Prince of Persia: The Sands of Time

Prince of Persia: The Sands of Time (azərb. Fars şahzadəsi: Zamanın qumları‎) — Ubisoft oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur.[2] "Prince of Persia: The Sands of Time" oyunu "Sands of Time" seriyasının orijinal üç oyunundan birinci epizodudur. Ubisoft firması tərəfindən 6 noyabr 2003-cü il tarixində satışa çıxan oyun Xbox, Nintendo GameCube, PlayStation 2Microsoft Windows platformaları üçün hazırlanmışdır.

Prince of Persia: The Sands of Time
Loqonun şəkli
"Prince of Persia: The Sands of Time" videooyununun afişası
"Prince of Persia: The Sands of Time" videooyununun afişası
Hazırlayan Ubisoft Montreal
Yayımlayan Ubisoft
SCEJ
Distribüterlər Ubisoft
Seriya Prince of Persia
Anons tarixi Ubisoft 2003
Buraxılış tarixi PlayStation 2
ABŞ 4 noyabr 2003
12 noyabr 2003
Kanada 4 noyabr 2003
Yaponiya 2 sentyabr 2004
Xbox
ABŞ 12 noyabr 2003
Kanada 12 noyabr 2003
20 fevral 2004
Gamecube
ABŞ 18 noyabr 2003
20 fevral 2004
Game Boy Advance
ABŞ 30 oktyabr 2003
Kanada 30 oktyabr 2003
14 noyabr 2004
Computer
ABŞ 30 noyabr 2003
5 dekabr 2003
Kanada 30 noyabr 2003
Rusiya 2 dekabr 2004
Janrlar Action/Adventure
Texniki məlumat
Platformalar PlayStation 2
Mobil telefon
Microsoft Windows
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], rus dili, ispan dili, italyan dili, alman dili, fransız dili
Daşıyıcılar CD
DVD
Steam
İdarəetmə Geympad
klaviatura
maus
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun hekayəsi və xarakterləri öz qaynağını 1989-cu ildə Amerikalı oyun prodüseri Cordan Mexner tərəfindən inkişaf etdirilən Prince of Persia ardıcıllığından alır və baş qəhrəman ilə atasının, fəth etdikləri bir ölkədən aldıqları və zamanın idarəsini təmin edən sehrli qumların verəcəyi mənfi nəticələrini təxmin etmədən dünyaya salmalarını və ardınca qəhrəmanın qumları təkrar yığaraq baş verən hadisələri geriyə çevirmə hekayəsi mövzu edilir.

Həm kritik baxımdan, həm də satış rəqəmləri baxımından böyük nailiyyətlər əldə edən[3][4][5][6] bu oyuna, eyni üçləmənin parçası olmaları üzrə iki davam oyunu əlavə edilmişdir: Prince of Persia: Warrior WithinPrince of Persia: The Two Thrones. Bu oyunun hekayəsindən yola çıxan və baş rolunda Ceyk Cillenholun oynadığı eyniadlı filmi çəkilmişdir. Film 28 may 2010 tarixində satışa çıxarılmışdır[7]. "Prince of Persia: The Sands of Time" videooyununun hekayə filmin hekayəsi eynidir.

İran şahı Şahraman Maxaraca qalasını tutmaq üçün oğlu ilə birlikdə Hind diyarındakı Azad ölkəsinə doğru səfərə çıxır. Vəzirin köməyi ilə paytaxtı ələ keçirib, yağmalayandan sonra Şahraman sarayın xəzinələri arasında içi parlaq qumlarla dolu olan nəhəng bir "Qum saatı" tapır. Bu zaman saraya çatan Şahzadənin qəribə bir xəncər gətirdiyini görən Vəzir, bu xəncəri ondan götürmək istəyir. Xəncərin və qumların xüsusiyyətini bilən Vəzir Şahzadəni aldadır və xəncəri istifadə edərək Qum saatını açdırır. Sərbəst qalan həmin qumlar, sarayı fəlakətə uğradır və yayıldığı yerlərdə, canlıları qorxunc Qum canavarlarına çevirir. Bu fəlakətdən Şahzadə döyüşdə əsir düşən Farahın tilsimli medalyonunun sayəsində xilas olur. Lakin Şahzadənin atası "Qum canavarına" çevrilmişdir.

