Prince of Persia 2: The Shadow and The Flame

Prince of Persia 2: The Shadow and The Flame (azərb. Fars şahzadəsi 2: Kölgə və Alov‎) — Cordan Mexner tərəfindən hazırlanılan və "Broderbund Software, Inc." oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan sinematik platforma janrında videooyundur.[6] "Prince of Persia 2: The Shadow and The Flame" oyunu əvvəl məşhur olsa da, hal-hazırda satışa qoyulmadığından "Abandonware" statusuna malikdir. Videooyun əvvəlki seriya kimi 2D formatındadır. 1996-cı ildə videooyun "SNES" platforması üçün istehsal edilmişdir. "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun rejissor və ssenari müəllifi Cordan Mexnerdir. Oyunun hekayəsində Şahzadə ilk dəfə olaraq həyatı haqqında öyrənəcək, Sultanın qızını xilas etmək üçün yenidən Vəzirlə döyüşəcəkdir. Bu videooyuna hal-hazırda "Abandonware" (ing. Tərk etmək), yəni, istehsalda olmayan videooyun statusu verilmişdir.[7]

Prince of Persia 2: The Shadow and The Flame
"Prince of Persia 2: The Shadow and The Flame" videooyununun afişası
"Prince of Persia 2: The Shadow and The Flame" videooyununun afişası
Hazırlayan Brøderbund
Yayımlayan Brøderbund
Distribüterlər Brøderbund
Seriya Prince of Persia
Anons tarixi Brøderbund (1993)
Buraxılış tarixi

Makintoş :
ABŞ : 1993[1]
MS-DOS :
ABŞ : 1993[2]

Super Nintendo :
ABŞ : Oktyabr 1996
: Yanvar 1997[3]
Janrlar Action/Adventure
Ssenaristlər Cordan Mexner
Texniki məlumat
Platformalar Macintosh
MS-DOS
Sega Mega Drive
Mac OS
Super Nintendo
Xbox[4]
Oyun rejimləri Birnəfərli oyun
Daşıyıcı rəqəmsal yükləmə[d]
Sistem tələbləri
Microsoft Windows[5]
  • 33MHz 486DX or faster
  • 16MB RAM
  • Minimum 8MB hard disk space
  • CD-ROM drive for installation
  • 640x480 display, 256 colors
  • 100% Sound Blaster compatible sound card
Macintosh
  • System 7.1 or higher
  • 68030 processor or faster
  • 2.5MB RAM free
  • Minimum 18MB hard disk space
  • CD-ROM drive for installation
  • 640x480 display, 256 colors
İdarəetmə Coystik
Klaviatura
Rəsmi saytı

Qəhrəmanın şahzadəni qurtarmasından düz 11 gün sonra qəddar vəzir yenidən peyda olur. Vəzir Qəhrəman ilə döyüş zaman çox çətinliklə də olsa, sağ qalmışdır. Vəzir qara magiya sayəsində yenidən fəaliyyətini davam etdirir. Fars Sultanı yenidən xarici ölkələrə müharibə aparmağa gedir. Lakin vəzir bu zaman qara magiyadan istifadə edərək, bədənini Qəhrəmanın bədəninə çevirmişdir. Artıq taxt-tac yenidən vəzirin əlinə keçmişdir. Şahzadə isə ağır xəstələnmişdir. Qəhrəman Şahzadə ilə danışmaq istəyən zaman Vəzir onu həbs etdirmək istəyir. Bu zaman Qəhrəman xilas olmaq üçün qəsrin pəncərəsindən qaçaraq ticarət yarmarkasına yola düşür. Qəhrəman ticarətin limanına gedərək gəmi ilə buranı tərk edir. Burada onun gözünə kabus görsənir. Kabus ondan yerini tapmasını istəyir. Amma bu zaman Vəzir qara magiya sayəsində gəmini ildırım vurur. Adaya düşən Qəhrəman Şahzadəni xilas etmək üçün bütün maneələrlə üzləşməlidir. Qəhrəman bir çox maneələrdən keçdikdən sonra sirli məbədə daxil olur. Məbəddə gözlənilmədən Qəhrəmanın gəmidə gördüyü kabus peyda olur. Bu kabus onun anasının ruhudur.[8] Qəhrəmanın anası həyatından danışmağa başlayır. Anasının sözlərindən məlum olur ki, onun ailəsi şah nəslindən olur. Lakin ailə qara qüvvələr tərəfindən məhv edilmişdir. Anası uşağını xilas etmək üçün onu tək qoyur ki, sağ qalsın. Qəhrəman isə böyük çətinliklərə baxmayaraq sağ qalır. Bu hadisələri eşidən Qəhrəman Vəzirdən qisas almaq üçün yoluna davam edir. Bunun üçün Qəhrəman ilk növbədə At heykəlini dirildir. Bütün maneələrə üstün gələrək, Qəhrəman vəzirlə döyüşərək onu öldürməyi bacarır. Vəziri öldürəndən sonra Qəhrəman insan bədənini geri qaytarır. Qəhrəman yenidən Şahzadə ilə qovuşur. Onlar birgə at ilə yola düşürlər. Bu zaman Qəhrəman ilə Şahzadə kristal kürədə qoca cadugər tərəfindən izlənilir.

  • Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir. Məhz bu seriyada şah ailəsinə mənsub olduğunu öyrənir. Şahzadə Sultanın qızını xilas etmək üçün Cəfərin hazırladığı bütün çətin sınaqlardan müvəffəqiyyətlə keçir.
  • Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır. Videooyun seriyasının birinci hissəsində olduğu kimi Cəfər onunla evlənərək hakimiyyəti ələ keçirmək niyyətindədir. Birinci hissədə olduğu kimi Cəfər yenədə Sultanın qızı Şahzadə üçün vaxt qoyur ki, bu barədə fikirləşsin. Lakin Sultanın qızı Şahzadəyə aşiq olduğundan, niyyətindən dönmür.[9]
  • Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər qara magiya sayəsində sağ qalmış və əvvəlki niyyətindən geri dönməmişdir. Cəfər yenədə Sultanın qızını ələ keçirəcək və ona düşünmək üçün vaxt verəcəkdir. Amma Cəfərin planlarını həmişəki kimi Şahzadə pozacaqdır.
  • Kölgə (ing. Shadow): Cəfər tərəfindən yaradılmış Şahzadənin analoqudur. Videooyunun birinci hissəsində Şahzadəyə mane olur və onun tərəfindən öldürülür. Lakin bu seriyada əksinə olaraq Şahzadə ilə birləşərək Cəfərə qarşı mübarizə aparır.
  • Sultan (ing. Sultan): Videooyunun birinci hissəsində Sultanın müharibəyə görə ölkəsindən ayrıldığı göstərilir. Videooyunun ikinci hissəsində isə aydın olur ki, Sultan döyüşdə öldürülmüşdür. Şahzadə Vəzirə qalib gələn zaman ölkənin şahı olur.
  • Assan (ing. Assan): Sultanın kiçik qardaşıdır. Çox ağılsız və qəddar adamdır. Sultanın ölümündən sonra hakimiyyəti ələ keçirir. oğlu Raqnorun Şahzadə tərəfindən döyüşdə öldürülməsindən sonra onun haqqında məlumat yoxdur.
  • Raqnor (ing. Ragnor): Assanın oğlu olan ağılsız yarı insan və yarı pələngdir. Şahzadə tərəfindən öldürülür.
  • Alov (ing. Flame): Lənətlənmiş adada yaşayan yaxşı cindir. Şahzadənin qılıncına keçərək ona Cəfəri öldürməkdə kömək edir. Amma şahzadə qılıncı Cəfər vuran zaman Cinin bütün gücləri gedir və bu səbəbdən yox olur.
  • Mistik qadın (ing. Mysterious woman): Qəhrəmanın anasıdır. Qəhrəmanın anasının ruhu ilk dəfə gəmidə, ardınca məbəddə rastlaşır. Qəhrəman həmin ruhun sayəsində üzlərini belə görmədiyi valideynləri haqqında həqiqəti öyrənir.[10]

1989-cu ildə yaradılan "Prince of Persia" oyunu böyük müvəffəqiyyət əldə edir. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən ötrü qardaşının hərəkətlərini izləmişdir. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir.[11] Ardınca Cordan Mexner videooyunun ardını hazırlamağa qərar verir. Bu oyun seriyasında qrafik nisbətən fərqlənir. Çoxlu fonlardan (rəng) istifadə edilmiş və rəqiblərin sayı artırılmışdır. Bu oyun ilk oyunu istehsal edən "Brøderbund" oyun şirkəti tərəfindən istehsal edilmiş və əvvəlki kimi böyük reytinqlər qazanmışdır.

