Prince of Persia 3D və ya Prince of Persia 3D Arabian Nights (azərb. Fars Şahzadəsi 3D: Ərəb gecələri) - "The Learning Company" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan, macəra oyunudur. Əvvəlki seriya oyunlarından fərqli olaraq videooyunun görünüşü 3D qrafikasındadır.
Prince of Persia 3D | |
---|---|
Hazırlayan | Red Orb Entertainment |
Yayımlayan | The Learning Company |
Seriya | Prince of Persia |
Anons tarixi | The Learning Company 1999 |
Buraxılış tarixi | 25 sentyabr 1999 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | Action-adventure |
Texniki məlumat | |
Platformalar | MS-DOS, Mac OS |
Mühərrik | Gamebryo[d] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | amerikan ingiliscəsi |
Daşıyıcı | CD-ROM |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı |
Rəsmi saytı |
Fars Sultanı xarici ölkələrə döyüşmək üçün ölkəni tərk edir. Bu zaman qəddar vəzir Cəfər zamanı dəyişərək, Şahzadəni tutur və qəhrəmanı zindana həbs etdirir. Lakin xoşbəxtlikdən zindanda dəlik bir yer var idi. Qəhrəman bundan istifadə edərək, müxtəlif kolidorlardan keçir. Keçdikdən sonra məsləhətçi ilə rastlaşır. Məsləhətçi qəhrəmana deyir ki, ona mütləq xəncər lazımdır. Bunun üçün qəhrəman yeraltı çaydan akrobat hərəkətləri ilə keçməyə başlayır. Sonra o, gözəgörünməz ampulası içir ki, gözərgörünməz olur. Lakin bu ampula vaxtnan qoyulmuşdur. Qəhrəman döyüşçülərin birini öldürərək, xəncəri əldə edir.Daha sonra eşidir ki, vəzir Cəfər Şahzadə ilə evlənmək istəyir. Şahzadə isə bunu istəmir. Cəfər isə fikrindən dönmür. Qəhrəman yolundan keçən bütün maneələrə üstün gələrək, Cəfər ilə qarşılaşır. Cəfəri öldürəndən sonra Qəhrəman Şahzadəni xilas edir.