Bu hadisədən sonra Şahzadə şəhərdən çıxış yolunu axtararkən sehrli Qum saatının, bir neçə "Qum canavarları" tərəfindən mərkəzi qülləyə daşındığını görür. Ardınca fəlakətdən sonra qarşılaşdığı Farah, ona vəzirin planlarını izah edir. Məlum olur ki, Vəzir ölümsüz olmaq məqsədilə Qum saatından istifadə etmək arzusuna düşür. Onun bu arzusuna çatmaması üçün qarşısını almaq lazımdır. Xarabalıqlar arasından qülləyə çatmağa çalışdıqları sırada şahzadə və Farah gedərək yaxınlaşarlar. Lakin Şahzadə atası Şahramanla birlikdə Farahın ölkəsini işğal etmiş, atasını və bu ölkədə yaşayan insanları öldürmüşdü. Bu səbəbdən Farahın ondan qisas almaq məqsədilə Zamanın xəncərini ona qarşı işlədəcəyindən şübhələnən Şahzadə yenidən yoluna davam edir. Nəhayət, Qum saatının yerləşdiyi qülləyə çatdıqları zaman Şahzadə xəncərini Qum saatına vurmaqdan istəyir. Lakin Şahzadə bir az tərəddüd edir. Bu tərəddüd isə onlara baha başa gəlir. Vəzir onlara yetişir və cadu edərək Şahzadə ilə Farahı xarabalıqlar ətrafında yerləşən qəbiristanlığa göndərir.

Burada Farah Şahzadəyə bu sözləri söyləyir: "Kakulukiyam". Bu zaman Farah və Şahzadə məzarda bir-birlərini itirirlər. Nəhayət, labirint yollardan keçərək Şahzadə Farahı tapır. Bir müddət sonra Şahzadə yuxuya gedir və ayılan zaman Farahın onun xəncərini götürdüyünü və Qum saatının geri dönməsi üçün təkbaşına getdiyini başa düşür. Getmədən əvvəl Farah Şahzadəyə qumlardan təsirlənməməsi üçün medalyonunu onun yanına qoymuşdu. Ayılandan sonra vaxt itirmədən qüllənin yolunu axtaran Şahzadə, Qum saatının yerləşdiyi otağa çatır və Farahı bir qrup Qum canavarıyla döyüşərkən görür. Lakin zamanında yetişə bilmir və Farahın öldüyünü görür. Bu hadisədən qəzəblənən Şahzadə Vəziri yerə yıxaraq xəncərini Qum saatına vurur. Beləliklə, Qum saatı zamanı geri döndərir. Şahzadənin atası və dostu Farah yenidən peyda olurlar. Şəhərlər işğal olunmamış və heç bir fəlakət baş verməmişdir. "Zamanın xəncəri" Şahzadədə olduğundan, əvvəlki vəziyyətində qalır.

Ardınca Şahzadə işğaldan əvvəlki döyüş düşərgəsində əlində xəncərlə oyanır. Şahzadə qarşıdan gələn fəlakətləri gördüyü üçün ordusundan əvvəl gizlicə saraya girir və Farahın otağına çatır. Baş verən hadisələr geriyə döndüyü üçün Farah Şahzadəni xatırlamır. Şahzadə ona gələcəkdə baş verən hadisələri izah edir və Vəzirin xəyanətini ona xəbər verir. Bu zaman Vəzir otağa daxil olur və Şahzadəni görür. Vəzir Şahzadənin Fars casusu olduğunu söyləyərək şahzadəyə hücum edır. Farah vəzirə dayanmasını söyləyır, lakin bu zaman vəzir onun əmrini rədd edir. Qısa müddətdən sonra Şahzadə Vəziri öldürür. Farah, Vəzirin xain olduğunu başa düşür, lakin Şahzadəni yenə də xatırlamır. Şahzadə, Zamanın xəncərini ona verir və Danışdığı hekayəni isə Vəzirin xəyanətkarlığının sübutu olaraq uydurduğunu söyləyir. Ayrılmazdan əvvəl Farah təşəkkür edir və bu zaman Şahzadə Farahı öpür. Farah isə ondan uzaqlaşaraq, Şahzadəyə etdiyi minnətdarlığın bu səviyyədə olmadığını bildirir. Şahzadə Farahın sözləri başa düşərək, zamanı yenidən Farahın ona təşəkkür etdiyi vaxta qaytarır və balkondan ağaca tullanır. Bu zaçam Farah ondan adını soruşur. Şahzadə isə ona "Məni sadəcə Kakulukiya adlandırın" söyləyərək macəralar axtarışına çıxır.

