Prince of Persia (video oyun, 1989)

Prince of Persia - Apple II kompyuterləri üçün Cordan Mexner tərəfindən hazırlanmış, "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə istehsal edilmiş, macəra oyunudur. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən əmin olmaq üçün saatlarla kiçik qardaşı Devidin ağ paltarla qaçmaq və atlanmaq film üzərində çalışarkən "Rotoscoping" olaraq adlandırılan bir üsulu istifadə etdi. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir.[1][2]

Prince of Persia
Loqonun şəkli
Hazırlayan Brøderbund
Yayımlayan Brøderbund
Distribüterlər Brøderbund
Seriya Prince of Persia
Anons tarixi Brøderbund 1989
Buraxılış tarixi 3 oktyabr 1989
Janrlar Action-adventure
Texniki məlumat
Platformalar MS-DOS
Mac OS
Oyun rejimi birnəfərli oyun
Daşıyıcı rəqəmsal yükləmə[d]
İdarəetmə sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adından göründüyü kimi oyundakı hadisələr Antik İranda baş verir. Bir gün Fars Sultanı xarici torpaqlara döyüşməyə gedən zaman ölkəni idarə etmək üçün yerini qəddar vəziri Cəfərə buraxır. Bu zaman taxta Vəzir çıxır. Cəfər icra etdiyi vəzifə ilə bərabər, cadugərdliklə də məşğul olur. Taxta çıxdıqdan sonra Cəfər adsız bir qəhrəmanı zindana salır. Bunun səbəbi Cəfərin taxt-taca sahib olmaq üçün qəhrəmanın aşiq olduğu Fars Sultanının qızı olan Şahzadə ilə evlənməlidir. Lakin həmin Şahzadə adsız qəhrəmanı sevir. Buna görə də, Cəfər Şahzadəni tutaraq, onu öz evində bağlı oaqda saxlayır. Cəfər ona müraciət edərək deyir: "Bir saat içində ya mənimlə evlənərsən, ya da ölərsən!". Bu sözləri deyəndən sonra Cəfər otağı tərk edir. Şahzadə isə ağlayaraq, sevgilisinin onu xilas etməsini gözləyir. Şahzadənin atası isə bundan xəbəri belə yoxdur.

Qəhrəman bunu eşidərək həbsdən qaçmağı bacarır. Çünki bir saat içində Şahzadəni xilas etməlidir. Zindanda qəhrəman müxtəlif maneələrlə üzləşir. Lakin hamısına üstün gələrək, həbs edildiyi qüllənin yuxarı hissəinə çıxır. Qüllənin yuxarısında Şahzadənin otağı yerləşir. Qəhrəman Şahzadəni qurtarmaq üçün Cəfər ilə üzləşməlidir. Otağa yaxınlaşan zaman Cəfər ilə üz-üzə gəlir. Qəhrəman onunla döyüşməyə başlayır və ona qalib gəlir. Bundan sonra sevgilisinin həsrətinə dözə bilməyən Qəhrəman Şahzadənin otağına girərək, onu qucaqlayır. Nəhayət, onlar bir-birinə qovuşurlar.

  • Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir.
  • Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır.
  • Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər Sultanın ölkəsindən ayrıldığını görüncə, onun qızını ələ keçirir və Şahzadəni əsir saxlayır. Amma əsirlikdən xilas olan Şahzadə 60 dəqiqə müddət bitənədək Vəziri öldürərək və Şahzadəni xilas edir.
  • Kölgə (ing. Shadow): Şahzadənin analoqudur. Videooyunun birinci hissəsində Şahzadəyə mane olur. Şahzadə isə onunla döyüşə bilməz. Çünki Şahzadənin analoqu olduğundan Şahzadə ona qılınc zərbəsi vuran zaman özünədə xəsarət edir. Bu səbəbdən Şahzadə onu görən zaman qılıncını çıxarır və tez bir zamanda qılıncını yenidən ggeri taxır. Bu zaman kölgə onunla birləşir və yoxa çırır. Videooyunun ikinci hissəsində isə Şahzadə ilə birləşərək Cəfərə qarşı mübarizə aparır.
  • Sultan (ing. Sultan): Videooyunun birinci hissəsində Sultanın müharibəyə görə ölkəsindən ayrıldığı göstərilir. Videooyunun ikinci hissəsində isə aydın olur ki, Sultan döyüşdə öldürülmüşdür. Şahzadə Vəzirə qalib gələn zaman ölkənin şahı olur.
  • Gonbul və hanbal (ing. Fate): Gonbul ağıllı döyüşçüdür, amma cəld hərəkət edə bilmir. "Prince of Persia: Classic" videooyununda isə onu Hanbal personajı əvəz edir.
  1. Cordan Mexner ilə müsahibə Arxivləşdirilib 2009-02-27 at the Wayback Machine Gamasutra.com saytında, Yoxlanılıb: 5 noyabr 2014
  2. Mechner, Jordan. "Prince of Persia released". jordanmechner.com. 2009-05-03. 2009-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]