"Prince of Persia 2: The Shadow and The Flame" videooyununun "Prince of Persia" oyun seriyasının ilk seriyasına bənzərliyi vardır. Oyunun raundlarında Şahzadə müxtəlif döyüşçülərlə döyüşməli, təhlükəli yerlərdən keçməli və iti yaddaşa sahib olmalıdır. Qəhrəman bu bacarıqların hamısından istifadə edərək Şahzadəni xilas edəcəkdir. Şahzadə müxtəlif raundlarda dolçalardakı sehirli suları içərək həyat gücünü yüksəldir. Şahzadənin ömrü yoxdur. Bu səbəbdən məğlub olan zaman yenidən həyata dönür. Oyun raundunu saxlamaq mümkündür, lakin vaxtı dəyişmək mümkün deyil. Bu oyunda əvvəlki seriya oyunu kimi Şahzadəyə vaxt qoyulmuş və Şahzadə bu vaxt ərzində vəzifəsini yerinə yetirməlidir. Lakin əvvəlki oyundakı Şahzadə üçün 60 dəqiqə vaxt qoyulmuşdusa, bu seriyada Şahzadəyə 75 dəqiqə vaxt verilmişdir. İlk oyundan rəqiblərin nisbətən çox olmasına görə fərqlənir. Əgər əvvəlki oyunda Şahzadə ilə bir rəqiblə döyüşürdüsə, bu seriyada Şahzadə bir neçə rəqibnən döyüşür. Bəzən Şahzadənin döyüşdüyü rəqibi məğlub etdikdən sonra yenidən onu digər rəqib əvəz edir. Videooyunun qrafiki xaricdən asan görünməsinə baxmayaraq daxildən çox ağır qrafikdir.[12][13]

"Prince of Persia" videooyun seriyasının ilk oyunu 1989-cu ildə müxtəlif janrda oyunlar hazırlayan "Broderbund" şirkəti tərəfindən istehsal edilmişdir. "Prince of Persia" oyunu böyük məşhurluq qazanır. Bu oyunun ardınca, oyun seriyasının ikinci "Prince of Persia 2: The Shadow and The Flame" seriyası ilk dəfə olaraq "Broderbund" şirkəti tərəfindən 1993-cü ildə "Sega Mega Drive" platforması üçün istehsal edilir.[14] Eyni ildə vdieo oyun "Makintoş" və MS-DOS platformalar üçün buraxılmışdır.[15] Oyun 1996-cı ildə "SNES" platforması üçün müxtəlif videooyunlar hazırlayan "Titus Software Corp." şirkəti tərəfindən ABŞ-da, "Laguna" şirkəti tərəfindən isə 1997-ci ildə Avropada istehsal edilmişdir.[16][17][18] "Makintoş" versiyası üçün hazırlanan videooyunun qrafiki yüksək ölçülərə malikdir (640x480), lakin "MS-DOS" və "SNES" versiyalarında isə qrafik aşağı ölçüdədir (320x200 və 256x224). Videooyunun bu seriyası əvvəlki seriya kimi məşhur olmasada, ilk seriyanın ssenarisinə tam uyğundur və oyunçular arasında böyük reytinq qazanmışdır.

"Prince of Persia 2: The Shadow and The Flame" videooyunu əvvəlki seriya kimi olduqca böyük reytinq qazanmışdır. Videooyun Fransız oyun mediyaları tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Fransanın oyun dərc edən "Joystick", "Tilt" və "Gen4" jurnalları oyuna Mac Os platforması üçün 90–91 faiz reytinq vermişlər.[19][20][21] Videooyunun "SNES" variantında keyfiyyəti zəif olduğundan səs toplaya bilməmişdir.[22] "Prince of Persia 2: The Shadow and The Flame" videooyunu raundlarındakı ən yaxşı dörd qızıl hərəkətinə görə "Gen4" və "FNAC" mediyaları tərəfindən mükafatlandırılmışdır.[23] Videooyun tənqidçilərindən olan Çarlz Arday 1981–2006-cı illərdə istehsal olunan ABŞ oyun jurnalı olan "Computer Gaming World" jurnalına verdiyi müsahibədə qeyd etmişdir: "Prince of Persia 2 nəinki hər ölçüdə "Prince of Persia" seriyasından yaxşıdır…ancaq az mərhəmətli olan ən hiddətlidir, qısaca, "tamamilə qarşısıalınmaz olan cəlbediciliklə" mənim nə vaxtsa oynadığım ən yaxşı oyun idi" (ing. "Prince of Persia 2 not only is in every dimension better than Prince of Persia, but ... is the cruelest, most infuriating, least merciful—in short, the best—game of its type I have ever played", with "an appeal that is absolutely irresistible".)[24]