  • Şahzadə (ing. The Prince): Fars padşahı Şahramanın oğludur. Atasıyla birlikdə qatıldığı ilk döyüşün sonunda fəth etdikləri ölkənin sarayında "Zaman Xəncəri"ni (Dagger of Time) tapır. Bu sehrli xəncər, sahibinə zamanı nəzarət etmə gücünü və Zaman qumlarının (Sands of Time) təsirindən xilas olma imkanını təmin edir. Personaj Yuri Lovental tərəfindən ingiliscədən dublyaj edilmişdir.
  • Farah (ing. Farah): Hind padşahı Maharajahın tək qızıdır. Ölkəsinin işğal edilib ələ keçirilməsinin ardından Fars ordusu tərəfindən əsir edilir. Daha sonradan Şahzadəyə (Prince) kömək edərək Vəziri dayandırmağa və Zaman qumlarının (Sands of Time) gətirib çıxardığı fəlakətləri düzəltməyə çalışır. Oyun əsnasında ox və kamandan istifadə edərək Şahzadəyə (Prince) döyüşlərdə kömək edir. Personaj Coanna Uasik tərəfindən ingiliscədən dublyaj edilmişdir.
  • Vəzir (ing. Vizier): Hind padşahı Maharajahın baş vəziridir. Canının bağışlanması və Fars sarayında vəzifə almaq qarşılığında ağasına xəyanət edir və ölkəni ələ keçirir. Oyunun baş antagonistleri olan Vəzir, daha sonradan Şahzadəni (Prince) aldadır və Zaman qumlarının (Sands of Time) sərbəst buraxmasını təmin edir. Daha sonra xəncəri Şahzadədən (Prince) alıb Zaman qumlarını (Sands of Time) nəzarət edərək, ölümsüz olmağı planlamaqdadır. Personaj Berri Dennen tərəfindən ingiliscədən dublyaj edilmişdir.
  • Şahraman (ing. Sharaman): Şahzadənin (Prince) atası və Fars padşahıdır. Zaman qumlarının (Sands of Time) sərbəst qalmasından sonra başqaları kimi canavara dönür. Personaj Uilyam Nayt tərəfindən ingiliscədən dublyaj edilmişdir.
  • Maharacah (ing. Maharajah): Azad ölkəsinin kralıdır. Sarayı Şahraman tərəfindən ələ keçirildikdən sonra Qum saatını Şahramana təslim edir. Personaj Uarren Börten tərəfindən ingiliscədən dublyaj edilmişdir.

"Prince of Persia: The Sands of Time" oyunu "Prince of Persia" oyun seriyalarından fərqlənir. Bunun əsas səbəbi qrafikdə, dizaynda, akrobatik hərəkətlərdə, çoxlu tələlərin olmasındadır. Oyun 3D qrafiki ilə qurulmuşdur. Əsas qəhrəman xəncərlə vuruşa, divarlarla qaça bilər. Bundan əlavə oyunda tələlərdən başqa bir neçə ağıldüşündürən yerlərdə vardır. Yalnız bu ağıldüşündürən oyunları keçdikdən sonra digər raunda keçmək mümkündür. Şahzadənin "Zaman xəncəri" silahından başqa yeganə silahı şəxsi qılıncıdır. Bu silah bütün orijinal oyunlarında olduğu kimidir. Raunddan raunda Şahzadə silahlarını dəyişdirir. Dəyişdirilmiş yeni silahların qüvvəsi əvvəlkilərinə nisbətən güclü olur. Həmin güclənmiş silahlar zədələnmiş divarı sındırmaq qabiliyyətinə malikdir. Bu silahlar Şahzadəyə böyük güc vermir. Şahzadənin sonuncu silahı olan "Sword of the Enlightened Warrior" silahını onun "Qum saatı"nı əldə etmədən götürə bilər. Bu silah rəqiblərin bloklarını sındırır və onları bir zərbəyə öldürür. Oyunda göstərilən "Qum saatı" Şahzadəyə vaxtı idarə etməyə imkan verir. "Qum saatı" aşağıdakı imkanları verir:

