyə gedəndə burada başqa dünyadan gələn Moyo tərəfindən qaçırıldı.
Moyo və Spiral Elizabetə bionik gözlər verdilər və uşaqları qaçırmaq üçün istifadə etdikləri "Wildways"[3] adlı teleserialının ulduzu etdilər. Bu zaman Yeni Mutantlar gəldilər. Moyoya qalib gəlib Psayloku malikanələrinə gətirdilər. Psaylok burada İks-adamlarə qatılmaq qərarı verdi.
İks-adamlar ilk öncə həm yaxşı tanımadıqlarına, həm də potensialını bilmədiklərindən əvvəlcə onu qəbul etmək istəmədilər. Mutant Qətliamı hadisəsində malikanəyə hücum edən Sabretootha qalib gələrək İks-adamlarin etibarını qazandı və komandaya qatıldı.
Cinayət lordu Matsuo Tsurayaba[4] Betsini yaxalayaraq sevgilisi Kuannonla zehinlərini dəyişdirincə həyatı kökündən dəyişdi. Betsinin Leydi Mandarin olacak şəkildə yaddaşı silindi, amma iradəsini toplayaraq İks-adamlarə qayıda bildi. Uarren Vortinqtonla (Mələk) uzun münasibətlərə başlayarkən Betsi Sabretooth tərəfindən hücuma məruz qaldı. Uarren onu müalicə etmək üçün Yeni Şəfəqdən istifadə etməli oldu və Betsiyə teleport qabiliyyəti qazandırdı. Bu hadisədən sonra Uarrenlə münasibətlərinə məsafə qoydu.
Yeni qabiliyyətlər qazandıqdan sonra Destinin gələcəkdən bəhs edən gündəliklərini axtararkən kiçik mutant qrupu olan X-Treme İks-adamlarə qoşuldu. Daha sonra Varqas tərəfindən öldürüldü. Qardaşı Ceym tərəfindən yenidən dirildiləndən sonra yenə İks-adamlarə qatıldı, bir müddət Sürgünlər və Eksalibur komandalarında oldu. Bu sırada gizli sui-qəsd mutant qrupu olan X-Forsa qoşuldu, Uarrenlə münasibətlərini yeniləməyə çalışdı.
Dövüş növlərində ustadır. Döyüşərkən rəqibin növbəti həmləsini hiss etmək ona böyük üstünlük qazandırır. Psixi katana yaratmasına baxmayaraq, yanında əlavə iki katana gəzdirir. Betsi əslində sarışındır və ingilisdir, Kuannonla bədən dəyişdirəndə asiyalı olmuşdur. Psaylok omeqa səviyyəsində mutantdır, bu mövzuda Foniks və Professor X-lə də yarışa bilər.[5]
Psixi olaraq gərçəkliyin fiziki görünüşünü manipulyasiya edə bilir. Başqa insanları hərəkət etdirə bilir. Uzaq məsafədən cisimləri hərəkət etdirir. 100 tonluq yükü çətinlik çəkmədən qaldırır. Öz bədənini müəyyən yüksəkliyə yüksəldir. Müxtəlif ölçüdə telekinetik qalxanlar yarada bilər. Ölüb dirilincə gücləri güclənmişdir. Atom bombasını partlamadan dayandırmaq, görünməz olmaq, cisimləri havada asılmış vəziyyətdə saxlamaq, partlayışlar yaratmaq kimi bacarıqlara sahibdir.
Qabiliyyətlərindən biri də psixi enerjidən katana yarada bilməsidir. Bu cür katana ilə ən aşağı səviyyəsində sinir yollarını pozmaq, ən güclü səviyyəsində isə ən güclü zirehi parçalamaq olar. Yayılan enejidən qaranlıqda işıq mənbəyi kimi istifadə edir. Telekineziyadan istifadə edərək gücünü, sürətini, dayanıqlığını artıra bilər.
Canlıların zehninə təsir edib idarə edə bilər. Başqalarının fikrini oxuyub uzaqdan əlaqəyə keçməyə belə qadirdir. Uzaq məsafədən əlaqəyə girdiyi insanlar zehinlərində böyük kəpənək olduğunu ancaq xatırlayırlar.
Psixi kölgə qabiliyyətindən istifadə edərk bacarıqlarını gizlədə bilir, beləliklə, mutant izləyiciləri onu tapa bilmir. Psixi qılınclar da yarada bilir. Bu qılınclar saf psixi enerjidən ibarətdir. Bu cür qılınclar qan tökməsə də, düşmənə batdıqda neyronlarını dağıdır.
Zehni ələ keçirmək, özünü başqalarına görünməz göstərməkdən ötürü beyinlərində illüziya oyunları çıxarmaq, insanlara xəyali hadisələri yaşatmaq, böyük sahələri zehni ilə yoxlamaq, insanlara müvəqqəti iflic keçirdiklərini düşündürmək, yaddaş silmək, psixi partlama kürələri yaratmaq kimi bacarıqlara sahibidir. Nadir də olsa bəzən gələcəyə dair yuxular görür.