Ubisoft şirkəti 25 iyul 2013-cü il tarixində "Prince of Persia 2: The Shadow and The Flame" videooyununun ilk remeykinin[25] hazırlanmış iOSAndroidplatformalarını anons edir.[26] Bu oyun yeni 3D qrafikində hazırlanmışdır. Videooyun 15 müxtəlif raunddan ibarətdir. "Prince of Persia" seriyalarının yaradıcısı olan Cordan Mexner şəxsi bloqunda orijinal "Prince of Persia 2: The Shadow and The Flame" seriyası haqqında ətraflı məlumat verilmişdir. Bu məlumatlardan məlumatlardan məlum olur ki, oyunda göstərilən "Qoca cadugər" personajı haqqında daha ətraflı, oyunun hazırlanmamış üçüncü seriyasında məlumat veriləcəkdi. Lakin 2D formatında hazırlanmış orijinal seriyaların üçüncü seriyasının hazırlanması baş tutmamış və bu personajın tam hekayəsi oyunçulara sirli olaraq qalmışdır. Əvəzində isə mövzusu fərqlənən və 3D formatında hazırlanmış "Prince of Persia 3D" seriyası istehsal edilmişdir. Bu mövzuyla əlaqədar olaraq Cordan Mexner şəxsi bloqunda PDF formatında 217 səhifədən ibarət olan yazılarda oyunun hekayəsi və dizaynı haqqında ətraflı məlumat vermişdi.

  1. "Prince of Persia 2: The Shadow and the Flame" version Macintosh Entrée sur allgame [ölü keçid], Entrée sur gamefaqs Arxivləşdirilib 2010-02-03 at the Wayback Machine.
  2. "Prince of Persia 2: The Shadow and the Flame" version DOS, Entrée sur allgame [ölü keçid], sur Entrée gamefaqs Arxivləşdirilib 2010-01-10 at the Wayback Machine, Entrée sur gamespot [ölü keçid].
  3. "Prince of Persia 2" version SNES, Entrée sur gamefaqs Arxivləşdirilib 2008-12-04 at the Wayback Machine, Entrée sur allgame [ölü keçid], Entrée sur gamespot [ölü keçid].
  4. "Rejtett PoP 2 feloldása Sands of Time játékban". 2012-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-29.
  5. "Prince of Persia 2: The Shadow and The Flame videooyunun texniki məlumatları". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
  6. "Prince of Persia 2: The Shadow and the Flame". GameSpot. 2011-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.
  7. Prince of Persia 2: The Shadow and The Flame Princeofpersia.wikia.ru saytında Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  8. "Mysterious woman": "Once, this was a great city, ruled by a son of kings. He was slain and his palace laid waste by the armies of darkness. I died at his side. You alone were spared, my son! I gave you up, that you might live. This was your father's sword. Avenge us! Avenge us!" Level 8 of the PC version.
  9. "Brøderbund (1993)" Prince of Persia 2: The Shadow and the Flame PC. Scene: Level 3–4 cutscene. "Princess: "Dear Father: My heart is broken. The Prince has betrayed your trust. You must return with your army and take back your throne."
  10. "Brøderbund (1993)" Prince of Persia 2: The Shadow and the Flame PC. Scene: Level 4–5 cutscene. "Mysterious woman: "Prince! Your bride is dying. Waste no more time. Come to me!
  11. Cordan Mexner ilə müsahibə Arxivləşdirilib 2009-02-27 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  12. Prince of Persia 2: The Shadow and The Flame Princeofpersia.wikia.com Arxivləşdirilib 2017-07-15 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  13. Prince of Persia 2: The Shadow and The Flame Answers.com Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  14. "Prince of Persia 2: The Shadow and The Flame". 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Dekabr, 2012.
  15. "The unpublished Mega Drive version". 2012-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 İyun, 2009.
  16. "The unpublished SNES version". İstifadə tarixi: 24 Dekabr, 2012.
  17. "The unpublished SNES version release". İstifadə tarixi: 24 Dekabr, 2012.
  18. "The unpublished SNES version Titus Software". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Dekabr, 2012.
  19. Test — Prince of Persia 2 — PC dans Génération 4, numéro 57, été 1993, page 46–50.
  20. Joystick numéro 40, juillet 1993, page 164.
  21. Génération 4 numéro 68.
  22. Prince of Persia 2: The Shadow and the Flame Arxivləşdirilib 2009-02-01 at the Wayback Machine, sur classicgaming.gamespy.com
  23. "Les 4 d'or 1993" dans Generation 4, numéro 64, mars 1994, page 16.
  24. "Ardai, Charles (1993-09). "Broderbund's Prince of Persia 2". Computer Gaming World. p. 14. Retrieved 30 July 2014". 16 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2014.
  25. Prince of Persia: The Shadow and the Flame Princeofpersia.wikia.ru saytında Arxivləşdirilib 2018-10-09 at the Wayback Machine Yoxlanılıb: 1 noyabr 2014
  26. Sliwinski, Alexander. "Prince of Persia: The Shadow and the Flame returns on July 25". Joystiq. 2013-07-11. 2013-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]