  • Qayıdış (ing. Revival) — Zamanı geri döndərməyə imkan yaradır. "Qayıdış", 10 saniyə müddətində davam edir.
  • Gecikdirmək (ing. Delay) — Düşmənlərin hərəkətlərini gecikdirir.
  • Hərəkətsiz (ing. Restraint) — Düşmənləri dondurur. Bu xəncər ilə həyata keçirilir. Xəncəri düşmənə vuran zaman onu dondurur. Həmçinin, rəqibi iki zərbə ilə öldürməyə imkan yaradır. Bu zaman rəqibdən qum çıxarmaq olmaz.
  • Tələsmək (ing. Haste) — Qısa müddətə ətrafdakı rəqibləri dondurmağa imkan yaradır. Rəqibləri bir neçə zərbə ilə öldürməyə imkan verir. Bu zaman Düşmənlər özlərindən qum saxlamırlar.

Oyunda çoxlu düşmənlər vardır. Bu düşmənlərin çox zombilərdir. Şahzadə "Qum saatı"ndakı qumları buraxdıqdan sonra ətrafdakıların hamısı zombiyə dönür. Şahzadə döyüşərdən zombilərin sırasında atasına da rast gəlir. Əlacsız qalan Şahzadə onu öldürməyə məcbur olur. Şahzadənin bir çox düşmənlərini öldürməsində Farah ona böyük köməklik göstərir. Oyunda göstərilən düşmən personajları aşağıdakılardır:

  • Hindistan döyüşçüləri — Çox zəif döyüşçüdürlər.
  • Vəzir — Əsas düşmən personajıdır.
  • Qum döyüşçüləri — Azadın köhnə döyüşçüləridir. Zəif döyüşçüdürlər.
  • Qırmızı gözətçilər — Azadın gözətçiləridir. Nisbətən güclüdürlər.
  • Göy gözətçilər — qırmızı döyüşçülərə nisbətən daha da güclüdürlər. Onlar Babilin köhnə döyüşçüləridir.
  • Skarabeylər — böyük böcəklərdir. Yerdə uçmaq qabiliyyətinə malikdirlər. Zəifdirlər.
  • Qum yarasaları — Əgər bir yerdə 4 yarasadan az yarasa varsa uçub gedirlər. Oyunun ən zəif personajlarıdır.
  • Qum quşları — Güclü olsalar da, onları bir zərbə ilə vurmaq mümkündür.
  • Generallar — Nisbətən güclü döyüşçüləridir. Onları divardan udmaq mümkündür.
  • Qum Kralı — Şahzadənin atası Şahramadır. Nisbətən güclü döyüşçüdür. Qum saatının çevrilməsindən sonra qum bədheybətinə çevrilir.
  • Hərəmxanada yaşayanlar — qırmızı geyimli qadınlardır. Fiziki cəhətdən zəif olsalar da, yaxşı zərbələri vardır. Oyunun ümumi məqsədi, müəyyən məkanlara çatma əsnasında qum canavarlarıyla döyüşmək və müxtəlif tələləri sovuşdurmaq əsasına söykənir. Bu döyüşlər ara sıra Farah, yay və oxuyla Şahzadəyə kömək edir. Oyun əsnasında "Zamanın xəncəri" (ing. Dagger of Time) istifadə edilərək müxtəlif strateji hərəkətlər edilə bilər: vaxtı geri döndərmək, zamanı yavaşlatmaq, bütün düşmənləri dondurmaq, canavarların içlərindəki qumu dağıtma kimi hərəkətlər buna aiddir. Bu hərəkətlər, "Qum Tankı" (ing. Sand Tank) adı verilən xəzinədə doluluq nisbəti əl verdiyi müddətcə edilə bilər. Bu qum tankları, düşmənlərdən xəncər vasitəsiylə dağılan qumlarla və ya oyun zamanı qarşılaşılan qum buludları ilə doldurula bilər. Qum buludları, qum tanklarını doldurmasıdır. Yanında xəzinədə genişlədərək zamanla yeni xəzinədə meydana gəlməsini təmin edir. Şahzadə (Prince), tələlər və döyüşlər zamanı itirdiyi enerjisini oyunun müəyyən yerlərində olan kiçik bulaqlardan su içərək təzələyə bilir. Oyun əsnasında gizli keçidlərdə çatılan on ədəd "Həyat Bulağı" (ing. Fountain of Life) olur. Bu bulaqlar sayəsində, Şahzadə, dayanıqlılığı hər səfərində miqdarı daha da artmaqdadır. Bunlara çatarkən girilən yollara əslində girilməz, yalnız zehni yanlışlıqla Şahzadə keçmişdə orada olduğunu başa düşür. Beləliklə, oyunda Deja vu-nun (yəni indicə görülmüş yerin daha öncə görmüş kimi insana elə gəlir), gələcəkdə yaşanmış olan hadisələrin ağılda qalan parçaları olduğu izah edilir. Oyunun müəyyən yerlərinə fərqli qılınclar yerləşdirilmişdir və hissələr keçildikcə bu yeni və güclü qılınclara çatıla bilir. Oyun əsnasında parlaq işıq saçan və oyunçunun oyununu qeyd etmək imkanını təmin edən yerlər olur. Bu yerlərdə eyni zamanda Şahzadə, yaxın gələcəkdə başına gələcəkləri görər. Bu xüsusiyyət, oyunçuya ipucu vermək üçün oyuna daxil edilmişdir. Oyunun kompüter versiyalarında; oyunun ən başındaykən bir hiylə kodu girilərək 1989-cu ildə istehsal edilən orijinal "Prince of Persia" oyununa bənzər xəritədə bir müddət oynana bilər. Eyni xüsusiyyətə PlayStation versiyalarında rast gəlinir.

Oyun üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Peşə Ad Qeydlər
Musiqi Stüart Çetvud "The Sands of Time" videooyun seriyalarının musiqilərini hazırlamışdır
Art-Rejissor Rafael Lakoste Videooyunun rəssamçı rejissorudur
Animasiya Art-Rejissoru Aleks Drouin Videooyunun rəssamçı rejissorudur
Proqramçı Klod Lanqle Videooyunu hazırlayandır
Ssenariya Cordan Mexner Orijinal "Prince of Persia" oyunlarının ssenarilərini yazmışdır
Raund Dizaynı Devid Çotonosef Videooyunun raundlarını hazırlamışdır
Oyun Prodüseri Yannis Mallat "The Sands of Time" videooyun seriyalarına prodüserlik etmişdir
Rejissor Patris Desilets Videooyunun rejissorudur.

Prince of Persia: The Sands of Time Original SoundtrackUbisoft oyun kompaniyası tərəfindən 9 noyabr 2003-cü ildə istehsal edilmişdir. Oyunda olan saundtreklər hal-hazırda fəaliyyət göstərməyən Kanadanın rok janrında ifa edən "The Tea Party" musiqi qrupunun əsasını qoyanlardan biri Stüart Çetvud tərəfindən hazırlanmışdır. Çünki həmin musiqi qrupu Rok ilə Hind musiqilərinin qarışığını ifa edirlər. Bu albomun musiqi cədvəli aşağıdakı kimidir:

Treklərin siyahısı
BaşlıqMüddət
1."Welcome to Persia"1:02
2."Introducing the Prince"1:39
3."Call to Arms"0:39
4."Prelude Fight"1:34
5."A Dagger Is Found"0:36
6."A Princess Is Stolen"1:08
7."Behold the Sands of Time"2:45
8."Start Running"0:28
9."Discover the Royal Chambers"1:57
10."Dreamtime"0:41
11."A Question of Trust"0:52
12."Father Is That You?"0:31
13."Attack of the Sand Griffins"1:15
14."Don't Enter the Light"2:02
15."Enter the Royal Palace"1:26
16."A Long Way Up"1:04
17."A Vision"0:07
18."Royal Baths"1:45
19."A Bad Dream"0:58
20."Chaos in the Zoo"1:44
21."Lost in the Crypts"1:47
22."Farah Enlightens the Prince"2:29
23."A Brief Oasis"0:59
24."Awake"0:36
25."Trouble in the Barracks"1:47
26."Library"1:42
27."The Prince Hesitates..."1:08
28."Tower of Dawn"1:34
29."Farah Perishes"1:10
30."At What Cost"0:22
31."Reverse the Sands of Time"3:03
32."The Battle Begins"0:17
33."The Vizier Must Die"0:59
34."Finish the Vizier"0:43
35."Farewell Princess"3:08
36."Time Only Knows"4:20

Şablon:Çox saylı konsollarda videooyun qiyməti

"Şahzadə" personajını səsləndirən Yuri Lovental (2009)

4e Game Developers Choice Awards

  • Ən yaxşı proqramma
  • Ən yaxşı Oyun dizaynı
  • İlin ən yaxşı oyunu

7e Interactive Achievement Awards

  • İlin ən yaxşı oyun konsolu mükafatı[8]
  • Kompüter oyun üçün yenilik mükafatı
  • İlin ən yaxşı oyun platforma fəaliyyət-macəra konsol mükafatı
  • İlin ən yaxşı oyun action-macəra kompüter üçün mükafat
  • Yaxşı oyun mükafatı[9]
  • Best Animasiyalar mükafatı[10]
  • Best Technology gameplay mükafatı[11]
  • Yaxşı vizual texnologiya mükafatı[12]
  • İlin ən yaxşı oyun[13]
  • İlin ən yaxşı PC Oyun[14]
  • Pultları üzrə İnnovasiya Mükafatı[15]
  • Ən yaxşı xarakter inkişaf və ya ssenariya[16]
  • Best Art istiqamətdə Mükafatı[17]

GameSpot 2003

  • Ən çox oyun platforma Forme51 mükafatı
  • Ən yaxşı scénario52
  • AIB technologique53
  • Ən yaxşı anglais54 dublyaj
  • Prince55 üçün Best New Character
  • Ən yaxşı Action Game-aventure56
  • PlayStation 2-nə təyin edilmiş, Ən yaxşı Xbox57 Perş GameCube58 Oyunu[11]

E3 Game Critics Awards 2003

  • Yaxşı fəaliyyət oyunu aventure40 mükafatı
  • Ən yaxşı oyun salon41
  • Ən yaxşı oyun konsolu

Imagina Games Awards 2004

  • Yaxşı layihə meneceri Patrice Desilets mükafatı
  • İlin ən yaxşı oyun
  • Ən yaxşı Qrafik Dizayner

Oyun Tasarım Excellence

  • Proqramlaşdırma Excellence
  • İlin ən yaxşı oyunu
  • Mickael Labat, Rafael Lacoste, Celine Tellier və onların komanda bədii istiqamətdə Visual Arts Excellence adına mükafatı

Tənqidçi mükafatları

  • Electronic Gaming Monthly 2003
    • İlin ən yaxşı oyunu
  • Computer Gaming World 2003
    • İlin ən yaxşı macəra-hərəkət oyunu
  • IGN Entertainment 2003
    • İlin ən yaxşı oyunu
  • GameSpot 2003
    • Ən yaxşı multi-pleyer
    • Ən yaxşı ingiliscə dublyaj
    • Ən yaxşı macəra-hərəkət oyunu
    • Ən yaxşı texnologiya
    • Ən yaxşı "Şahzadə" personajı
    • Ən yaxşı Xbox, GameCube, Meilleur, PlayStation 2 oyunu
    • Ən yaxşı ssenariya

Ölkələrdə adı və çıxış tarixi

[redaktə | mənbəni redaktə et]
Ölkə Çıxış tarixi Adı
ABŞ ABŞ 4 noyabr 2003 Prince of Persia: The Sands of Time
Avropa İttifaqı 12 noyabr 2003 Prince of Persia: The Sands of Time
Kanada Kanada 4 noyabr 2003 Prince of Persia: The Sands of Time
Yaponiya Yaponiya 2 sentyabr 2004 Prince of Persia: The Sands of Time
Polşa Polşa 12 noyabr 2003 Prince of Persia: Piaski czasu
Fransa Fransa 12 noyabr 2003 Prince of Persia : Les Sables du temps
Rusiya Rusiya 2 dekabr 2004 Принц Персии: Пески времени

"Prince of Persia: The Sands of Time" oyunu "Game Boy Advance" platforması üçün versiyası vardır. Bu versiyanın hekayəsi fərqlidir. Hekayədə "Qum saatı" bütün saray əhlini zombiyə döndərməlidir. Şahzadə əvvəlki kimi onlarin hamısını xilas etməlidir. Oyun "Castlevania" (1986) oyun seriyalarına çox bənzəyir. Oyunçu nəinki Şahzadə uğrunda, həm də Farah uğrunda döyüşməlidir. Oyunundakı raundlar nisbətən çətindir. Raundlardakı musiqilər Qərb stilindədir. Bonuslar oyunda olduğu kimidir. Fərqli cəhət isə oyun raundlarında çoxlu akrobatik hərəkətlərin və tələlərin olmasıdır. Raundlarda çoxlu labirintlər və artefaktlar vardır.

2010-cu ildə "Prince of Persia: The Sands of Time" videooyununun əsasında Fars şahzadəsi: Zamanın qumları filmi çəkilmişdir. Filmin rejissoru Maykl Nyuelldir. Baş rollarda Ceyk Cillenhol, Cemma Arterton, Ben Kinqsli, Alfred Molina, Stiv Tussen, Tobi Kebbell, Riçard Koyl, Ronald Pikap, Ris Riçi və başqaları çəkilmişdir. Filmin məzmunu olduqca maraqlıdır. Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək, öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir. Bu film olduqca böyük uğur qazanmışdır. Büdcəsi $150 milyon dollardır.[18] İlk dəfə dünya premyerası 9 may 2010-cu ildə baş tutub.

  1. Steam. 2003.
  2. Prince of Persia: The Sands of Time Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine Princeofpersia.wikia.ru saytında, Yoxlanılıb: 1 noyabr 2014
  3. "EDGE'S TOP 100 GAMES OF ALL TIME". Edge. 2012-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.
  4. "The 101 best PC games ever, part two". Computer and Video Games. 2014-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.
  5. "The 100 best games of all time". GamesRadar. 2012-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.
  6. "TOP 100 GAMES OF ALL TIME". IGN. 2014-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.
  7. Kietzmann, Ludwig. "Prince of Persia: The Sands of Time HD on PSN today". Joystiq. 2015-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.
  8. Best of 2003 Gamespot.com saytında Arxivləşdirilib 2009-06-08 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  9. Computer Gaming World Unveils Winners of the 2003 "Game of the Year Awards" Arxivləşdirilib 2004-06-07 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  10. Electronic Gaming Monthly Unveils Winners of the 2003 "Game of the Year Awards" Arxivləşdirilib 2010-01-04 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  11. 1 2 AIAS Annual Awards > 7th Annual Awards Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  12. 4th Annual Game Developers Choice Awards Arxivləşdirilib 2008-04-01 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  13. Xbox Best of E3 Awards Arxivləşdirilib 2012-07-28 at Archive.today Yoxlanılıb: 1 noyabr 2014
  14. GameCube Best of E3 2003 Awards Arxivləşdirilib 2012-07-18 at Archive.today Yoxlanılıb: 1 noyabr 2014
  15. Games Critics Awards — 2003 Nominees Arxivləşdirilib 2022-06-27 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  16. IGNPS2's Best of E3 2003 Awards Arxivləşdirilib 2012-07-22 at Archive.today Yoxlanılıb: 1 noyabr 2014
  17. Games Critics Awards — 2003 Winners Arxivləşdirilib 2011-08-21 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  18. Filmin gəliri və büdcəsi Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine Imdb.com saytında, Yoxlanılıb: 23 sentyabr 2014

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Saytlar
Şəkillər
Prince of persia
Ubisoft
Film